Məhkəmə qərarları › İş №3(080)-72/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-72/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-72/2023 28.11.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ordubad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X1, iştirakı ilə, Şəxs xx.xx.1972-ci il tarixdə Ordubad rayonu Dəstə kəndində anadan olmuş, Azərbaycanlı ,Azərbaycan Respublikası vətəndaşı, Evli , natamama orta təhsilli , deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan , Ordubad rayonu Dəstə kəndində qeydiyyatda olan və yaşayan. Barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2023-cü ilin noyabr ayının 24-də Ordubad Rayon dəstə kəndində şəxsi mülkiyyətində olan bağında narkotik vasitədən istifadə etmiş və onun xx.xx.2023-cü il tarixdə tibbi müayinəsi zamanı (tetrahidrokannabinoid ) THC aşkar olunmuşdur. Həmin faktla bağlı Ordubad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə N017369 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Ordubad Rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, Təxminən iki il bundan əvvəl pandemiya ilə əlaqədar olaraq Rusiya Federasiyasında olduğum zaman ayağımda yaranan problemlə əlaqədar Azərbaycan Respublikasına qayıtdım. Naxçıvan Muxtar Respublikasına çatdıqda Sədərək gömrük keçid məntəqindən Naxçvana ordan da Ordubada gəlmək üçün orada olan Türk vətəndaşları ilə birlikdə yola düşdüm. Yolda onlar mənə bir ədəd qalın qırmızı filtirli, uc hissəsi əzilib bükülmüş formada olan markasını bilmədiyim siqaret verdilər. Mən onlardan götürdüyüm bir ədəd siqareti özümün istifadə etdiyim Rusiya istehsalı olan nazik Kent 4 markalı siqaret qutumun içərisinə yerləşdirdim. 19 noyabr 2023-cü il tarixdə evimizdə əşyaların yerini dəyişən zaman evdəki şkafın üzərindəki şüşə qabın içərisindən həmin siqaret qutusunu tapdım. Siqaret qutusunu açaraq içinə baxdım. Türkiyə vətəndaşından aldığım bir ədəd qırmızı filtirli siqaretin içərisində olduğunu gördüm və bir ədəd siqareti onun içərisindən çıxararaq evdəki servantın içərisində olan şüşə qabın içərisinə qoydum. 24 noyabr 2023-cü il tarixdə həyətimdə spirtli içki qəbul edirdim. Bu zaman mənim yadıma həmin siqaret düşdü. Və mənim başqa siqaretim olmadığından həmin siqareti həyətdə yandıraraq istifadə etdim. Sonra mən Dəstə başı adlanan əraziyə gəzmək üçün getdim, orada polis əməkdaşları mənə yaxınlaşıb nəsə narahatlığımın olub olmadığını soruşdular. Mən isə heç bir narahatlığımın olmadığını bildirdim. 27 noyabr 2023-cü il tarixdə o, polis əməkdaşları tərəfindən Y.Budaqov adına Naxçıvan MR X3 tibbi müayinəyə aparılmış və orada Şəxs narko-test vasitəsi ilə müayinə aparılmış (tetrahidrokannabinoid ) THC aşkar edilmişdir. Hazırda törətdiyi əməlindən peşmandır, səhv etmişdir, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Himayəsində bir azyaşlı uşağı vardır. Odur ki, barəsində cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Y.Budaqov adına Naxçıvan MR X2 27 noyabr 2023-cü il tarixli 389 saylı tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə tibbi müayinə zamanı Şəxs narkotest vasitəsi ilə müayinə aparılmış (tetrahidrokannabinoid) THC aşkar edilmişdir. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, həmin normaya görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ordubad Rayon məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar