Məhkəmə qərarları › İş №3(080)-73/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-73/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-73/2025 14.11.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs xx.xx.1968-ci il tarixdə Ordubad şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı,subay,orta təhsilli, müvəqqəti işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Ordubad Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qurupunun baş əməliyyat müvəkkili Kamran Abdullayev tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 14 noyabr 2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, onun banga pul borcu olduğundan Bakı şəhərində polis tərəfindən saxlanılaraq Ordubad Rayonuna göndərildiyini, o, təqribən 10 gün bundan əvvəl Bakı şəhəri Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında parkda əyləşdiyini, biraz fikirli olduğunu, siqaretinin də qurtardığndan ordan keçən bir nəfər tanımadığı şəxsə yaxınlaşaraq ondan bir ədəd siqaret istədiyini, həmin şəxsin ona bir ədəd siqaret verərək getdiyini, o həmin siqareti çəkdikdən bir qədər sonra halının pisləşməyə başladığını, sonra Ordubad Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qurupunun baş əməliyyat müvəkkili Kamran Abdullayev tərəfindən Ordubad rayonu polis şöbəsinə dəvət olunmuş və Polis şöbəsində olan zaman onun sərxoşluğunu və ya narkotik maddələrdən istifadə etməsini müəyyən etmək üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X2 aparılmış, tibbi müayinədən keçirilən zaman sidiyində narkotik vasitə aşkar edilmişdir. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 14 noyabr 2025-ci il tarixli, 534 nömrəli məktubunda qeyd edilmişdir ki, Şəxs 13 noyabr 2025-ci il tarixdə dispanserdə sidik narkotest vasitəsilə müayinə olundu, nəticə FHC (tetrahidrokannabinol) müsbət aşkar olundu, Şəxs narkomaniyası xəstəliyindən əziyyət çəkmir, məcburi müəlicəyə ehtiyacı yoxdur. Ordubad Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qurupunun baş əməliyyat müvəkkili Kamran Abdullayev tərəfindən tərtib edilmiş 14 noyabr 2025-cü il tarixli ******* saylı protokoldan görünür ki, Şəxs 14 noyabr 2025-ci il tarixdə Ordubad Rayonunda Ordubad Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qurupunun baş əməliyyat müvəkkili Kamran Abdullayev tərəfindən müayinəyə gətirilmiş və narkoloji müayinə nəticəsində onun narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, cinayət işinin rədd edilməsi haqqında qərar, inzibai xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən peşman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində iş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xəta törətmiş oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə məvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəm qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar