Məhkəmə qərarları › İş №3(080)-74/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-74/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-74/2024 07.10.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxx 1986-cı il tarixdə Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki uşaq atası, müvəqqəti işsiz, ünvan 1 ünvanında yaşayan-barəsində Ordubad Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 07 oktyabr 2024-cü il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 03 oktyabr 2024-cü tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 Şəxs götürülmüş sidik nümunəsindən THC (tetrahidrokannabinol) aşkar olunmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmiş, izahatında bildirmişdir ki, işləmək üçün hərdən Türkiyə Respublikasına gedir. 02 oktyabr 2024-cü il tarixdə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələrkən Türkiyə gömrüyünü keçmiş, Sədərək Gömrük postu ərazisində siqareti olmadığından tanımadığı sərnişindən siqaret alaraq çəkmiş, siqaret çəkdikdən sonra özünü rahat hiss etmişdir. Nə olmasını soruşmuş, ot olmasını bildirmişdir. X7 kredit borcu olduğundan saxlanılmış və 03 oktyabr 2024-cü il tarixdə Ordubad rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilmiş, 03 oktyabr 2024-cü il tarixdə Naxçıvan MR X2 müayinə olunmuş, narkotik istifadə etməsi müəyyən edilmişdir. Hərəkətindən çox peşmandır, ailədə yeganə qazanc gətirən şəxsdir, iki azyaşlı uşağı var, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Ordubad rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən X5 izahatında bildirmişdir ki, Şəxs tanıyır. Şəxs kredit borcu olduğu üçün axtarışda olmuş, 02 oktyabr 2024-cü il tarixdə Culfa Gömrük postunda saxlanılmış, 03 oktyabr 2024-cü il tarixdə Ordubad Rayon Polis Şöbəsinə təhvil verilmişdir. 03 oktyabr 2024-cü il tarixdə onun narkotik vasitə istifadə edibetməməsinin müəyyən edilməsi üçün Y.Budaqov adına Naxçıvan MR X3 təqdim edilmiş, marixuana narkotik vasitəsi istifadə etdiyindən sidik nümunəsində THC (tetrahidrokannabinol) aşkar olunmuşdur. İş materiallarında olan- Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 03 oktyabr 2024-cü il tarixli, 383 nömrəli narkoloji tibbi yoxlamanın rəyində qeyd edilmişdir ki, Şəxs narkomaniya xəstəliyinə xas əlamətlər müşahidə edilmir. Lakin fiziki və psixi asılılıq əlamətləri olmadan narkotik maddə qəbulu inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2024-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixdə 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin siyahısının 146-cı bəndində marixuana (kannabis) narkotik vasitə qeyd edilmişdir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, 03 oktyabr 2024-cü il tarixdə Şəxs Y.Budaqov adına Naxçıvan MR X2 götürülmüş sidik nümunəsində THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin inzibati xətanın törədilməsinə görə inzibati xəta törədən şəxs üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətaya görə hansı inzibati tənbeh növünün tətbiq edilməsi məsələsini müzakirə edib, belə nəticəyə gəlir ki, onun əməlindən peşman olması, iki azyaşlı uşağının olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı, ona inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə ailədə yeganə qazanc gətirən şəxsdir, Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını, iki azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 400 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar