Məhkəmə qərarları › İş №3(080)-75/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-75/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-75/2024 07.10.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, Əhmədli Əliağa Hüseyn oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs- xx.xx.1962-ci ildə Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Ordubad rayon Vənənd kənd tam orta məktəbində sinif müəllimi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Ordubad rayonunun Vənənd kəndində yaşayan- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ordubad rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Ordubad rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, Ordubad rayonunun Vənənd tam orta məktəbində müəllim işləyirlər. 18 sentyabr 2024-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs verilən dərs saatlarının az olması ilə bağlı təhsil şöbəsinin müdiri Samir müəllim məktəbə gəlmiş, dərs saatlarını bölmüşdür. Bu səbəbdən həmin məktəbin direktoru Şahid1 sinif müəllimlərini toplamış, bölgü barəsində məlumat vermiş, ona verilən 14 saatdan heç kimə 1 saat olsun verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onun bu sözünə etiraz etmiş, əyləşdiyi masadan ayağa qalxaraq onun üzərinə gəlmiş, Zərərçəkmiş şəxs ona əl qaldırmaq istədikdə orada olan Sevinc müəllim və Əmmənsə müəllim onun qarşısına keçmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs “tu sənə” ifadəsini işlətmiş, Zərərçəkmiş şəxs da ona qarşı eyni ifadəni işlətmişdir. Zərərçəkmiş şəxs sillə vurmamış, ona fiziki güc tətbiq etməmişdir. Zərərçəkmiş şəxs onun barəsində şərböhtan danışmış, Firaqə Əlveriyevanın bu sözlərindən narahat olmuş, orada olan müəllimlər onu sinif otağından çölə çıxarmışlar. Məhkəmə iclasına iştirak etmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 18 sentyabr 2024-cü il tarixdə saat 15:00 radələrində təhsil şöbəsinin müdiri Samir müəllim icra başçısının göstərişi ilə onun dərs saatını nizamlamaq üçün məktəbə gəlmiş, həmin vaxt məktəbin direktoru bütün ibtidai sinif müəllimlərini bir sinfə toplamış, iclas zamanı onun dərs saatlarına heç bir dəyişiklik edilməmişdir. Samir müəllim getdikdən sonra məktəbin direktoru və direktor müavininin iştirakı ilə müəllimlər arasında iclas davam etmiş, düzgün dərs bölgüsü aparılmadığını bildirmişdir. Həmin vaxt sinif müəllimi Səfiyyə müəllim yerindən çığırmağa başlamış, “sinfimə kimsə girsə qıçın qıracağam” demiş, Səfiyyə müəllim ilə heç bir dialoqa girməmişdir. Səfiyyə müəllim səsli-küylü danışaraq müəllimlərin olduğu yerdə onun üzünə tüpürmüş, daha sonra hirslə üzərinə gəlmiş, şiddətlə onun sağ çiyin nahiyəsinə zərbə endirmiş, yenidən ona əl atmaq istədikdə müəllimlər araya girmiş, həmən an Səfiyyə müəllimin silləsi onun sağ əlinə dəymişdir. Əmmənsə və Kamilə müəllim Səfiyyə müəllimi koridora çıxarmışlar. Səfiyyə müəllimi hərəkətlərinə görə bağışlamır, barəsində qanuna uyğun tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid5 izahatında bildirmişdir ki, 18 sentyabr 2024-cü il tarixdə saat 15 radələrində təhsil şöbəsinin müdiri Samir müəllim dərs bölgüsü ilə bağlı Vənənd kənd tam orta məktəbinə gəlmiş, dərs saatlarının bölündüyünü bildirmişdir. Daha sonra məktəbin direktoru Şahid1 sinif müəllimlərini toplamış və dərs bölgüsü barədə məlumat vermiş, bu zaman Zərərçəkmiş şəxs ilə Səfiyyə Mehdiyevə dərs bölgüsü ilə bağlı sözlü mübahisə etmişlər. Zərərçəkmiş şəxs oturduğu masadan ayağa qalxaraq Səfiyyə müəllimin üzərinə yürümüş, əl-qol hərəkətləri etmiş, Zərərçəkmiş şəxs ilə Şəxs qarşısına keçərək onları sakitləşdirmişdir. Həmin vaxt X4 Əlverdiyevaya sözlə “tu sənə” ifadələrini işlətmiş, orada olan Şahid5, Kamilə Məmmədova, Aynurə Əhmədova, Şahid3, Şahid1 Şəxs sakitləşdirərək məktəbin sinif otağından çölə çıxarmışlar. Bundan sonra Zərərçəkmiş şəxs Səfiyyə Mehdiyevə barəsində polisə şikayət edəcəyini bildirmiş və oradan uzaqlaşmışdır. Baş verənlər onun gözü qarşısında olmuş, Şəxs Zərərçəkmiş şəxs çiyin nahiyəsindən vurmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 və Şahid4 məhkəmə iclasında şahid qismində iştirak edən Şahid5 izahatında qeyd etdiyi xüsusatları təsdiqləmişlər. İşdə olan Ordubad RPŞ-nin İTQ-nun təhqiqatçısı, polis kapitanı Turab Rzayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1/217 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs AR İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İşdə olan məhkəmə-tibbi ekspertizasının 383 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sağ çiyin qurşağı nahiyəsinin arxa səthinin qançırı bərk küt əşya (əşyalar) təsirindən, eləcə də sillə zərbələri nəticəsində törənməsi mümkündür, müddəti qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə iclasında dindirilmiş şahidlər ifadələrində X3 Əlverdiyevanın çiyin nahiyəsindən vurmaqla onu döyməsini təsdiq etməsələr də, iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə X3 Əlverdiyevanın çiyin nahiyəsindən vurması sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- inzibati xəta törətmiş şəxs üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən:Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar