Məhkəmə qərarları › İş №3(080)-75/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-75/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-75/2025 17.11.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs : 06.06. 1986-cı il tarixdə Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,3 uşaq atası, orta təhsilli, mağaza icraçısı işləyən əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. Barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25.10. 2025-ci il tarixdə 01:20 radələrində Ordubad şəhər Heydər Əliyev prospektində Emin şadlıq sarayının onündə hərəkət edən ** BF *** dövlət qeydiyyat nişanlı, Mitsubishi Pajero markalı ağ rəng avtomobilində plasmas materialdan hazırlanmış uşaq tapançasından bir neçə dəfə atəş açaraq ictimai qaydanı pozmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 17 noyabr 2025-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında ******* nömrəli protokol baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilir. xx.xx.2025-ci il tarixdə 21 radələrində xalanəvəsinin toyundan çıxıb işlədiyi Ordubad şəhərində yerləşən marketə getmiş, həmin vaxt o sipirtli içkinin təsirində olmuş, həmin gün saat 24 radələrində marketi bağlayıb dostu Elmirdən ona məxsus Mitsubishi Pajero markalı avtomobili idarə etməsini ondan xahiş etmişdir. Onlar, birlikdə pivə qəbul etmək üçün “Melisa” restoranının yaxınlığında yerləşən kafeyə getmişlər, lakin ora bağlı olduğu üçün evə qayıtmaq qərarına gəlmişlər. Ertəsi gün Elmir ona gecə qayıdarkən Ordubad şəhər H.Əliyev Prospektində yerləşən Emin şadlıq sarayının önündən keçərkən plastmas materialdan hazırlanmış oyuncaq silahdan bir neçə dəfə atəş açdığını və həmin vaxt oradan keçən metalik rəngli, seriya nömrəsini xatırlamadığı VAZ 2107 markalı avtomobilin olması barədə məlumat vermişdir. Hərəkətlərindən səmimi peşimandır. 3 övladının olmasını nəzərə almağı, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Şahidlərin izahatları: Məhkəmə iclasında şahid qismində izahat vermiş Sadiqov X2 rayon X4 Təhlükəsizlik Bölməsinin PPX-nin polis nəfəri vəzifəsində işlədiyini, Şəxs ilə heç bir ədavətim olmadığını, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində o, xidmətdə olarkən Ordubad rayon Polis Şöbəsinin önündə polis kapitanı X3 ilə söhbət edərkən yaxınlıqda yerləşən “Emin” şadlıq sarayının önündə Mitsubishi Pajero markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı ağ rənli avtomobil hərəkətdə olarkən həmin avtomobilin sağ ön oturacaqda üzünü görmədiyi bir nəfər şəxsin oyuncaq silah ilə həmin vaxt hərkətdə olan VAZ 2107 markalı metalik rəngli avtomobilə tərəf atəş açdığını və qeyd edilən VAZ 2107 markalı avtomobilin yolun sağ kənarına çəkərək dayandığını görmüşdür. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 xx.xx.2025-ci il tarixdə saat 01 radələrində dostu Hüseyn və Elmir gələrək onu Ordubad şəhərində yerləşən “Melisa” kafenin yaxınlığından avtomobil ilə götürərək evinə apararkən Ordubad şəhərində yerləşən Emin şadlıq sarayının önündən keçən zaman Hüseyn plastmas materialdan hazırlanmış oyuncaq silah ilə avtomobilin pəncərəsindən çölə bir neçə dəfə atəş açdığını, daha sonra onun yaşadığı evə çatdıqlarını, avtomobildən düşərək onlardan ayrıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 xx.xx.2025-ci il tarixdə saat 01 radələrində o, Ordubad şəhərində yerləşən “Emin” şadlıq sarayının önündə VAZ 2107 markalı metalik rəngli avtomobil ilə hərəkətdə olarkən yanından Mitsubishi Pajero markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı ağ rəngli avtomobil ilə keçən zaman həmin avtomobilin ön oturacaq hissəsində əyləşən üzünü görmədiyim bir nəfər şəxs oyuncaq silah ilə göyə bir neçə dəfə atəş açdığını, onun isə yoluna davam etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 01 radələrində radələrində Ordubad şəhərində yerləşən “Emin” şadlıq sarayının önündə Mitsubishi Pajero markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı ağ rənli avtomobillə hərəkətdə olarkən oyuncaq silah ilə göyə bir neçə dəfə atəş açaraq ictimai qaydanı pozması məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə də öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş- 04 noyabr 2025-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardadn görünür ki, HK-1/342 nömrəl ilə qeydə alınmış material üzrə cinayət işi rədd edilmişdir. 27 oktyabr 2025-ci il tarixli əşyanın təhvil verilməsi barədə Aktdan görünür ki, 01 ədəd plasmas materialdan hazırlanmış oyuncaq silah Ordubad Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, şahidlərin ifadələrini nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inziba xətanı törətməsi inzibati xəta haqqında ******* nömrəli protokolla, özünün və şahidlərin izahatları ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və bir daha analoji hallara yol verməyəcəyinə dair söz verməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. İnzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xəta törədən şəxsin şəxsiyyətini, həmçinin onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərar verdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 70 (yetmiş) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ordubad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar