Məhkəmə qərarları › İş №3(080)-8/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-8/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-8/2024 26.01.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Yusifov Ara Ərrəhman oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Ordubad rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kiçik leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1966-ci ildə Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, müvəqqəti işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ordubad rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 017391 №li, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs Zərərçəkmiş şəxs çənə nahiyəsinə yumruqla zərbə vurmuşdur. Ordubad rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Ordubad rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kiçik leytenantı X5 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Ordubad şəhərində yerləşən “Mənzərə Ailəvi istirahət mərkəzində” bacısı oğlu Zərərçəkmiş şəxs çənə nahiyəsinə yumruq zərbəsi endirərək onu döymüşdür. Ordubad RPŞ-nin İTQ-nun baş müstəntiqi, polis kapitanı Coşqun Əmirov tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdi və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Ordubad rayon Polis Şöbəsinə göndərilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, o Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxs onun bacısı oğludur və bir-biriləri ilə yaxşı münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə oğlunun leytenant rütbəsi alması ilə bağlı Ordubad şəhərində yerləşən “Mənzərə Ailəvi istirahət mərkəzi” ndə şənlik təşkil etdiyini, bacısı Zülfiyyə və bacısı oğlu Talenin də o məclisdə olduqlarını, saat 21 radələrində işıqlar sönülü olduğundan qonaqların bir neçəsi gedərkən qonaqları yola salmaq üçün istirahət mərkəzinin çıxışına tərəf getdiyini, balaca oğlu Kənan ilə bacısı oğlu Talenin mübahisə etdiyini gördüyün, oğlundan nə olduğunu soruşduğunu, oğlunun Talenin söyüş söydüyünü bildirdiyini, sonra Taleyə doğru mübahisəni sakitləşdirmək üçün bir böyük kimi ona tərəf getiyini, Talenin onun sinə nahiyəsindən əlində olan bıçaqla zərbə endirdiyini və bu an özünü qorumaq üçün cəld hərəkət edərək Talenin çənə nahiyəsinə yumruq zərbəsi vurduğunu, Bu hadisənin baş verməsini istəmədiyini, sadəcə oğlu və bacısı oğlu arasında yaranan mübahisəni sakitləşdirmək üçün araya girərkən bu hadisənin yarandığını bildirdi. Şəxs məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət olunmuş zərərçəkmiş şəxs Rəsulov X6 Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(080)-11/2023 saylı qərarı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanıldığı üçün məhkəmə iclasında iştirak edə bilməmiş, onun qanuni nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq qanuni nümayəndəsi Qanuni nümayəndə da məhkəmə iclasına gəlməmişdir , Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə 050 *** ** ** nömrəli mobil telefonla Ordubad rayon Məhkəməsinin 036 *** ** ** nömrəsinə zəng edərək Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olduğunu lakin məhkəmə iclasında anasının xəstəliyi ilə bağlı ona baxıcılıq etdiyi üçün gələ bilməyəcəyini bildirmiş, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə Şəxs onun qardaşı olduğunu və oğlu Tale ilə aralarında olan münaqişəyə görə pis olduğunu, belə bir hadisənin yaşanmasını əsla istəmədiyini, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxsin qardaşı olduğu üçün ona həbs verilməməsini və barəsində ən yüngül inzibati tənbeh tətbiq edilməsini, eyni zamanda oğlu zərərçəkmiş şəxs Taledə dayısının həbsə getmək isdəmədiyini bildirdi. İşdə olan Ordubad RPŞ-nin İTQ-nun baş müstəntiqi, polis kapitanı Coşqun Əmirov tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qərar qəbul olunmuşdur. İşdə olan Ordubad RPŞ-nin İTQ-nun baş müstəntiqi, polis kapitanı Coşqun Əmirov tərəfindən xx.xx.2024-cü il tarixli qanuni nümayəndə qismində tanıma haqqında qərardan görünür ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Zərərçəkmiş şəxs anası xx.xx.1964-cü l təvəllüdlü, ünvan 2 ünvanında yaşayan Qanuni nümayəndə, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi tanınıb. İşdə olan məhkəmə-tibbi ekspertizasının 787 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: üzündə, hər iki said və baldır nahiyyəsində bir neçə sıyrıqlar, sağ 1 barmağın distal falanqası nahiyyəsinin zirvəsində yara. Sıyrıqlar iti kənarlı əşyanın, eləcədə insan dırnağının təsirindən yarana bilərdi. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ordubad Rayon məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar