Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-83/2025 07.01.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X8 iclas katibliyi, Ordubad RPŞ-nin Biləv PB-nin polis sahə rəisi X11, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs: xx.xx.1984-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhərində qeydiyyatda olmaqla Ordubad rayon Behrud kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq qərar verdi: Ordubad RPŞ-nin Biləv PB-nin polis sahə rəisi X14 tərəfindən Şəxs barəsində İXMin 232-1- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ordubad RPŞ-nin Biləv PB-nin MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində ehtiyatsılıqdan qonşusu X12 məxsus təhlükəsizlik kamerasını yandırmaqla ona maddi ziyan vurmuşdur. Nəticədə Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, şikayətçidir Şəxs və X3 ilə heç bir ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində o, yaşadığı evdə olarkən evin arxa tərəfindən qışqırıq səsi eşitmiş, evin arxa tərəfmə keçdikdə alovlar qalxdığını görmüşdür. Həmin vaxt qonşusu Səkinə adlı şəxsin orada oturduğunu görmüş, ona bu halla bağlı sual etdikdə Səkinə ona həmin yeri yandırmağını həyat yoldaşının tapşırdığını lakin, gəlib söndürməyə kömək etmədiyini bildirmiş, daha sonra həmin yanğını söndürməyə başlamışdır. O da Səkinəyə kömək etmiş, 1 saat sonra həmin yanğını söndürə bilmişlər. Daha sonra Səkinənin həyat yoldaşı Hüsaməddin adlı şəxs həmin yerə gələndə Nadirə və həyat yoldaşı Əhməd adlı şəxs Hüsaməddinə vurmuş olduqları maddi ziyanı ödəmələrini tələb etmiş, Hüsaməddin isə onların üzərinə hücum çəkərək nalayiq ifadələr işlətməyə və hədə-qorxu gəlməyə başlamış, Nadirə ilə Əhməd Hüsaməddinə əhəmiyyət verməyərək oradan ayrıldıqlarını bildirmiş, o, baş verən hadisələri evlərinə quraşdırdığı təhlükəsizlik kamerası vasitəsilə qeydə alındığını və həmin video görüntüləri Ordubad rayon Polis Şöbəsinə təhvil verdiyini bildirmişdir. Nadirə yanğın baş verən zaman həyat yoldaşının kənd mərkəzində olduğunu yanğın söndükdən sonra həmin yerə gəldiyini bildirmişdir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 232-1- ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində qununi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində o, yaşadığı evin həyətyanı sahəsində təmizlik işləri apararkən qurumuş otları yığıb yandırmış, təmizlik ləvazimatı götürmək üçün evə getmiş, qayıdan zaman alovun yüksəldiyini görmüşdür. Dərhal həmin alovu söndürmək üçün vedrə ilə su apararaq söndürməyə balamış, bir neçə dəqiqə sonra alov bütünlüklə sönmüşdür. Lakin, Əhməd adlı qonşusu qeyd edilən yanğın baş verən zaman evinə quraşdırdığı təhlükəsizlik kamerasının yanması ilə bağlı şikayət edəcəyini bildirmiş, Əhmədin həyat yoldaşı Nadirə adlı şəxs isə onun ünvanına nalayiq ifadələr işlətmiş, o isə Nadirəyə hər hansı bir cavab verməmişdir. Səkinə yanğının baş verməsinə səbəbin onun ehtiyyatsız davrandığı üçün olduğunu və hər hansı bir ziyan vurmaq məqsədinin olmadığını bildirmişdir İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış təhqiqat materialı üzrə əməldə heç bir cinayətin tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişd, Hüsaməddin Məmmədova məxsus evin həyətyanı sahəsi ilə Əhməd Əliyevin həyətyanı sahəsinin sərhəddində yerləşən çəpərə nəzər yetirdikdə həmin çəpərin yəni, hər birinin uzunluğu 02 metr olan 01 bağlam nazik ağac budaqlarından ibarət olan (çıl-çırpının) yanaraq məhv olduğu və həmin çəpərin paralelində yerləşən Əhməd Əliyevə məxsus daş hasardan 01 metr hündürlükdə quraşdırılmış 01 ədəd M-Star markalı nəzarət kamerasının isə yanğının təsirindən alt hissəsinin əridiyi müşahidə olunur. Araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs Ordubad rayon Biləv kəndində qeydiyyatda olmaqla rayonun Behrud kəndində yaşamış, Ordubad rayon Behrud kənd orta məktəbində müəllimə vəzifəsində işləmiş, Şəxs və X3 ilə heç bir ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində o, yaşadığı evdə olarkən evin arxa tərəfindən qışqırıq səsi eşitmiş, evin arxa tərəfinə keçdikdə alovlar qalxdığını görmüşdür. Həmin vaxt qonşusu Səkinə adlı şəxsin orada oturduğunu görmüş, ona bu halla bağlı sual etdikdə Səkinə ona həmin yeri yandırmağını həyat yoldaşının tapşırdığını lakin, gəlib söndürməyə kömək etmədiyini bildirmiş, daha sonra həmin yanğını söndürməyə başlamışdır. O da Səkinəyə kömək etmiş, 1 saat sonra həmin yanğını söndürə bilmişlər. Daha sonra Səkinənin həyat yoldaşı Hüsaməddin adlı şəxs həmin yerə gələndə Nadirə və həyat yoldaşı Əhməd adlı şəxs Hüsaməddinə vurmuş olduqları maddi ziyanı ödəmələrini tələb etmiş, Hüsaməddin isə onların üzərinə hücum çəkərək nalayiq ifadələr işlətməyə və hədə-qorxu gəlməyə başlamış, Nadirə ilə Əhməd Hüsaməddinə əhəmiyyət verməyərək oradan ayrıldıqlarını bildirmiş, o, baş verən hadisələri evlərinə quraşdırdığı təhlükəsizlik kamerası vasitəsilə qeydə alındığını və həmin video görüntüləri Ordubad rayon Polis Şöbəsinə təhvil verdiyini bildirmişdir. Nadirə yanğın baş verən zaman həyat yoldaşının kənd mərkəzində olduğunu yanğın söndükdən sonra həmin yerə gəldiyini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X13 həyat yoldaşı Zərərçəkmiş şəxs izahatında göstərdiyi xüsusatları təsdiq etdiyini və əlavə olaraq evinə quraşdırdığı təhlükəsizlik kamerasının həmin hadisəni qeydə aldığını və həmin hadisə zamanı qonşusu Səkinə adlı şəxsin alində nə isə gətirərək odun üstünə atdığını nəticədə yanğının daha da artdığını bildirmiş, həmin videogörüntünü Ordubad rayon Pois Şöbəsinə təqdim etmişdir. Araşdırma zamanı Əhməd Əliyevin təqdim etdiyi videogörüntüyə baxış keçirilmiş, həmin videogörüntüyə baxış zamanı X2 həyətyanı sahəsi ilə X10 həyətyanı sahəsinin sərhəddində yanğın baş verən zaman bir nəfər qadın cinsindən olan şəxsin əlində hər hansı bir predmet gətirərk yanğının üzərinə səpərək yanğının artmasına səbəb olduğu müşahidə olunur. Araşdırma zamanı izahatı alınmış Quliyeva X6 şəhərində qeydiyyatda olmaqla Ordubad rayon Behrud kəndində yaşamış, Zərərçəkmiş şəxs ilə heç bir ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində o, yaşadığı evin həyətyanı sahəsində təmizlik işləri apararkən qurumuş otları yığıb yandırmış, təmizlik ləvazimatı götürmək üçün evə getmiş, qayıdan zaman alovun yüksəldiyini görmüşdür. Dərhal həmin alovu söndürmək üçün vedrə ilə su apararaq söndürməyə balamış, bir neçə dəqiqə sonra alov bütünlüklə sönmüşdür. Lakin, Əhməd adlı qonşusu qeyd edilən yanğın baş verən zaman evinə quraşdırdığı təhlükəsizlik kamerasının yanması ilə bağlı şikayət edəcəyini bildirmiş, Əhmədin həyat yoldaşı Nadirə adlı şəxs isə onun ünvanına nalayiq ifadələr işlətmiş, o isə Nadirəyə hər hansı bir cavab verməmişdir. Səkinə yanğının baş verməsinə səbəbin onun ehtiyatsız davrandığı üçün olduğunu və hər hansı bir ziyan vurmaq məqsədinin olmadığını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X1 yoldaşı Şəxs izahatında göstərdiyi xüsusatları təsdiq etdiyini bildirmişdir. Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilməlidir. Lakin, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsi və qəbul olunmuş qərarın surəti nəzarət üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi və HK-1/364 nömrəli material saxlanılması üçün Ordubad rayon Polis Şöbəsinin dəftərxanasına verilməsi qərara alınmışdır. İş materiallarənda olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 dekabr 2025-ci il tarixli qərardan görünür ki, X12 məxsus həyətdəki 02 metr olmaqla 01 bağlam nazik ağac budaqlarının (çıl-çırpı)nm orta bazar qiymətinin 04,00 (dörd) manat və 01 ədəd M-STAR markal nəzarət kamerasının orta bazar qiymətinin 20,00 (iyirmi) manat olmaqla ümumilikdə 24 manat təşkil edir. İş materiallarında olan X4 MMC-nin xx.xx.2025-ci il tarixli NQM 034- 11/25 nömrəli cavab məktubunda Ordubad rayon Behrud kənd sakini Zərərçəkmiş şəxs qonşusu Hüsammədin Məmmədova məxsus həyətyanı sahədə yanğın baş verməsi zamanı ziyan dəymiş 01 ədəd M-STAR markal nəzarət kamerasının orta bazar qiymətinin 20,00 (iyirmi) manat təşkil etdiyi göstərilmişdir. İş materiallarında olan X4 MMC-nin xx.xx.2025-ci il tarixli NQM 008- 12/25 nömrəli cavab məktubunda Ordubad rayon Behrud kənd sakini X13 ilə qonşusu X2 həyətyanı sahəsinin sərhədində yerləşən çəpər yanaraq məhv olmuşdur yanmış çəpərin yəni, hər birinin uzunluğu 02 metr olmaqla 01 bağlam nazik ağac budaqlarının (çıl-çırpı)nm orta bazar qiymətinin 04,00 (dörd) manat təşkil etdiyi göstərilmişdir. Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs özgənin əmlakını zədələməsi özünün məhkəmə iclasında verdiyi etirafedici izahatından başqa, məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməldən peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 232-1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 232-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək onun barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli, yəni 48 (qırx səkkiz ) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-83/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-83/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver