Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 3(080)-9/2022 08.08.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialın baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində 20 may 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi inzibati xəta haqqında protokolun surəti verilir. Azərbaycan Respublikası İXM-in 127-ci maddəsinə əsasən İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-in 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi barəsində inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməklə məlumatlandırılır. İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli Bakı şəhəri Suraxanı rayon DYPŞ tərəfindən barəsində inzibati tənbeh vermə haqqında Qərar barədə və xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında Protokol barədə Şəxs rəsmi qaydada məlumatlandırma ilə bağlı heç bir sübut inzibati protokola əlavə etməmişdir. Bundan əlavə Bakı şəhəri Suraxan Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin tələbinə əsasən Yol hərəkəti qaydalarına əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanunu qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək məhdudlaşdırılır müddəasının tələbini pozmuş və xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati protokolu Ordubad Rayon Məhkəməsinə göndərmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, barədə Şəxs barəsində 20 may 2022-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir, yəni barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati tənbeh vermə haqqında Qərar və Protokol barədə rəsmi məlumat verilməmiş və Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin tələbinə əsasən inzibati protokolun verilməsi üçün 3 aylıq müddət gözlənilmədən inzibati protokol Ordubad Rayon Məhkəməsinə göndərilmişdir . Şəxs barəsində 20 may 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İXM-in 125.2-ci maddəsinə tələbinə görə inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında Qərar və protokol tərtib edilmiş şəxs Şəxs rəsmi məlumat verilmədiyindən və Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin tələbinə əsasən inzibati protokolun verilməsi üçün 3 aylıq müddət gözlənilmədiyindən və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol Bakı şəhəri Suraxanı Rayon Polisi İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında iş üzrə Qərar və protokol ilə bağlı rəsmi məlumatlandırılmadığı, və Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin tələbinə əsasən inzibati protokolun verilməsi üçün 3 aylıq müddət gözlənilmədən Ordubad Rayon Məhkəməsinə göndərildiyindən və bu səbəbdən də materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə, Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 20 may 2022-ci il tarixdə Suraxanı Rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-9/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №3(080)-9/2022
08.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver