Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-9/2023 11.02.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X11 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs : xx xxxxxx 2001-ci il tarixdə Ordubad Rayonu Dəstə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, müvəqqəti işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Ordubad Rayonu Dəstə kəndində qeydiyyatda olmaqla yaşayan. Barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 09 fevral 2022-ci il tarixdə saat 15:20 radələrində Ordubad şəhər X9 dostları ilə daxil olaraq nalayıq sözlər deyərək ictimai qaydanı pozmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 11 fevral 2023-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında 009386 nömrəli protokol baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilir. 09 fevral 2023-ci il tarixdə saat 15:20 radələrində Ordubad şəhər X9 daxil olaraq orda işləyən tədris prosesində təlim keçən şəxlərin yanında nalayiq sözlər deyərək ictimai qaydanı pozduğunu bildirmişdir. Hərəkətlərindən səmimi peşimandır. Səmimi peşimançılığını nəzərə almağı, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Şahidlərin izahatları: Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 Ordubad şəhər X6 nəzarətçi işlədiyini 09 fevral 2023-ci il tarixdə saat 15:20 radələrində tədris mərkəzində öz vəzifəsini yerinə yetirərkən X1 Ordubad şəhər X9 dostları ilə daxil olaraq nalayiq sözlər deyərək ictimai qaydanı pozduğunu ifadəsində bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Rzayev X8 RPŞ-nin PPXT-nin tağım komandiri olduğunu 09.02. 2023-cü il tarixdə Ordubad şəhər ərazisində xidməti vəzifəsini yerinə yetirərəkən Ordubad şəhər X2 dərs hissə müdürü Hüseyn Həsənov ona yaxınlaşaraq “Honda” markalı avtomobildə olan şəxslərin məktəbə girərək səs-küy saldıqlarını və məktəbdəki asayişi pozduqlarını bildirmiş və həmin nəqliyyat vaistəsi saxlanılmış və həmin şəxslərin Ordubad Rayonu Dəstə kənd sakinləri X3, Şəxs X12 X7 və X4 olduqlarını aşkar etdiklərini ifadəsində bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 09 fevral 2023-ci il tarixdə saat 15:20 radələrində radələrində Ordubad şəhər X9 dostları ilə daxil olaraq ünvansız nalayiq söyüşlər söyməsi, ictimai qaydanı pozması məhkəmə iclasında dindirilmiş Şahid1 və Şahid2 izahatları ilə də öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş- 0164 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, S. Kazımov 11 fevral 2023-cü il tarixdə, saat 15:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, şahidlərin ifadələrini nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inziba xətanı törətməsi inzibati xəta haqqında 009386 nömrəli protokolla, özünün və şahidlərin izahatları ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və bir daha analoji hallara yol verməyəcəyinə dair söz verməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs inzibati xətanı digər şəxslər ilə birlikdə törətməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. İnzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xəta törədən şəxsin yaşını, həmçinin onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərar verdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ordubad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-9/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-9/2023
11.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver