Məhkəmə qərarları › İş №3(080)-9/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-9/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-9/2025 14.03.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Əhmədli Əliağa Əli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsi tərəfindən tərtib edilmiş 26 fevral 2025-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Ordubad- Naxçıvan yolunda hərəkət edib, nizamlanan yolayrıcını keçmə qaydasını pozub, sola dönərkən, əks istiqamətdə düzünə hərəkət edən “Naz Lifan” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobili idarə edən Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında ailəsi ilə birlikdə Ordubad rayonu Darkənd kəndində yaşadığını, 2008-ci il tarixdən Əlahiddə ümüumqoşun ordusunda xidmət etdiyini, hal hazırda N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmt qulluqçusu oduğunu, kiçik çavuş rütbəsində olduğunu, divizyon qərərgah rəisinin sürücüsü olduğunu, mülkiyyətində olan “Vaz 2109” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobili idarə etdiyini, xx.xx.2024-cü il tarixdə günorta saatlarında bayram alışı etmək üçün Ordubad rayonu Sabirdizə kəndinə dükana getdiyini, dükandan ərzaqlarımı aldıqdan sonra qeyd etdiyi avtomobillə yaşadığı Darkəndə getmək üçün yola çıxdığını, avtomobildə qabaq sərnişin oturacaqda oğlu, arxa oturacaqda isə həyat yoldaşının oturduğunu, Naxçıvan-Ordubad avtomobil yoluna çıxmaq üçün Sabirkənd yolayrıcına gəlib gözlədiyini, onun yaşadığı Darkənd Naxçıvan-Ordubad avtomobil yolunun Ordubad rayonu istiqamətində yolun sağ kənarında, Sabirkənd isə yolun sol kənarında yerləşdiyini, yolayrıcında gözləyən zaman Ordubad-Naxçıvan istiqamətində hərəkətdə olan 3 avtomobili buraxdığını həmin vaxtı Darkənd tərəfədən gələn bir avtomobil yolayrıcını keçərək Naxçıvan şəhəri istiqamətinə dönüb hərəkətə davam etdiyini, onun diqqətinin həmin avtomobildə olduğunu, həmin avtomobilin Naxçıvan şəhəri istiqamətində hərəkətini gözləyib hərəkət edən kimi onun yolayrıcından Darkənd yolu istiqamətində hərəkətə başladığını, yolun mərkəzinə çatdığını və yolun mərkəzindən digər zolağa hərəkət edən zaman anidən avtomobilinin sağ qabaq hissəsindən zərb ilə nəyinsə dəydiyini hiss etdiyini, avtomobili yolun kənarına çəkib saxladığını, avtomobildən endiyini və əks istiqamətli zolaqda qəzalı vəziyyətdə avtomobil olduğunu gördüyünü, tez həmin avtomobilə tərəf qaçdığını, hadisə yerinə gələn şəxslərin köməyi ilə həmin avtomobildə olan sərnişinəri avtomobildən endirdiyini və hadisə yerinə gələn təcili yardım avtomobilləri ilə xəstəxanaya yola saldığını, hadisə yerinə poli əməkdaşlarının gəldiyini və hadisə yeri müayinə olunduqdan sonra onu araşdırma üçün polis idarəsinə dəvət etdiklərini, hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadeığını, sürücü kimi işləyərək ailəsini dolandırdığını, qeyd olunanları nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdiyini göstərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxsə məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza Pataloji Anatomiya Birliyi xx.xx.2025-cü il tarixli 43 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X1 burnunda yumşaq toxumaların şişkinliyi, qançırı və burun sümüyünün sınığı, sağ gözətrafı nahiyyədə qançır yarası müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası NMR prokurorun müavini ədliyyə müşaviri Amil Rəhimovun «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, X2 yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yolnəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti AR NMR DİN DYPİnin vasitəsilə Ordubad rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsinin 26 fevral 2025-cü il tarixli İXP ******* seriyalı nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, sürücü kimi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmasını, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını (İXM-32.1.1) və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXMnin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar