Məhkəmə qərarları › İş №3(080)-97/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-97/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-97/2024 12.12.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsi, hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X5 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə, Şəxs:- xx.xx.1960-cı il tarixdə Ordubad Rayonu Dəstə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki uşaq atası, təqaüdçü, Ordubad Rayonu Dəstə kəndində qeydiyyatda olan-barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Ordubad Rayonu Dəstə kəndində X3 övladı, azyaşlı Zərərçəkmiş şəxs vuraraq onlara qəsdən fiziki ağrı yetirmişdir. Ordubad rayon polis şöbəsinin istintaq və təhqiqat qrupunun 07 dekabr 2024-cü il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və S.İbrahim barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli olmadığını bildirmişdir. Şəxs sözügedən inzibati xətanı törətməsi aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Ordubad Rayon Polis Şöbəsinin sahə rəisi X8 məhkəmə iclasında göstərdi ki, 09 noyabr 2024-cü il tarixdə Ordubad rayon Dəstə kənd sakini X7 övladı, Zərərçəkmiş şəxs həmkəndlisi Sabir adlı şəxs tərəfindən döyülərək təhqir edilməsi ilə bağlı Ordubad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. İkin araşdırma zamanı xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs izahatı atası, Qanuni nümayəndə1 iştirakı ilə alınmış, o, Ordubad rayon Dırnıs kəndində qeydiyyatda durmaqla rayonun Dəstə kəndində yaşamış, ailədə 3 qardaş olmuş, Dəstə kəndində kirayədə yaşadığı evin qonşuluğunda yaşayan Sabir adlı şəxs əvvəllər bir neçə dəfə ona bağıraraq məhəllə uşaqlarının yanında onun üzərinə daş parçaları atmışdır. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində dostları Şahid2 və Şahid1 ilə məhəllədə söhbət etmiş, bu zaman adları çəkilən şəxslərin yanına Sabir adlı şəxs yaxınlaşaraq onları oradan qovmuş, daha sonra Sabir adlı şəxs Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək ilk əvvəl baş və boyun nahiyəmdən 1 sillə zərbəsi vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs Şəxs əlindən çıxaraq yaşadığı ev istiqamətində qaçmış, bu zaman Sabir daş parçası ilə Sahilin ayaq nahiyəsindən bir zərbə vurmuş, daha soma Zərərçəkmiş şəxs yaşadığı evə gedərək qeyd edilən hadisə barədə anası, Həbibə Məmmədovanı məlumtlandırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, həqiqətən Ordubad Rayonu Dəstə kəndində qeydiyyatda olmaqla ailə üzvlərimlə birlikdə rayonun Dəstə kəndində kirayədə yaşayır. Ailəliyəm.2 övladım var.X1 barəmdə ünvanladığı şikayət ərizəsi ilə tanışam. Həbibə Məmmədova 6 ilə yaxındır ki, qonşuluqda yaşayır. Onunla heç bir ədavəti yoxdur. 08.1 1.2024-cü il tarixdə, saat 15 radələrində yaşadığı evin həyətindən çölə çıxdıqda X2 Məmmədov və bir neçə uşağın qaz borusunun üzərində asılaraq yelləndiklərini görmüş, həmin uşaqlara yaxınlaşaraq Zərərçəkmiş şəxs tanıdığı üçün ona irad bildirərək oradan getmələrini istəmiş, bundan sonra Həbibə Məmmədovanın evinə yaxınlaşaraq onun həyat yoldaşını səsləmişdir. Həbibə Məmmədova çölə çıxdıqda qeyd edilən hal barədə ona məlumat vermiş, həmin vaxt Həbibə onunla sözlü mübahisə edərək ünvanına nalayiq ifadələr işlətmiş, Şəxs oradan uzaqlaşmışdır. O, nə Zərərçəkmiş şəxs, nə onun yanında olan digər uşaqları döyməmişəm, nə də ki, onları söyməmişdir. Barəsində deyilənlər yalan olduğunu bildirmişdir. Məhkəmə iclasında Dəstə kənd tam orta məktəbin pisxoloq müəllimi X6 iştirakı ilə zərərçəkmiş şəxs qismində qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş, azyaşlı Zərərçəkmiş şəxs izahatında ailə üzvləri ilə birlikdə rayonun Dəstə kəndində kirayədə yaşadığını, ailədə 3 qardaş olduqlarını, kirayədə yaşadıqlarını, evin qonşuluğunda yaşayan Dəstə kənd sakini Sabir adlı şəxs əvvəllər bir neçə dəfə ona bağıraraq məhəllə uşaqlarının yanında üzərinə daş parçası atdığını, xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində dostları Şahid2 və Şahid1 ilə məhəllədə söhbət etdikləri zaman adları çəkilən şəxslərin yanında Sabir adlı şəxs onlara yaxınlaşaraq oradan qovduğunu, onun üzərinə hücum çəkərək ilk əvvəl baş və boyun nahiyəsindən 1 sillə zərbəsi vurduğunu, həmin vaxt onun əlindən çıxaraq yaşadığı ev istiqamətində qaçdığını, bu zaman Sabir daş parçasıilə ayaq nahiyəsindən bir zərbə vurduğunu, yaşadığı evə gəldiyini, hal barədə anası Həbibəyə məlumat verdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadəsində göstərdi ki, o, həqiqətən Ordubad Rayonu Dəstə kəndində ailə üzvləri ilə birlikdə rayonun Dəstə kəndində kirayədə yaşayır, ailəlidir, 3 övladı olduğunu, kirayədə yaşadığı evin qonşuluğunda yaşayan Dəstə kənd sakini Şəxs ilə heç bir ədavəti olmadığını, onu pinəçi kimi tanıdığını, əvvəllər bir neçə dəfə Şəxs onun qonşuluğunda yaşamağından narazı olduğunu bildirərərk onunla sözlü mübahisə etdiyini, xx.xx.2024-cü il tarixdə, saat 15 radəiərində Şəxs yaşadığı evin həyətinə daxil olaraq onun yoldaşının ünvanına nalayiq ifadələr işlədərək oğlu Sahilin ona məxsus olan evin arxasından keçən qaz borularının üzərində əyləşərək boruları silkələdiyini, bu səbəbdən boruların yararsız hala düşdüyü barədə ona məlumat verdiyini, bu ifadələrdən sonra həyətdən çölə çıxdığını, lakin, onun evinin arxasında hər hansı şəxs görmədiyini, ona bu barədə məlumat verdikdə Sabir yoldaşının üzərinə hücum çəkərək onu vurmaq istədiyini, həmin vaxt həyətə daxil olaraq çöl qapını bağladığını, təxminən 30 dəqiqə keçdikdən sonra Sahil evə gələrək boyun nahiyəsindən Şəxs tərəfindən sillə zərbəsi ilə vurularaq döyüldüyünü, baş və boyun nahiyələrində ağrıları olduğunu yoldaşına bildirdiyini, Sahil, sinif yoldaşı Hüseyn adlı şəxsin qeyd edilən hadisənin şahidi olduğunu bildirmişdir. Məhkəmə iclasında Dəstə kənd tam orta məktəbin pisxoloq müəllimi X6 iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Quliyev X9 Rayonu Dəstə kəndində ailə üzvləri ilə birlikdə həmin kənddə yaşadığını, Ordubad rayon Dəstə kənd tam orta məktəbinin İV sinif şagirdi olduğunu, yaşadığı kənddə dostları onu Aliq adı ilə çağırdıqlarını, həmkəndlisi Şəxs ilə heç bir ədavəti olmadığını, xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində dostları Zərərçəkmiş şəxs və ilkin Ceyhun oğlu ilə evin yerləşdiyi yaşadıqları məhəllədə oynadıqlarını, bu zaman həmin məhəllədə yaşayan Şəxs oraya yaxınlaşaraq onları oradan qovduğunu, Şəxs dostu Sahilin üzərinə hücum çəkərək onun ünvanına nalayiq ifadələr işlətdiyini, ardınca Sabir Sahilin baş və boyun nahiyəsindən bir neçə sillə zərbəsi vuraraq onu döydüyünü, həmin vaxt Sahil Şəxs əlindən çıxaraq yaşadığı ev istiqamətində qaçdığını, Sabir ardınca daş parçası ilə Sahilin ayaq nahiyəmdən bir zərbə vurduğunu,onlar adı çəkilən dostları hər biri yaşadıqları evə getdiklərini nbildirmişdir. Məhkəmə iclasında Dəstə kənd tam orta məktəbin pisxoloq müəllimi X6 iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid1 izahatında Ordubad Rayonu Dəstə kəndində ailə üzvləri ilə birlikdə həmin kənddə yaşadığını, Ordubad rayon Dəstə kənd tam orta məktəbinin Vİ sinif şagirdi olduğunu, həmkəndlisi Şəxs ilə heç bir ədavəti olmadığını xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində dostları Zərərçəkmiş şəxs və Şahid2 ilə evilərinin yerləşdiyi yaşadıqları məhəllədə oynadıqlarını, həmin vaxt Şəxs onlara tərəf yaxınlaşaraq oradan qovduğunu, Şəxs dostu Sahilin üzərinə yüyürərək onun ünvanına nalayiq ifadələr işlətdiyini, Şəxs Sahilin baş və boyun nahiyəsindən bir neçə sillə zərbəsi vuraraq onu döydüyünü, həmin vaxt Sahil, Şəxs əlindən çıxaraq yaşadığı ev istiqamətində qaçdığını, ardınca Şəxs daş parçası ilə Sahilin ayaq nahiyəsindən bir zərbə vurduğunu, onlar adı çəkilən dostları da hər biri yaşadıqları evə getdiklərini bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 09 noyabr 2024-cü il tarixdə Ordubad rayon Dəstə kənd sakini X7 övladı, Zərərçəkmiş şəxs həmkəndlisi Sabir adlı şəxs tərəfindən döyülərək təhqir edilməsi ilə bağlı Ordubad rayon Polis Şöbəsinə ərizə ilə müraciəti əsasında aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsi ilə inzibati icraatın açılması məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti Ordubad rayon Polis Şöbəsinin dəftərxanasına göndərilmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 110 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər sağ baldır nahiyəsinin orta 1/3-nin arxa səthinin qançırı bərk küt əşya (əşyalar) (ola bilsin ki daş) təsirindən qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsi mümkün olması və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 30-cu maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, təqaüdçü olduğunu, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz ) manat məbləğində cərimə edilsin . Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ordubad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar