Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-99/2024 24.12.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, Ordubad Rayon Polis Şöbəsinin, Biləv Polis bölməsinin sahə rəisi polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Ordubad rayonu, Tivi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, təqaüdçü, məhkumluğu olmayan, Ordubad rayonu, Aza kəndində qeydiyyatda olmaqla Darkənd kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ordubad Rayon Polis Şöbəsinin, Biləv Polis bölməsinin sahə rəisi polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törədilməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində 24 dekabr 2024-cü il tarixdə Ordubad Rayon Polis Şöbəsinin, Biləv Polis bölməsinin sahə rəisi polis leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 07 noyabr 2024-cü il tarixdə Ordubad rayon Biləv kəndində Zərərçəkmiş şəxs yumruq zərbəsi vuraraq, ona qəsdən fiziki ağrı yetirmişdir.. Bununla da onun tərəfindən İXM-in 157-ci maddəsində ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Faktla bağlı zərər çəkmiş şəxs Zalova X2 Rayon Polis Şöbəsinin, Biləv Polis bölməsinə müraciət etmiş, Ordubad Rayon Polis Şöbəsinin, Biləv Polis bölməsində İstintaq və Təhqiqat qrupu olmadığından, ərizə Biləv Polis bölməsi tərəfindən araşdırılması üçün, Ordubad Rayon Polis Şöbəsinə göndərilmişdir. Ordubad Rayon Polis Şöbəsinin İstintaq-Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Turab Rzayev tərəfindən araşdırma aparılmış və 05 dekabr 2024-cü il tarixli qərar qəbul edilmiş Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 89,212 və 39.1.2-ci maddələrinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Ordubad Rayon Polis Şöbəsinin, Biləv Polis bölməsinin sahə rəisi polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs ifadəsində göstərdi ki, qeyd olunan əməl üzrə özünü təqsirli bilmir. Belə ki, o Zərərçəkmiş şəxs Saman qızını döyməmişdir. Biləv kənd sakini Zərərçəkmiş şəxs ilə əvvəlcədən heç bir ədavəti olmamış, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində rayonun Biləv kənddə yas mərasiminə getmiş, həmin vaxt Biləv kənd sakini Zərərçəkmiş şəxs ilə yolda qarşılaşmış, Şəxs Zərərçəkmiş şəxs yaxmlaşaraq onun qızı Mədinənin oğlanları və ailəsinin barəsində nalayiq ifadələrlə sosial şəbəkələrdə paylaşım etməsin deyə xəbərdar etmiş, daha sonra Zərərçəkmiş şəxs qızı Mədinənin “yaxşı edir” deyə Şəxs deyə ifadəsini işlətmiş, Firəngiz cavab olaraq Validəyə qızı Mədinənin ailəsi barəsində paylaşılan nalayiq ifadələri onun diqqətinə çatdırmış, bundan sonra Firəngiz yaxın qohumunun yaşadığı evinin həyatyani sahəsindən Zərərçəkmiş şəxs səsləyərək onun ünvanma nalayiq ifadələr işlətmiş, daha sonra Validənin qızı Mədinənin onun ailəsindən əl çəkməsini və Firəngizin ünvanına nalayiq ifadələr işlətməməsin deyə onun diqqətinə çatdırmış, həmin vaxt Şəxs yanında olan qohumu Şahid Firəngizin qolundan tutaraq Validə ilə sözlü mübahisə etməsinin bir mənası olmadığını bildirərək Firəngizi oradan uzaqlaşdırmış, həmin vaxt orada onlardan başqa heç kim olmamış, Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətmişdir. Əlavə olaraq Şəxs izahatında olan xüsursatları təsdiq etmiş, Zərərçəkmiş şəxs onun barəsində bildirdikləri yalan və böhtan olduğunu bildirmiş, Zərərçəkmiş şəxs qızı Mədinə Zalovanın uzun müddət bundan öncə oğlu Eminlə yaxın münasibətləri olmuş, bu səbəbdən Mədinə Zalova istifadəsində olan mobil telefonla oğlu Emin Nəsirova məxsus fotoşəkilləri paylaşaraq nalayiq ifadələr yazmışdır. Şəxs sonda qeyd etmişdir ki, Validənin qızı Mədinəyə bir neçə dəfə ailəsi barəsində nalayiq ifadələr işlədib paylaşmamasını onun diqqətinə çatdırsada buna nail olmadığmı bildinnişdir. O, günahsızdır və zərərçəkmiş şəxsi döyməmişdir. Odur ki, onun barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaq Zərərçəkmiş şəxs Saman qızı məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Şəxs dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və pataloji Anatomiya Birliyi” X6 tərəfidnən verilmiş 12 noyabr 2024-cü il tarixli 113 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs Saman qızının bədən səthi üzərində, eləcədə kürək və sol bazu nahiyələrində xəsarət və ya xəsarət izi aşkar ediməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Yenə də həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin material üzrə inzibati araşdırma aparmış Ordubad Rayon Polis Şöbəsinin, Biləv Polis bölməsinin sahə rəisi polis leytenantı X4 hadisənin sübut kimi yalnız təhqiqatçının cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarını göstərmiş, özü isə heç bir inzibati araşdırma aparmayaraq, tərəflərin izahatlarını belə almamış və Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə protokol tərtib etmişdir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakteri məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibatidelikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra- Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsinə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qaişi iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olubolmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 mart 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXM-nin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan səxsin, zərərçəkmiş səxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Məhkəmə hesab edir ki, inzibati icraat aparan şəxs təkcə «cinayət işinin başlanması haqqında» qərardakılarla kifayətlənməməli, özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki iş üzrə sübut qismində yalnız təhqiqatçının qərarı çıxış etmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs (Ordubad Rayon Polis Şöbəsinin, Biləv Polis bölməsinin sahə rəisi polis leytenantı X4) bununla bağlı ətraflı araşdırma aparmamış və yalnız təhqiqatçının qərarını əsas götürərək inzibati xəta haqqında protokol tərtib etmişdir Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə iclasında Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs Saman qızı təhqiqtda verdiyi izahatında Şəxs onun sol qol və baş, bədən nahiyyəsinə ağac parşası ilə vurmasını bildirsə də, iş üzrə Məhkəmə-Tibbi Ekspertiza və pataloji Anatomiya Birliyi” X6 tərəfidnən verilmiş 12 noyabr 2024-cü il tarixli 113 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs Saman qızının sol qol və baş, bədən nahiyyəsində xəsarətin olması müəyyən edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-99/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-99/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver