Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-1/2025 08.01.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1969-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Babək rayonunda anadan olmuş, evli, ali təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan Muxtar Respublikası Babək rayonu, Qahab kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 19 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2024-cü il tarixində saat 23:22-də Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına daxil olan Azərbaycan Respublikaşının vətəndaşı xx.xx.2029-cu il tarixədək etibarlılıq müddəti olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, xx.xx.1969-cü il təvəllüdlü Şəxs idarə etdiyi **-BJ-*** dövlət nömrə nişanlı “Fiat Doblo” markalı minik nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində video çəkiliş aparılmaqla yoxlanılmış, həmin minik nəqliyyat vasitəsinin iki qapısının arxasında yerləşən plastik döşəmənin arasında 2 ədəd porşen başlığı, hava nasosu qutusunun içərisində 2 ədəd porşen başlığı, açar dəstinin içərisində 2 ədəd porşen yataq dəsti, arxa yük yerinin sağ yan divarında isə 1 ədəd yağ pompası olmaqla ümumilikdə çəkisi 3.2 kq olan avtomobil ehtiyyat hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, qeyd etdiyi ünvanda yaşadığını, hal-hazırda işsiz olduğunu, özünə məxsus olan **-BJ-*** nömrəli minik nəqliyyat vasitəsi ilə ayda bir iki dəfə Türkiyə Respublikasına gedib-qayıtdığını, xx.xx.2024-cü il tarixdə həmin minik nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasına getdiyini, həmin gün yaxın qohumu olan dayısının xahişi ilə Türkiyənin ərzurum şəhərindən Hundai Accent markalı minik nəqliyyat vasitəsi üçün bir ədəd yağ nasosu və bir neçə ədəd salnikləri aldığını, həmin ehtiyyat hissələrini ona məxsus olan nəqliyyat vasitəsinin müxtəlif yerlərinə qoyaraq Naxçıvan MR gəlmək üçün yola düşdüyünü, həmin gün axşam saatlarında Sədərək gömrük postuna daxil olduğunu, gömrük işçilərinin nəqliyyat vasitəsinə baxış keçirdiklərini, baxış zamanı həmin ehtiyyat hissələrini aşkar edərək götürdüklərini bildirərək əməlindən peşman olduğunu barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun inspektoru g/x kapitanı Şahid1 izahatında təxminən 8 ilə yaxındır ki, gömrük orqanlarında xidmət ediyini, hal-hazırda “Sədərək” gömrük postunun inspektoru vəzifəsində çalışdığını, 19 noyabr 2024-cü il tarixində gündəlik iş qrafikimə uyğun olaraq “Sədərək” gömrük postunda giriş istiqamətində minik nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən gecə saatlarında Azərbaycan Respublikasına məxsus bir minik nəqliyyat vasitəsi müayinə postuna yaxınlaşdığını, ilkin olaraq həmin minik nəqliyyat vasitəsinin sürücüsü ilə şifahi söhbət apardığını, bu zaman həmin sürücünün adının Şəxs olduğunun məlum olduğunu, sürücüylə biraz söhbət etdikdən sonra onun hərəkətləri şübhə doğurduğu üçün həmin şəxsin idarə etdiyi **-BJ-*** nömrəli “Fiat Doblo” markalı minik nəqliyyat vasitəsini əsaslı yoxlamaq qərarına gəldiyini, qanunvericiliyin tələblərinə uyğun olaraq aparılacaq yoxlamanı videoçəkiliş vasitəsilə qeydə alması üçün həmin gün xidmətdə olan gömrük əməkdaşı Şahid2ı dəvət etdikdən sonra ilkin olaraq Sadıx adlı sürücüdən nəqliyyat vasitəsində qadağan olunmuş və ya bəyan olunmalı hər hansı predmet olub-olmadığını soruşduğunu, sürücünün nəqliyyat vasitəsində gizlədilmiş heç bir şeyin olmadığını dediyini, daha sonra yoxlamaya başladığını, yoxlama zamanı həmin minik nəqliyyat vasitəsinin iki qapısının arasında yerləşən plastik döşəmənin arasından 2 ədəd ehtiyat hissə porşen başlığı, hava nasosu qutusunun içərisindən 2 ədəd ehtiyat hissə porşen başlığı, açar dəstinin içərisindən 2 ədəd porşen yataq dəsti, arxa yük yerinin sağ yan divarından isə 1 ədəd yağ pompası olmaqla ümumilikdə çəkisi 3,2 kq olan avtomobil ehtiyyat hissələri aşkar etdiyini, sonda yoxlamanın aparılması və aşkarladığı predmetin götürülməsi barədə protokol tərtib edərək iştirakçılar tərəfindən imzalandığını bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid2 Şahid1 izahatına uyğun eyni məzmunlu izahat verərək Şahid1 qeyd etdiklərini bir daha təsdiqlədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi tərtib olunmuş protokoldan, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 19 noyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanması haqqında protokoldan görünür ki, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı, Şəxs idarə etdiyi **-BJ-*** dövlət nömrə nişanlı “Fiat Doblo” markalı minik nəqliyyat vasitəsinin iki qapısının arxasında yerləşən plastik döşəmənin arasında 2 ədəd porşen başlığı, hava nasosu qutusunun içərisində 2 ədəd porşen başlığı, açar dəstinin içərisində 2 ədəd porşen yataq dəsti, arxa yük yerinin sağ yan divarında isə 1 ədəd yağ pompası olmaqla ümumilikdə çəkisi 3.2 kq olan avtomobil ehtiyyat hissələri aşkar edilərək götürülmüşdür. Bununla da müəyyən olunur ki, Şəxs 19 noyabr 2024-cü il saat 02:25 radələrində Sədərək Gömrük postundan Naxçıvan Muxtar Respublikasına keçərkən idarə etdiyi **-BJ- *** dövlət nömrə nişanlı “Fiat Doblo” markalı minik nəqliyyat vasitəsinin iki qapısının arxasında yerləşən plastik döşəmənin arasında 2 ədəd porşen başlığı, hava nasosu qutusunun içərisində 2 ədəd porşen başlığı, açar dəstinin içərisində 2 ədəd porşen yataq dəsti, arxa yük yerinin sağ yan divarında isə 1 ədəd yağ pompası olmaqla ümumilikdə çəkisi 3.2 kq olan avtomobil ehtiyyat hissələri gömrük əməkdaşlarına bəyan etmədən, gömrük nəzarətindən gizlətməklə keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş 18 dekabr 2024-cü il tarixli 1415 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş üzərində “Nüral 87-848300-02 STD 76.450 Sp 0.05 JT129” yazıları olan porşen başlığı bir ədədi 45 manat olan 3 ədədi cəmi 135 manat olan, üzərində “PHC HWHC OP1025 X3” yazıları olan yağ pompası bir ədəd 160 manat olan, 10 ədəd olmaqla porşen yataq dəsti (karnavoy) 1 dəst 60 manat olan, 08 ədəd olmaqla porşen yataq dəsti (şaturn) 1 dəst 50 manat olan təzə vəziyyətdə olan ehtiyyat hissələri 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 405 manat müəyyən edilmiş, digər bir adda ehtiyyat hisəsinin (üzərində “Nüral 87-848300-02 STD 76.450 Sp 0.05 JT129” yazıları olan içərisində pistonu olmayan porşen başlığı) tamlığı pozulduğundan qiymətləndirilmə aparılmamışdır. Əlavə olaraq xx.xx.2024-cü il tarixli 1415 nömrəli ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, ekspertizanın aparılması üçün 40 manat məbləğində xərc çəkilmişdir. İş materiallarında olan 19 dekabr 2024-cü il tarixli 3-33-1200/2-004391/2024 nömrəli müşayət məktubunun qeyd hissəsindən görünür ki, maddi sübutlar Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan üzərində “Nüral 87-848300-02 STD 76.450 Sp 0.05 JT129” yazıları olan porşen başlığı bir ədədi 45 manat olan 3 ədədi cəmi 135 manat olan, üzərində “PHC HWHC OP1025 X3” yazıları olan yağ pompası bir ədəd 160 manat olan, 10 ədəd olmaqla porşen yataq dəsti (karnavoy) 1 dəst 60 manat olan, 08 ədəd olmaqla porşen yataq dəsti (şaturn) 1 dəst 50 manat olan ümumilikdə 3.2 kq çəkisi müxtəlif ölçülü ehtiyyat hissələrinin təzə vəziyyətdə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 405 manat olan ehtiyyat hissələri dövlət nəfinə müsadirə edilməlidir. Əlavə olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan digər bir adda ehtiyyat hisəsinin (üzərində “Nüral 87-848300-02 STD 76.450 Sp 0.05 JT129” yazıları olan içərisində pistonu olmayan porşen başlığı) tamlığı pozulduğundan qiymətlənirilmə aparıla bilmədiyindən gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra təqsirləndirilən şəxs Şəxs geri qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 40 manat pul Şəxs tutulub ekspertiza mərkəzinin büdcə təsnifat kodu: 142330, büdcə səviyyə kodu: 2, kodu: 502906 VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİF BİK NAXCAZ21, VÖEN **********, HESAB AZ21NABZ******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.1-ci maddəsinə görə İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: xx.xx.1969-cu təvəllüdlü Naxçıvan Muxtar Respublikası Babək rayonu, Qahab kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan üzərində “Nüral 87-848300-02 STD 76.450 Sp 0.05 JT129” yazıları olan porşen başlığı bir ədədi 45 manat olan 3 ədədi cəmi 135 manat olan, üzərində “PHC HWHC OP1025 X3” yazıları olan yağ pompası bir ədəd 160 manat olan, 10 ədəd olmaqla porşen yataq dəsti (karnavoy) 1 dəst 60 manat olan, 08 ədəd olmaqla porşen yataq dəsti (şaturn) 1 dəst 50 manat olan ümumilikdə 3.2 kq çəkisi müxtəlif ölçülü ehtiyyat hissələrinin təzə vəziyyətdə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 405 manat olan ehtiyyat hissələri dövlət nəfinə müsadirə edilsin. Maddi sübut, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan bir adda ehtiyyat hisəsinin (üzərində “Nüral 87-848300-02 STD 76.450 Sp 0.05 JT129” yazıları olan içərisində pistonu olmayan porşen başlığı) tamlığı pozulduğundan qiymətlənirilmə aparıla bilmədiyindən gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra təqsirləndirilən şəxs Şəxs geri qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 40 manat pul Şəxs tutulub ekspertiza mərkəzinin büdcə təsnifat kodu: 142330, büdcə səviyyə kodu: 2, kodu: 502906 VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİF BİK NAXCAZ21, VÖEN **********, HESAB AZ21NABZ******************** hesabına köçürülsün. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-1/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-1/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver