Məhkəmə qərarları › İş №3(088)-10/2022

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-10/2022

05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-10/2022 05.07.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X4 iclas katibliyi, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X5 Gömrük Xidməti X1, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat şöbəsinin inspektoru Gömrük Xidməti leytenantı Şahid1 iştirakları ilə. xx xxxxx 1996-cı il tarixdə Şərur rayon Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 21 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A № 119093 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 12 iyun 2022-ci il tarixində Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələrkən, Sədərək Gömrük İdarəsinin gömrük postunda əl yüklərinin yoxlanılması zamanı Azərbaycan Respublikası vətəndaşı,xx.xx.2031-ci il tarixədək etibarlılıq müddəti olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, xx.xx.1996-cı il təvəllüdlü, Şərur rayon Zeyvə kənd sakini Şəxs əl yükləri şübhəli olduğu üçün təkrar gömrük yoxlaması keçirilmiş, həmin əl yükləri Hİ-Scan rentgen qurğusundan təkrar keçirilən zaman monitorda görünən şübhəli təsvirlər əsasında həmin əl yüklərinin içərisində olan 12 ədəd müxtəlif rəngli, üzərində “PRİNGLES” yazılı dəmir cipsi bağlamalarından ümumilikdə 90 qutu (1800) ədəd üzərində heç bir aksiz markası olmayan “Parlament” markalı siqaretlər aşkarlanmışdır və aşkar olunmuş siqaretlər götürülərək qablaşdırılmışdır. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri barədə rəsmi olaraq məlumatlandırsada Şəxs heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və hər hansı vəsatət göndərməmişdir. Ona görə də məhkəmə Şəxs iştirakı olmadan iclasın keçirilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsində göstərilir ki, İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X5 Gömrük Xidməti X2 izahatında bildirmişdir ki, yeddi ildən artıqdır ki göstərilən vəzifədə işlədiyini, 12 iyun 2022-ci il tarixində Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələrkən, Sədərək Gömrük İdarəsinin gömrük postunda əl yüklərinin yoxlanılması zamanı Azərbaycan Respublikası vətəndaşı, xx.xx.2031-ci il tarixədək etibarlılıq müddəti olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, xx.xx.1996-cı il təvəllüdlü, Şərur rayon Zeyvə kənd sakini Şəxs əl yükləri şübhəli olduğu üçün təkrar gömrük yoxlaması keçirildiyini, həmin əl yükləri Hİ-Scan rentgen qurğusundan təkrar keçirilən zaman monitorda görünən şübhəli təsvirlər əsasında həmin əl yüklərinin içərisində olan 12 ədəd müxtəlif rəngli, üzərində “PRİNGLES” yazılı dəmir cipsi bağlamalarından ümumilikdə 90 qutu (1800) ədəd üzərində heç bir aksiz markası olmayan “Parlament” markalı siqaretlər aşkarlandığını, aşkar olunmuş siqaretlərin sənədləşdirilərək götürüldüyünü, həmin materiallar üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirildiyini və müvafiq rəylər alındıqdan sonra 21 iyun 2022-ci il tarixdə protokol tərtib etdiyini, inzibati materialın təhqiqatı qurtardıqdan sonra qərardad qəbul edildiyini və baxılması üçün aidiyatı üzrə Sədərək rayon məhkəməsinə göndərildiyini bildirdi. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat şöbəsinin inspektoru Gömrük Xidməti leytenantı Şahid1 izahatında bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat şöbəsinin inspektoru vəzifəsində işlədiyini, 12 iyun 2022-ci il tarixində Sədərək Gömrük İdarəsində xidmətdə olarkən saat təxminən 23:05 radələrində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan vətəndaşı Şəxs gömrük nəzarətindən keçərkən hərəkətləri onda şübhə doğurduğu üçün həmin şəxsdən əl veşlərində bəyan edilməmiş veşlərinin olub-olmamasını soruşduğunu, Şəxs qanunsuz heç bir veşinin olmadığını dediyini, ona görə onun əl yüklərinə təkrar gömrük baxışı keçirməyi qərara aldığını və həmin əl yüklərini təkrar Hİ-Scan rentgen qurğusundan keçirdiyini, X13 Baş müfəttişi Şahid2 və hal şahidlərinin iştirakı ilə fiziki baxış keçirmək üçün həmin vaxt sərnişin keçid zalında olan yeməkxana işçisi X7 və kafedə işləyən X11 çağıraraq Şəxs əl yüklərinə gömrük yoxlaması keçirəcəyini onlarında hal şahidi qismində iştirak etmələrini xahiş etdiyini, onlara hüquq vəzifələrini izah etdiyini, onlar isə həmin hala etiraz etmədiklərini, Şəxs sumkaların ona aid olduğunu bildirdikdən sonra həmin əl yüklərinin içində qadağan olunmuş heç nə olmadığını bildirdiyini, yoxlama zamanı həmin şəxsin əl yüklərinin içindən 12 ədəd üzərində “PRİNGLES” yazılı dəmir cipsi qutularının içindən 6-7 qutu olmaqla ümumilikdə 90 qutu (1800) ədəd “Parlament” markalı siqaretlər aşkarlandığını, aşkar olunmuş siqaretlərin özünün, Şəxs və iki hal şahidinin iştirakları ilə sənədləşdirilərək götürülüb qablaşdırıldığını bildirdi. Məhkəmə iclasında iştirak etmiş X13 Baş müfəttişi Şahid2 izahatında bildirmişdir ki, 12 iyun 2022-ci il tarixində Sədərək gömrük postunda xidmət apararkən saat təxminən 23:05 radələrində Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan vətəndaşı Şəxs gömrük nəzarətini keçdikdən sonra Əməliyyat və Təhqiqat şöbəsinin inspektoru Şahid1 tərəfindən həmin şəxsin əl yükü şübhə doğurduğu üçün təkrar yoxlamaq qərarına gəldiklərini, həmin vaxt onun və iki nəfər hal şahidinin iştirakı ilə vətəndaşın əl yüklərinin rentgen yoxlamasından keçirildiyini, Şəxs sumkaların ona aid olduğunu bildirdiyini, bu zaman həmin rentgen qurğusunda şübhəli təsvirlər olduğu üçün əl yüklərinə fiziki baxış keçirdiklərini, yoxlama zamanı həmin şəxsin əl yüklərinin içindən 12 ədəd üzərində “PRİNGLES” yazılı dəmir cipsi qutularının içindən 6- 7 qutu olmaqla ümumilikdə 90 qutu (1800) ədəd “Parlament” markalı siqaretlər aşkarlandığını, aşkar olunmuş siqaretlərin Şəxs və iki hal şahidinin iştirakları ilə sənədləşdirilərək götürülüb qablaşdırıldığını bildirdi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən X14 izahatında bildirmişdir ki, Sədərək Gömrük İdarəsinin sərnişin keçid zalında yerləşən kafedə işlədiyini, xx.xx.2022-cil il tarixdə axşam saatlarında işdə olduğu zaman Arzu adlı gömrük əməkdaşı onu çağıraraq Türkiyədən gələn bir vətəndaşın əl yüklərinə yoxlama keçirəcəyini və onunda orda hal şahidi qismində iştirak etməyini xahiş etdiyini, buna etiraz etmədiyini, daha sonra Gömrük yeməkxanasında işləyən Tural adlı şəxsi də oraya hal şahidi qismində çağırdıqlarını, Arzu müəllimlə əl yüklərinə yoxlama keçirəcəkləri yerə monitorun yanına getdiklərini və gömrükçü Şəhriyar müəllimində orda olduğunu, Arzu müəllimin Şəxs adlı şəxsi təqdim edərək əl yüklərinin bu şəxsə aid olduğunu və yoxlamada iştirak edəcəyini bildirdiyini, yoxlama başlamazdan əvvəl Arzu müəllimin onlara hüquq və vəzifələrini izah etdiyini, daha sonra əl yüklərini yoxlamağa başladıqlarını, yoxlama zamanı əl bağlamalarının içərisində dəmir cipsi qutularının içinə xüsusi yığılmış paçkalar şəklində 90 qutu (1800) ədəd “Parlament” markalı siqaretlər aşkarlandığını, aşkar olunmuş siqaretlərin onların iştirakları ilə sayıldığını və sənədləşdirilərək götürülüb qablaşdırıldığını, həmin sənədlərə imza etdiklərini bildirdi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən X12 da digər hal şahidi X9 izahatına tam uyğun olaraq izahat verdi. Məhkəmə protokolu tərtib etmiş şəxsin izahatını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi protokolu tərtib etmiş şəxsin izahatı, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materillarına əlavə edilmiş 12 iyun 2022-cı il tarixli yoxlama haqqında protokoldan görünür ki, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı, xx.xx.2031-ci il tarixədək etibarlılıq müddəti olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, xx.xx.1996-cı il təvəllüdlü, Şərur rayon Zeyvə kənd sakini Şəxs əl yükləri şübhəli olduğu üçün təkrar gömrük yoxlaması keçirildiyini, həmin əl yükləri Hİ-Scan rentgen qurğusundan təkrar keçirilən zaman monitorda görünən şübhəli təsvirlər əsasında həmin əl yüklərinin içərisində olan 12 ədəd müxtəlif rəngli, üzərində “PRİNGLES” yazılı dəmir cipsi bağlamalarından ümumilikdə 90 qutu (1800) ədəd üzərində heç bir aksiz markası olmayan “Parlament” markalı siqaretlərin aşkarlanması müəyyən edilmişdir. Bununla da müəyyən olunur ki, Şəxs 12 iyun 2022-ci il tarixdə saat 23:05 radələrində Sədərək Gömrük postundan Naxçıvan Muxtar Respublikasına keçərkən əl yükündə gizlətdiyi 90 qutu parlament siqaretlərini gömrük əməkdaşlarına bəyan etmədən, gömrük nəzarətindən gizlətməklə keçirmək istəmişdir. İş materiallarına əlavə edilmiş 20 iyun 2022-ci il tarixli 157 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilən heç bir aksiz markası ilə markalanmayan istifadəyə yararlı vəziyyətdə 1 qutu “Parlament” markalı siqaretin rüsumsuz ticarət mağazalarındakı orta bazar qiyməti 5 (beş) manat, 90 qutunun ümumilikdə qiyməti 450 (dörd yüz əlli) manat həcmində müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “ İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan heç bir aksiz markası ilə markalanmayan istifadəyə yararlı 90 qutu (1800 ədəd) ümumilikdə qiyməti 450 manat olan “ Parlament” markalı siqaretlər dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: xx xxxxx 1996-cı il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların müvəqqəti saxlanc anbarında saxlanılan bir ədəd bağlamada içərisində 90 (doxsan) qutu (1800 ədəd) olmaqla “Parlament” markalı siqaretlər dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar