Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-10/2023 10.02.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Sədərək rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kiçik leytenantı X1, zərərçəkmişlər X12 və Zərərçəkmiş şəxs2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1997-ci ildə Şərur rayon Dəmirçi kəndində anadan olmuş, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində Sədərək rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs 15 dekabr 2022-ci il tarixdə, saat təxminən 12:00 radələrində Dəmirçi kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 2 ədəd sarımtılpontul və qara rəngli toyuq fərələri öz həyətlərində gördüyündən onları tutaraq Zeyvə kənd sakini X2 ikisini 20 manata satdığını, iki-üç gündən sonra yenə qonşusu Zərərçəkmiş şəxs2 məxsus olan 2 ədəd qara rəngli toyuq fərələrini tutub qara torbaya salaraq əvvəlki kimi Şərur rayonu Zeyvə kəndinə apararaq X2 ikisini 22 manata satdığını, 4 gün sonra yenədə həyətlərində gəzən və qonşusu Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd çil xoruzu və 1 ədəd qəhvəyi rəngdə olan toyuq fərəsini həyətlərində tutaraq, əvvəlki qaydada Şərur rayonu Zeyvə kənd sakini X2 hər ikisini 26 manata satdığını, 04 fevral 2023-cü il tarixdə isə saat təxminən 13:30 radələrində həyətlərində gəzən qonşusu X6 məxsus bir ədəd qazı tutaraq yenə də əvvəlki qaydada Şərur rayonu Zeyvə kəndinə apararaq Zeyvə kənd sakini X2 12 manata satmışdır. Bununla da Şəxs qonşuları olan Zərərçəkmiş şəxs2 və özünün qeyd etdiyi kimi ümumi dəyəri 90 manat olan bir ədəd qaz, beş ədəd toyuq fərəsi və bir ədəd xoruz oğurlayaraq xırda talama ilə inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 15 dekabr 2022-ci il tarixdə, saat təxminən 12:00 radələrində Dəmirçi kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 2 ədəd sarımtılpontul və qara rəngli toyuq fərələri öz həyətlərində gördüyündən onları tutaraq Zeyvə kənd sakini X2 ikisini 20 manata satdığını, iki-üç gündən sonra yenə qonşusu Zərərçəkmiş şəxs2 məxsus olan 2 ədəd qara rəngli toy fərələrini tutaraq qara torbaya salaraq əvvəlki kimi Şərur rayonu Zeyvə kəndinə apararaq X2 ikisini 22 manata satdığını, 4 gün sonra yenədə həyətlərində gəzən və qonşusu Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd çil xoruzu və 1 ədəd qəhvəyi rəngdə olan toyuq fərəsini həyətlərində tutaraq, əvvəlki qaydada Şərur rayonu Zeyvə kənd sakini X2 hər ikisini 26 manata satdığını, 04 fevral 2023-cü il tarixdə isə saat təxminən 13:30 radələrində həyətlərində gəzən qonşusu X6 məxsus bir ədəd qazı tutaraq yenədə əvvəlki qaydada Şərur rayonu Zeyvə kəndinə apararaq Zeyvə kənd sakini X2 12 manata satdığını, bununla da, qonşuları olan Zərərçəkmiş şəxs2 və X6 özünün qeyd etdiyi kimi ümumi dəyəri 90 manat olan bir ədəd qaz, beş ədəd toyuq fərəsi və bir ədəd xoruz oğurladığını bildirdi. Və o, etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyini və onlarla barışıq əldə etdiklərini, gələcəkdə bir daha belə işlərlə məşğul olmayacağını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 izahatında Bəhman ilə həmkəndli olduğunu, qonşu kimi yaxşı münasibətləri olduğunu, 2022-ci ilin dekabr ayında müxtəlif vaxtlarda ona məxsus 5 ədəd toyuğun və bir ədəd xoruzun naməlum şəraitdə yoxa çıxdığını, ilk əvvəl həmin heyvanların itdiyini yaxud vəhşi heyvanların yediyini düşündüyünü, 2023-cü ilin fevral ayında həmkəndlisi və qonşusu Əhmədov Sənaniyə məxsus bir ədəd qazın oğurlandığını eşitdikdən sonra onun da toyuq və xoruzunun oğurlandığını bildiyini, ona görə X19 ərizə ilə müraciət etdiyini, bir gün sonra onun toyuqlarını və xoruzunu qonşusu olan Şəxs Hüesynalı oğlu tərəfindən oğurlandığının bildiyini, oğurlanmış 5 ədəd toyuq fərələrinin və 1 ədəd xoruzun özünə qaytarıldığını və ona dəymiş ziyan tam ödənildiyini və Şəxs ilə barışdıqlarını ona görə də iş üzrə icrata xitam verilməsini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş X12 izahatında bildirdi ki, uzun illərdi Dəmirçi kəndində yaşadığını və Bəhman ilə qonşu olduqlarını, həyətində 5 ədəd qaz saxladığını, 2023-cü ildə həmin qazların 2 ədədini kəsib yediklərini, 3 ədədini isə saxladığını hər gün səhər qazları yemləmək üçün küçəyə ötürdüyünü axşam isə tövləyə qatdığını, 2023-cü ilin fevral ayının 6-da ona məxsus olan 3 ədəd qazdan birinin geri qayıtmadığını gördüyünü, həmin qazın oğurlandığından şübhələnərək Sədərək Rayon Polis Şöbəsinə müraciət etdiyini və həmin müddətdə qonşusu Bəhmandan şübhələndiyini qeyd etdiyini, bir neçə saat sonra ona məxsus olan bir ədəd qazın qonşusu Bəhman tərəfindən küçədən oğurlandığını bildiyini, ona dəymiş ziyanın tam ödənildiyini və Bəhmanla barışıq əldə etdiklərini ona görə də Bəhmanın işinə xitam verilməsini bildirdi. Məhkəmə iclasında Sədərək rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kiçik leytenantı X3 izahatında bildirdi ki, 06 fevral 2023-cü il tarixdə Sədərək rayon Dəmirçi kənd sakinləri X12 və Pənahov X14 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda ev quşlarının oğurlanmasını bildirilmişdirlər. Ərizə üzrə Sədərək rayon Polis şöbəsi tərəfindən araşdırma aparıldığını elə həmin gün ev quşlarını oğurlayan həmin kənd sakini Şəxs tutularaq barəsində təhqiqat aparılmış və əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasını rədd edən qərar qəbul edərək inzibati qaydada baxılması üçün Sədərək Rayon Polis Şöbəsinin İTB-nə göndərildiyini, inzibati iş üzrə araşdırma aparılarkən 15 dekabr 2022-ci il tarixdə, saat təxminən 12:00 radələrində Dəmirçi kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 2 ədəd sarımtılpontul və qara rəngli toyuq fərələri öz həyətlərində gördüyündən onları tutaraq Zeyvə kənd sakini X2 ikisini 20 manata satdığını, iki-üç gündən sonra yenə qonşusu Zərərçəkmiş şəxs2 məxsus olan 2 ədəd qara rəngli toy fərələrini tutaraq qara torbaya salaraq əvvəlki kimi Şərur rayonu Zeyvə kəndinə apararaq X2 ikisini 22 manata satdığını, 4 gün sonra yenədə həyətlərində gəzən və qonşusu Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd çil xoruzu və 1 ədəd qəhvəyi rəngdə olan toyuq fərəsini həyətlərində tutaraq, əvvəlki qaydada Şərur rayonu Zeyvə kənd sakini X2 hər ikisini 26 manata satdığını, 04 fevral 2023-cü il tarixdə isə saat təxminən 13:30 radələrində həyətlərində gəzən qonşusu X6 məxsus bir ədəd qazı tutaraq yenədə əvvəlki qaydada Şərur rayonu Zeyvə kəndinə apararaq Zeyvə kənd sakini X2 12 manata satmışdır. Bununla da Şəxs qonşuları olan Zərərçəkmiş şəxs2 və özünün qeyd etdiyi kimi ümumi dəyəri 90 manat olan bir ədəd qaz, beş ədəd toyuq fərəsi və bir ədəd xoruz oğurlayaraq xırda talama ilə inzibati xəta törətdiyini, bununla bağlı protokol tərtib edildiyini bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilən X5 izahatında göstərdi ki, Şərur rayonu Zeyvə kəndində qeydiyyatda olmaqla yaşadığını, Şərur rayonunda yerləşən bazarda quş alveri etdiyini, 2023-cü ilin yanvar ayının 15-də Dəmirçi kənd sakini X18 bazarda ona yaxınlaşaraq ayağı tüklü toyuq olduğunu alıb-almamasını soruşduğunu, Elnura almaq istədiyini bildirdiyini, Elnur sonra zəng edərək quşların onda olmadığını, qaynı Şəxs olduğunu və onun satdığını bildirdiyini, 2022-ci ilin son ayları və 2023-cü ilin fevral ayında Şəxs müxtəlif ev quşları 5 ədəd toyuq fərəsi, 1 ədəd xoruz və 1 ədəd qaz alaraq ümumilikdə Bəhmana 82 manat pul verdiyini, həmin quşlardan birini yəni qazı satdığını digərlərini isə özünün saxladığını, Şəxs həmin ev quşlarını oğurlamasından xəbəri olmadığını bildirdi. Məhkəmə iclasında hal şahidi kimi dindirilən X7 izahatında bildirdi ki, 07 fevral 2023-cü il tarixdə Sədərək Rayon Polis şöbəsinin əməkdaşı X9, Sədərək kənd sakini X8 və onun iştirakı ilə Şərur rayonu Zeyvə kəndində yerləşən X2 məxsus olan həyətdə olduqlarını, Ərrəhmanın həyətində olan toyuq hinində olan 15 ədəd toyuqların arasından Dəmirçi kənd sakini Şəxs Ərrəhmana satdığı 5 ədəd toyuq və bir ədəd xoruzun olduğunun, Ərrəhmanın hində olan 5 ədəd toyuğun və 1 ədəd xoruzun Şəxs aldığını dediyini, ondan sonra polis əməkdaşının həmin həyətdə protokol tərtib etdiyini, orada olan şəxslərin hər biri protokolu imzaladığını bildirdi. Məhkəmə iclasında hal şahidi kimi dindirilən X8 hal şahidi X4 izahatına tam uyğun izahat verərək, X4 bildirdiklərini bir daha təsdiq etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli 6/398 nömrəli ev quşlarının qiymətləndirilməsinə dair Sədərək rayon Vergilər şöbəsinin məktubundan belə məlum olur ki, bazar qiymətləri üzrə Axtarış-Hesabat sisteminə görə 2023-cü il fevral ayı üzrə beş ədəd toyuğun ümumi qiyməti 50 manat, bir ədəd xoruzun qiyməti 15 manat və bir ədəd qazın qiyməti isə 15 manat müəyyən edilmişdir. Məhkəmə Sədərək rayon X15 və Təhqiqat Qrupunun təhqiqatçısı X10 08 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarını, Sədərək rayon Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 09 fevral 2023-ci il tarixli, 008424 nömrəli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri və şahidləri dinləyib, zərərçəkmişlərin barışıq ərizələrini, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslərlə barışması, zərərçəkmiş şəxslərin bununla bağlı müvafiq izahatları və yazılı ərizələri nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №3(088)-10/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-10/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver