Məhkəmə qərarları › İş №3(088)-10/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-10/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-10/2024 06.03.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs qismində iştirak edən Sədərək Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxxxxx 1977-ci il tarixdə Şərur Rayonu Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 4 uşaq atası, işsiz, Sədərək Rayon Sədərək kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Heydərəbad qəsəbəsində Sədərək rayon Polis şöbəsində olarkən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sədərək rayon Sədərək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2024-cü il tarixdə günorta saatlarında dostları ilə oturub dörd nəfərə bir araq içdiklərini, sonra pul borcu olduğu üçün Şərur rayon Oğlanqala kəndində yaşayan Nəriman adlı birindən şikayət etmək üçün Sədərək Rayon Polis şöbəsinə getdiyini, axşam təxminən sasat 19:00 radələrində polis şöbəsinə çatdığını, polis əməkdaşlarının get sabah gələrsən dediyini, içkili olduğu üçün onları eşitmədiyini və səsküy saldığını, əsəbi olduğundan polisin qanuni tələblərinə tabe olmadığını bildirirərək törətdiyi əməldən çox peşman olduğunu, dörd uşaq atası olduğunu, yüngül cəza verilməsini, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs qismində dindirilən X2 izahatında bildirdi ki, Sədərək rayon Polis şöbəsinin İTB-də polis sahə rəisi vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sədərək rayon Polis şöbəsinə bir nəfər şəxsin borcu olduğu üçün Şərur rayon sakinindən şikayət etmək üçün gəldiyini, içkili olduğundan Polis şöbəsində ucadan səs-küy saldığını, sakitləşdirməyə çalışsalarda sakitləşdirə bilmədiklərini, polisin qanuni tələblərinə tabe olmadığını, barəsində protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə məhkəməyə göndərildiyini, əlavə olaraq onu da qeyd etdi ki, Abbasov kənddə hörmətə malik olduğunu, öz tərbiyəsi ilə həmişə cəmiyyət arasında seçildiyini, sadəcə olaraq sərxoş olduğu üçün polisə tabe olmadığını bildiridi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Tariyel oğlu izahatında bildirdi ki, Şərur rayon Dərvişlər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, Sədərək rayon Polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili işlədiyini, 2024-cü il tarixdə mart ayının 05-də polis şöbəsində olan zaman bir nəfər şəxsin polis şöbəsinə gəldiyini, həmin şəxsin içkili olduğunu, ucadan səs-küy saldığını, sakitləşdirə bilmədiklərini, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığını, barəsində protokol tərtib edilərək məhkəməyə göndərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Süleyman oğlu izhatında Şahid2 Tariyel oğlunun verdiyi izahata tam uyğun olaraq izahat verərək izahatda göstərilənləri bir daha təsdiq etdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs 05 mart 2024-cü il tarixdə Sədərək Rayon Sədərək kəndində yerləşən evində spirtli içki qəbul etmiş, sonra Sədərək Rayon Polis şöbəsinə gəlmiş və ucadan səsküy salaraq polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında 05 mart 2024-cü il tarixli 0796 nömrəli protokolundan müəyyən edilir ki, Şəxs 05 mart 2024-cü il tarixdən inzibati qaydada tutulmaqla saxlanmışdır. İnzibati materiala əlavə olunmuş Sədərək Rayon Mərkəzi xəstəxanası X4 05 mart 2024-cü il tarixli arayışından da məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədərkən sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törədərkən sərxoş olması Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33.1.7-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : xx xxxxxx 1977-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 9 (doqquz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli onun inzibati qaydada tutulduğu gündən yəni, 05 mart 2024cü il tarixdən saat 19:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar