Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-10/2025 14.03.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. xx.xx.1973-cü il tarixdə Naxçıvan MR Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 26 fevral 2025-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixində saat 18:48-də Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı ünvan 1 ünvanında yaşayan, etibarlılıq müddəti xx.xx.2031ci il tarixinədək olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, xx.xx.1973-cü il təvəllüdlü Şəxs məxsus əl yükləri “Hİ-Scan 100100T-2is” markalı rentgen yük yoxlama qurğusundan keçdiyi zaman qurğunun müşahidə monitorunda gümüşə bənzər suvenirlərin görünməsi səbəbindən həmin əl yüklərinə yoxlama keçirilmiş yoxlama zamanı həmin şəxsin əl yüklərindən gömrük nəzarətinə bəyan edilməyən hər birinin ayrılıqda çəkisi 200 qram olmaqla 4 ədəd gümüşü rəngli, quş formalı suvenirlər və ümumilikdə çəkisi 4400 qram olan 1 ədəd gümüşü rəngli samovar aşkar edilərək gömrük əməkdaşı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, ünvan 2 ünvanda yaşadığını, hal-hazırda işsiz olduğunu, xx.xx.2024-cü il tarixində tibbi yoxlanışdan keçmək üçün və birazda ev üçün alış-veriş etmək məqsədi ilə Türkiyə Respublikasının İğdır şəhərinə getdiyini, işlərimi bitirdikdən sonra təxminən günorta saatlarında əvvəlcədən tanıdığı Sədərək rayon sakini Rasim adlı şəxsin onu whatsapp şəbəkəsindən yığaraq İğdır avtovağzalında ona məxsus bağlamanın olduğunu, içərisində somavar və suvenirlər olduğunu və onu Naxçıvana gətirməyimi xahiş etdiyini, Rasimin xahişini yerə salmadığını və dediyi yerə gedib həmin bağlamanı götürdüyünü, bağlamanı götürdükdən sonra yoxlamaq məqsədi ilə açdığını və saydığını içərisində politelenə bükülü halda bir ədəd somavara bənzər əşya və 6 ədəd də balaca əşya olduğunu gördüyünü, sonra İğdır şəhərində alış-veriş işlərini bitirib Naxçıvana yola düşdüyünü, yolda olarkən alış-veriş etdiyi Murad adlı türk vətəndaşının mağazasında bəzi əşyalarımı unutduğunu xatırladığını və onları gətirməsi üçün tanışı Əsəd adlı həmyerlisinə zəng edərək onları götürməsini və Naxçıvana gətirməsini xahiş etdiyini, axşam saatlarında Naxçıvana keçmək üçün “Sədərək” gömrük postuna giriş etdiyini, pasport nəzarətindən keçdikdən sonra əl yüklərini monitora qoyduğunu və bu zaman həmin yüklərin içində şübhəli nəsə olduğunu həmin əl yüklərinə baxış keçirəcəklərini bildirdiklərini, daha sonra əl yüklərinə baxış keçirdiklərini və onların içərisində olan Rasim adlı tanışının bağlamasından 1 ədəd somavar və 4 ədəd süvenir bəzək əşyası olan flaminqonu aşkar edildiyini, gömrük əməkdaşlarının həmin əşyaların gümüşə bənzədiyini və onların bəyan olunmadığı bildirib araşdırma üçün götürdüklərini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin X5 inspektoru Şahid4 izahatında təxminən 6 il müddətdir ki, gömrük orqanlarında xidmət etdiyini, hal-hazırda Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun inspektoru vəzifəsində çalışdığını, xx.xx.2024-cü il tarixində gündəlik iş qrafikimə uyğun olaraq xidmətdə olduğunu, sərnişinlərin gömrük yoxlanışını həyata keçirdiyini, həmin gün axşam radələrində Türkiyə Respublikasından piyada yolla ölkə ərazisinə gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs əl yükləri “Hi scan 100100T-2is” markalı rentgen yoxlama qurğusundan keçən zaman həmin posta təhkim olunmuş gömrük əməkdaşı Abbasov Aydının rentgen qurğusunun müşahidə monitorunda həmin qadının əl yüklərinin içərisində samovara və suvenirlərə bənzər predmetldrin təsviri göründüyünü bildirdiyini, daha sonra həmin əl yüklərinə baxış keçirmək üçün gömrük əmkdaşı Şahid3 videoçəkiliş apararağına kömək etməsi üçün dəvət etdiyini, yoxlama zamanı llhamə Əliyevanın əl yüklərinin içərisindən bəyan olunmayan hər birinin çəkisi 200 qram olmaqla 4 ədəd quş formalı suvenir bezək aşyaları və çəkisi 4400 qram olan 1 ədəd gümüşü rəngli samovar aşkar etdiyini, həmin əşyaların üzərində "silver 925” və "steriing 925” möhürü olduğu üçün onların gümüşdən hazırlanmasını ehtimal etdiyini və həmin əşyalar şifahi, elektron və ya yazılı formada gömrük orqanına bəyan edilmədiyi üçün onları qablaşdırıb götürdüyünü bildirdi. Məhkəmədə şahid qismində dindirilən X3 xx.xx.2024-cü il tarixdə iş yoldaşı Şahid4 ilə birlikdə Sədərək Gömrük idarəsində olduqlarını bildirərək Şahid4 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında Sədərək rayonu ərazisində yerləşən yanacaqdoldurma menteqesindeki ərzaq mağazasını işlədiyini, xx.xx.2024-cü il tarixində müalicə məqsədi ilə Türkiyə Respublikasının Ərzurum şəhərində olarkən əvvəlcədən tanıdığı Naxçıvan şəhər sakini Arif adlı şəxs "whatsapp" sosial şəbəkəsi vasitəsilə zəng edərək Türkiyənin İğdır şəhərində yerləşən avtovağzalda ona məxsus hədiyyəlik suvenir əşyaların olduğunu və onları oradan götürüb Naxçıvana gətirməyini xahiş etdiyini, lakin Ərzurum şəhərində işlərinin çox vaxt aparması səbəbindən həmin gün gecə saatlarında qayıtdığı üçün Arif adlı tanışının xahişini etdiyi bağlamanı İğdır şəhərindən götürə bilmədiyini və qeyd edilən tarixdə gecə saatlannda Naxçıvana qayıtdığını, ertəsi gün yəni 10.11 2024-cü il tarixində Türkiyəyə kimin getdiyi barədə maraqlandığını və həmin gün Şərur rayon sakini, əvvəlcədən tanıdığı ilhamə adlı xanımın Türkiyənin İğdır şəhərinə gedidiyinin məlum olduğunu, " whatsapp” vasitəsilə İlhamə adlı tanışına zəng edib Arif adlı şəxsin ondan gətirməyini xahiş etdiyi bağlamanı onun gətirməsini xahiş etdiyini, İlhamənin də xahişi əsasında gedib "İğdır Turizm” şirkətinin qarajından həmin bağlamanı götürüb Naxçıvana gətirdiyini, lakin, İlhamə adlı tanışının ölkəyə giriş zamanı xahişi əsasında gətirdiyi bağlamanı gömrük yoxlamasından keçən zaman bəyan edilmədiyi üçün gömrük əməkdaşları tərəfindən saxlanıldıqdan sonra İlhamənin zəng edərək bağlamanın içərisində olan samovar və suvenir əşyaların gümüş olduğunu bildirdiyini, bu barədə məlumatının olmadığını və qanunvericiliyin tələblərini yerinə yetirməyə hazır olduğumu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında hal-hazırda Naxçıvan şəhərində yaşadığını, təqaüdçü olduğunu, təxminən bir-iki ay əvvəl Türkiyədə yaşayan qohumu vasitəsilə öz yaşadığı evində istifadə etmək məqsədilə 1 ədəd samovar və 6 ədəd quş formalı suvenir bəzək əşyaları sifariş etdiyini, həmin əşyalar avtobus vasitəsilə Türkiyənin İğdır şəhərinə çatdıqdan sonra həmin əşyaları gətirməsi üçün uzun illərdi tanıdığı Sədərək rayon sakini Rasim adlı şəxsə zəng edib həmin əşyaları gətirməsini xahiş etdiyini, lakin Rasimin işlərinin çox olması səbəbindən həmin gün Türkiyədən gec qayıtdığı üçün bağlamanı İğdır şəhərindən götürə bilmədiyini, ertəsi gün Rasim Türkiyəyə gedən tanışından ona məxsus olan həmin bağlamarı götürməyi xahiş etdiyini, ona məxsus olan həmin bağlamarı gətirən llhamə adlı xanımın qeyd edilən əşyaları bəyan etmədiyi üçün Sədərək gömrüyündə həmin malların saxlanıldığını bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidlərin izahatları, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 10 noyabr 2024-cü il tarixli Şəxs əl yüklərinə yoxlama aparılması haqqında protokoldan görünür ki, Əl yüklərinə baxış keçirilən zaman Şəxs əl yüklərindən gömrük nəzarətinə bəyan edilməyən və əvvəlcədən gömrük orqanına yazılı, elektron və ya şifahi formada bəyan edilməyən hər birinin çəkisi 200 qram olmaqla 4 ədəd metal görünüşlü flaminqo (bəzək əşyası-suvenir) və çəkisi 4400 qram olan 1 ədəd gümüşü rəngli samovar aşkar olunaraq götürülmüşdür. Bununla da müəyyən olunur ki, Şəxs 10 noyabr 2024-cü il tarixdə Sədərək Gömrük postundan Naxçıvan Muxtar Respublikasına keçərkən əl yüklərinin içərisində gömrük nəzarətinə bəyan etmədən hər birinin çəkisi 200 qram olmaqla 4 ədəd metal görünüşlü flaminqo (bəzək əşyası-suvenir) və çəkisi 4400 qram olan 1 ədəd gümüşü rəngli samovarı gömrük nəzarətindən kənar keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yə müəyənləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 6/5446-9/10087 nömrəli materialların məhkəmə ekspertizası məhkəmə iqtisad ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 198.32 qram kütləli, gümüşü rəngli, quş formalı, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir 925 əyarlı gümüşdən hazırlanmış, 190.46 qram kütləli, gümüşü rəngli, quş formalı, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir 925 əyarlı gümüşdən hazırlanmış, 209.59 qram kütləli, gümüşü rəngli, quş formalı, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir 925 əyarlı gümüşdən hazırlanmış, 211.44 qram kütləli, gümüşü rəngli, quş formalı, ayaq hissəsi qırıq, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir 925 əyarlı gümüşdən hazırlanmış, 4450 qram kütləli, gümüşü rəngli, qapağı olmayan və ayaq hissəsi deformasiyaya uğramış 1 ədəd samovar 925 əyarlı gümüşdən hazırlanmışdır. Əlavə olaraq xx.xx.2025-ci il tarixli 6/5446-9/10087 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 140 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2025-ci il tarixli 136 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş tədqiqat obyektlərinin hadisə baş verən tarixə yəni, 2024-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4619,00 (dörd min altı yüz on doqquz) manat olan 01 ədəd “quş formalı", gümüşü rəngli, çəkisi 198,32 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir - 300,00 manat, 01 ədəd “quş formalı”, gümüşü rəngli, çəkisi 190,46 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir - 280,00 manat, 01 ədəd “quş formalı”, gümüşü rəngli, çəkisi 209,59 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir - 310,00 manat, 01 ədəd “quş formalı”, gümüşü rəngli, çəkisi 211,44 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, ayaq hissəsi qırıq, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir (əlvan metal qırıntı kimi)-169,00 manat (211,44 qram x 0,80 manat), 01 ədəd gümüşü rəngli, çəkisi 4450 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, qapağı olmayan, oturacaq hissəsi (ayaq hissəsi) deformasiyaya məruz qalmış samovar (əlvan metal qırıntı kimi) - 3560,00 manat (4450 qram x 0,80 manat). Əlavə olaraq 25 fevral 2025-ci il tarixli 136 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 40 manat müəyyən edilmişdir. İş materiallarında olan 27 fevral 2025-ci il tarixli, 3-33-1200/2-000650/2025 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, maddi sübutlar Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ümumi dəyəri təxminən 4619,00 (dörd min altı yüz on doqquz) manat olan 01 ədəd “quş formalı", gümüşü rəngli, çəkisi 198,32 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir - 300,00 manat, 01 ədəd “quş formalı”, gümüşü rəngli, çəkisi 190,46 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir - 280,00 manat, 01 ədəd “quş formalı”, gümüşü rəngli, çəkisi 209,59 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir - 310,00 manat, 01 ədəd “quş formalı”, gümüşü rəngli, çəkisi 211,44 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, ayaq hissəsi qırıq, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir (əlvan metal qırıntı kimi)-169,00 manat (211,44 qram x 0,80 manat), 01 ədəd gümüşü rəngli, çəkisi 4450 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, qapağı olmayan, oturacaq hissəsi (ayaq hissəsi) deformasiyaya məruz qalmış samovar (əlvan metal qırıntı kimi) - 3560,00 manat (4450 qram x 0,80 manat) məbləğində olan suvenerlər dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 40 manat pul Şəxs tutulub Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ**********0000005944 olan hesabına köçürülməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 140 manat pul Şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, adı: X2, kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, VÖEN **********, HESAB: AZ34CTRE******************** olan hesabına köçürülməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.1-ci maddəsinə görə İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1973-cü il tarixdə Şərur şəhəri, H.Əliyev prospekti, ev 35, mənzil 40 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ümumi dəyəri təxminən 4619,00 (dörd min altı yüz on doqquz) manat olan 01 ədəd “quş formalı", gümüşü rəngli, çəkisi 198,32 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir - 300,00 manat, 01 ədəd “quş formalı”, gümüşü rəngli, çəkisi 190,46 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir - 280,00 manat, 01 ədəd “quş formalı”, gümüşü rəngli, çəkisi 209,59 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir - 310,00 manat, 01 ədəd “quş formalı”, gümüşü rəngli, çəkisi 211,44 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, ayaq hissəsi qırıq, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir (əlvan metal qırıntı kimi)-169,00 manat (211,44 qram x 0,80 manat), 01 ədəd gümüşü rəngli, çəkisi 4450 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, qapağı olmayan, oturacaq hissəsi (ayaq hissəsi) deformasiyaya məruz qalmış samovar (əlvan metal qırıntı kimi) - 3560,00 manat (4450 qram x 0,80 manat) məbləğində olan suvenerlər dövlət nəfinə müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 40 manat pul Şəxs tutulub Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, adı: X6 MR İdarəsi, kodu: 502906 VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK: NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ**********0000005944 olan hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 140 manat pul Şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, adı: X2, kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, VÖEN **********, HESAB: AZ34CTRE******************** olan hesabına köçürülsün. Qərar qanuni qüvvəsini aldıqdan sonra qərarın ekspertiza xərcinə dair hissəsi icra olunması üçün Şərur rayon İcra və Probasiya şöbəsinə, maddi sübutların müsadirə edilməsinə dair hissəsi icra olunması üçün Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-10/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-10/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver