Məhkəmə qərarları › İş №3(088)-11/2021

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-11/2021

27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-11/2021 27.12.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sədərək Rayon Polis Şöbəsinin İTB-nin polis sahə inspektoru, polis kiçik leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. xx xxxx 1979-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, üç uşaq atası, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Sədərək Rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Vətəndaş Şəxs 27 dekabr 2021-ci il tarixdə, saat 12:00 radələrində Sədərək rayonunda yerləşən Sədərək Gömrük keçid məntəqəsinin giriş hissəsinin qarşısında, ucadan nalayiq ifadələr işlətmiş, həmin vaxt orada xidmət aparan polis əməkdaşları yaxınlaşaraq onu sakitləşdirməyə cəhd göstərsələr də o, öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən imtina etmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Sədərək Rayon Polis şöbəsinin İTB-nin polis sahə inspektoru, polis kiçik leytenantı X2 bildirdi ki, Şəxs 27 dekabr 2021-ci il tarixdə, saat 12:00 radələrində Sədərək rayonunda yerləşən Sədərək Gömrük keçid məntəqəsinin giriş hissəsinin qarşısında, ucadan nalayiq ifadələr işlətmişdir. Həmin vaxt orada xidmət aparan polis əməkdaşları yaxınlaşaraq Şəxs sakitləşdirməyə və onu nizam-intizama dəvət etməyə cəhd göstərsələr də Şəxs öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən imtina etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında bildirdi ki, o, həqiqətən də, 27 dekabr 2021-ci il tarixdə, saat 11:50 radələrində Sədərək rayonunda yerləşən Sədərək Gömrük keçid məntəqəsinin giriş hissəsinin qarşısında növbə gözləyərkən, insanların sıxlığından bezərək əsəbləşdiyini və insanların sıx olduğu yerdə ucadan nalayiq ifadələr işlətmiş, həmin vaxt orada xidmət aparan polis əməkdaşları yaxınlaşaraq onu sakitləşdirməyə cəhd göstərsələr də o, öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən imtina etmişdir. Həmin hərəkətini bir müddət davam etdirdiyindən polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş və barəsində protokol tərtib edildiyini və o, etdiyi hərəkətdən peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, 27 dekabr 2021-ci il tarixdə saat 12 radələrində Sədərək rayonunda yerləşən Gömrük məntəqəsinin ətrafında xidməti vəzifəsini yerinə yetirən zaman, Sədərək rayonunda yerləşən Sədərək Gömrük keçid məntəqəsinin giriş hissəsinin qarşısında, bir nəfərin ucadan nalayiq ifadələr işlətməsini eşitdiyini, həmin vaxt ona yaxınlaşaraq onu sakitləşdirməyə cəhd göstərdiyini və qanuna tabe olmasını bildirdiyini, lakin, onun öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən imtina etdiyini, məcbur olub vətəndaşı Sədərək rayon Polis şöbəsinə gətirdiklərini və barəsində protokol tərtib edildiyini, Polis şöbəsində onun Naxçıvan şəhər sakini Şəxs olduğunun müəyyən edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, 27 dekabr 2021-ci il tarixdə səhər saatlarında Türkiyə Respublikasına getmək üçün Sədərək Gömrük məntəqəsinə getdiyini, Sədərək rayonunda yerləşən Sədərək Gömrük keçid məntəqəsinin giriş hissəsinin qarşısında növbə gözləyərkən tanımadığım bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini eşitdiyini, həmin vaxt orada xidmət aparan polis əməkdaşları yaxınlaşaraq onu sakitləşdirməyə cəhd göstərsələr də o, öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən imtina etdiyini, bir müddətdən sonra Polis əməkdaşları onun şəxsiyyətini araşdırarkən Naxçıvan şəhər sakini Şəxs olduğunu bildirdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici və protokol tərtib etmiş şəxsin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-535.1-ci maddəsinin sanksiyası çərçivəsində 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu 27 dekabr 2021-ci il saat 13:35-dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar