Məhkəmə qərarları › İş №3(088)-11/2022

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-11/2022

22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-11/2022 22.07.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X4 Gömrük Xidməti X1 iştirakları ilə. xx xxxx 1999-cü il tarixdə Azərbaycan Respublikası,Sumqayıt şəhəri Corat bağları ev 2396 G anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında materiallardan və 08 iyul 2022-ci il tarixli, 20000-0024/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvan Muxtar Respublikası Sədərək Gömrük postundan daxil olmuş xx.xx.2022-ci il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikası ərazisinə gələn azərbaycan vətəndaşı xx.xx.2029-cu il tarixədək etibarlılıq müddəti olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi xx xxxx 1999-cu il təvəllüdlü Sumqayıt şəhər sakini Şəxs əl yükləri şübhəli olduğu üçün təkrar gömrük yoxlaması keçirilmiş və yoxlama zamanı həmin şəxsin əl çantasından bəyan olunmayan 1 ədəd qara rəngli “ EKOL ES P66” markalı 90-G21HP-008572 nömrəli tapança, 1 ədəd həmin tapançaya aid daraq, 5 ədəd həmin tapançaya aid gümüşü rəngli dəmir oksigen balonu, 1 ədəd üzərində “BLASTER” sözləri yazılmış plastik qutunun içində 849 ədəd dəmir kürəcikləri və 1 ədəd qara rəngli parçadan hazırlanmış silah qabı aşkar edilmişdir. Aşkar olunmuş predmetlər 1 ədəd kağız zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. Müvafiq olaraq gömrük orqanı tərəfindən prosessual hərəkətlər aparılmış, hal şahidlərinin də iştirakı ilə baxış protokolu tərtib edilmiş və aşkar edilmiş hüquqpozma predmeti məhkəmə ballistık və əmtəəşünaslıq ekspertizasının aparılması məqsədilə həmin protokol əsasında götürülmüşdür. Qeyd edilən fakt üzrə Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 20000-0024/222 saylı iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. İş üçün əhəmiyyət kəsb etdiyi üçün aşkar edilmiş 1 ədəd qara rəngli “ EKOL ES P66” markalı 90-G21HP-008572 nömrəli tapança, 1 ədəd həmin tapançaya aid daraq, 5 ədəd həmin tapançaya aid gümüşü rəngli dəmir oksigen balonu, 1 ədəd üzərində “BLASTER” sözləri yazılmış plastik qutunun içində 849 ədəd dəmir kürəcikləri məhkəmə ballistik və əmtəəşünaslıq ekspertizasının aparılması üçün inzibati xəta materialına əlavə edilmiş 28 iyun 2022-ci il tarixli qərardad çıxarılaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuşdur. Həmin qurumdan daxil olmuş 07 iyul 2022-ci il tarixli 170 və 171 saylı ekspert rəylərinə əsasən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş 1 ədəd qara rəngli “ EKOL ES P66” markalı 90-G21HP-008572 nömrəli tapança- pnevmatik tapançadır, odlu, soyuq, qaz silahı hesab edilmir, saz, atış etmək üçün yararlıdır və həmin silahın tətiyini çəkmədən ondan öz-özünə atışın baş verməsi mümkün deyildir. 1 ədəd həmin tapançaya aid daraq- “ EKOL ES P66” markalı 90-G21HP-008572 nömrəli pnevmatik tapançanın funksional təyinatına malik olan komplekt hissəsidirsandıqçadır təyinatı üzrə istifadəyə yararlıdır. 5 ədəd həmin tapançaya aid gümüşü rəngli dəmir oksigen balonu-pnevmatik tapançalarda sıxılmış qaz təzyiqi yaratmaq üçün nəzərdə tutulmuş, funksional təyinatına malik olan komplekt hissələrdir-qaz(CO2) balonlardır və ekspertizaya təqdim olunmuş vəziyyətlərində təyinatı üzrə istifadəyə yararlıdır. 1 ədəd üzərində “BLASTER” sözləri yazılmış plastik qutunun içində 849 ədəd dəmir kürəcikləri-“ EKOL ES P66” markalı 90-G21HP-008572 nömrəli pnevmatik tapançada sıxılmış karbon qazının təsiri ilə atılmaq üçün nəzərdə tutulmuş mərmilərdir, döyüş sursatı hesab edilmirlər və təyinatı üzrə istifadəyə yararlıdırlar. 1 ədəd qara rəngli parçadan hazırlanmış silah qabı-“ EKOL ES P66” markalı 90- G21HP-008572 nömrəli pnevmatik tapançanın yerləşdirilməsi və daşınması üçün nəzərdə tutulmuş qoburdur, təyinatı üzrə istifadəyə yararlıdır. Ekspertizaya təqdim edilən 1 ədəd qara rəngli “ EKOL ES P66” markalı 90- G21HP-008572 nömrəli tapança, 1 ədəd həmin tapançaya aid daraq, 5 ədəd həmin tapançaya aid gümüşü rəngli dəmir oksigen balonu, 1 ədəd üzərində “BLASTER” sözləri yazılmış plastik qutunun içində 849 ədəd dəmir kürəcikləri və 1 ədəd qara rəngli parçadan hazırlanmış silah qabının ümumi dəyəri təxminən 173.49 (bir yüz yetmiş üç manat qırx doqquz qəpik ) manat olduğu müəyyən edilmişdir. Faktla əlaqədar olaraq 26 iyun 2022-ci il tarixdə barəsində inzibati icraat aparılan Azərbaycan Respublikası vətəndaşı Sumqayıt şəhər sakini Şəxs sorğu-sual edilmiş və müvafiq protokol tərtib edilmişdir. Şəxs öz izahatında, xx xxxx 1999-cü ildə Sumqayıt şəhərində anadan olduğunu, həmin predmetləri Türkiyənin Antalya şəhərindən aldığınını, Azərbaycana gələrkən əl çantasına yerləşdirdiyini məqsədi həmin tapançanı Sumqayıt şəhərinə aparmaq olduğunu,Türkiyədən gələrkən Sədərək gömrük məntəqəsində bəyan etmədən keçirmək istəyərkən, əl çantasına baxış zamanı həmin tapançanı və ona aid predmetlərin aşkar olunaraq götürüldüyünü bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri barədə rəsmi olaraq məlumatlandırsada Şəxs heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və hər hansı vəsatət göndərməmişdir. Ona görə də məhkəmə Şəxs iştirakı olmadan iclasın keçirilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsində göstərilir ki, İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X4 Gömrük Xidməti X2 məhkəmə iclasında izahatında bildirdi ki, səkkiz ildən artıqdır ki göstərilən vəzifədə işlədiyini, xx.xx.2022-ci il tarixində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikası ərazisinə gələn azərbaycan vətəndaşı xx.xx.2029-cu il tarixədək etibarlılıq müddəti olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi xx xxxx 1999-cu il təvəllüdlü Sumqayıt şəhər sakini Şəxs əl yükləri şübhəli olduğu üçün təkrar gömrük yoxlaması keçirilmiş və yoxlama zamanı həmin şəxsin əl çantasından bəyan olunmayan 1 ədəd qara rəngli “ EKOL ES P66” markalı 90-G21HP-008572 nömrəli tapança, 1 ədəd həmin tapançaya aid daraq, 5 ədəd həmin tapançaya aid gümüşü rəngli dəmir oksigen balonu, 1 ədəd üzərində “BLASTER” sözləri yazılmış plastik qutunun içində 849 ədəd dəmir kürəcikləri və 1 ədəd qara rəngli parçadan hazırlanmış silah qabı aşkar edilmişdir. Aşkar olunmuş predmetlər 1 ədəd kağız zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür.Həmin materiallar üzrə məhkəmə-əmtəşünaslıq və məhkəmə- ballistiq ekspertizalar keçirildiyini və müvafiq rəylər alındıqdan sonra 08 iyul 2022-ci il tarixdə protokol tərtib etdiyini və baxılması üçün məhkəməyə göndərdiyini bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid1 izahatında bildirdi ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük inspektoru vəzifəsində işlədiyini, 26 iyun 2022-ci il tarixdə Sədərək Gömrük İdarəsində xidmətdə olarkən saat təxminən 17-00 radələrində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, azərbaycan vətəndaşı Şəxs gömrük nəzarətindən keçdikdən sonra hərəkətləri onda şübhə doğurduğu üçün həmin şəxsin əl yüklərinə təkrar gömrük baxışı keçirməyi qərara aldığını, Şəxs qadağan olunmuş hər hansı əşya və ya predmet olduğunu soruşduğunu, Şəxs isə heçnə olmadığını bildirdiyini, sonra həmin əl yüklərini təkrar Hİ-Scan rentgen qurğusundan keçirdiyini, həmin əl yüklərində şübhəli təsvirlər olduğundan həmin əl veşlərinə fiziki baxış keçirilməsi üçün hal şahidlərini dəvət etdiyini, ilk olaraq Şəxs şahidlərə təqdim etdikdən sonra ona aid əl sumkalarına baxış keçirilməsini onlara izah etdiyini, əlavə olaraq şahidlərə onların hüquqlarını izah etdikdən sonra Şəxs aid əl veşlərini yoxladıqlarını, veşlərə baxış keçirilərkən çantasından bəyan olunmayan 1 ədəd qara rəngli “EKOL ES P66” markalı 90-G21HP-008572 nömrəli tapançası, 1 ədəd həmin tapançaya aid daraq, 5 ədəd həmin tapançaya aid gümüşü rəngli dəmir oksigen balonu, 1 ədəd üzərində “BLASTER” sözləri yazılmış plastik qutunun içində 849 ədəd dəmir kürəcikləri və 1 ədəd qara rəngli parçadan hazırlanmış silah qabı aşkar edildiyini, aşkar olunmuş tapança və ona aid predmetlər hal şahidlərinin iştirakı ilə sənədləşdirilərək götürüldüyünü və hamının protokola imza etdiyini bildirdi. Məhkəmə iclasında şahid kimi izahat verən Şahid2 bildirdi ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük idarəsinin Sədərək Gömrük postunun inspektoru vəzifəsində işlədiyini, 26 iyun 2022-ci il tarixdə Sədərək gömrük postunda xidmətdə olarkən saat təxminən 17-00 radələrində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, azərbaycan vətəndaşı Şəxs gömrük nəzarətindən keçdikdən sonra hərəkətləri Tural müəllimdə şübhə doğurduğu üçün Tural müəllimin həmin şəxsin əl yüklərinə təkrar gömrük baxışı keçirməyi qərara aldığını, Tural müəllimin Şəxs qadağan olunmuş hər hansı əşya və ya predmet olduğunu soruşduğunu, Şəxs isə heç nə olmadığını bildirdiyini, Tural müəllim sonra həmin əl yüklərini təkrar Hİ-Scan rentgen qurğusundan keçirdiyini, həmin əl yüklərində şübhəli təsvirlər olduğundan həmin əl veşlərinə fiziki baxış keçirilməsi üçün Tural müəllim onu və hal şahidlərini dəvət etdiyini, ilk olaraq Şəxs şahidlərə təqdim etdikdən sonra ona aid əl sumkalarına baxış keçirilməsini onlara izah etdiyini, əlavə olaraq şahidlərə onların hüquqlarını izah etdikdən sonra Şəxs aid əl veşlərini yoxladıqlarını, veşlərə baxış keçirilərkən çantasından bəyan olunmayan 1 ədəd qara rəngli “ EKOL ES P66” markalı 90-G21HP-008572 nömrəli tapança, 1 ədəd həmin tapançaya aid daraq, 5 ədəd həmin tapançaya aid gümüşü rəngli dəmir oksigen balonu, 1 ədəd üzərində “BLASTER” sözləri yazılmış plastik qutunun içində 849 ədəd dəmir kürəcikləri və 1 ədəd qara rəngli parçadan hazırlanmış silah qabı aşkar edildiyini, aşkar olunmuş tapança və ona aid predmetlər hal şahidlərinin iştirakı ilə sənədləşdirilərək götürüldüyünü və hamının protokola imza etdiyini bildirdi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən X7 izahatında bildirdi ki, Sədərək Gömrük idarəsində fəhlə işlədiyini, 26 iyun 2022-ci il tarixdə gömrük ərazisində olarkən gömrük əməkdaşıTural müəllim onu çağırdığını, digər gömrük əməkdaşlarının və orda kofedə işləyən Orxanı da orda olduğunu gördüyünü,Tural müəllimin orda dayanan bir nəfər gənc yaşlarında olan oğlanla söhbət etdiyini gördüyünü, Tural müəllimin həmin gənc oğlanı göstərərək onun əl yükünə baxış keçiriləcəyini və onun da hal şahidi kimi iştirak etməsini xahiş etdiyini, sonra Tural müəllüm onlara hüquq və vəzifələrimizi izah etdiyini, Tural müəllim ilə razılaşdıqlarını, Tural müəllim yenə də həmin gənc oğlandan sonradan adı məlum olan Pərvizdən əl veşində əlavə hər hansı əşyasının olubolmamasını soruşduğunu, Pərvizin əlavə heç bir veşinin olmadığı cavabını verdiyini, sonra rengen qurğusu vasitəsi ilə Pərvizin əl veşlərinə təkrar yoxlama keçirdiklərini və ona aid əl sumkasından bir ədəd qara rəngli tapança, tapançanın darağı, dəmir kürəciklər, gümüşü rəngdə tapançaya aid qaz balonları və bir ədəd silah qabı aşkar edildiyini, əl veşlərinə baxış keçirilməsi ilə bağlı sənəd yazıldığını və həmin sənədə də qol çəkdiklərini bildiridi. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi şahidlərin izahatları və inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində göstərili ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəxs az miqdarda ümumi dəyəri təxminən 173.49 (bir yüz yetmiş üç manat qırx doqquz qəpik ) manat məbləğində malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli saxlanc yerlərindən və malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edib, gizlətməklə keçirmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır. Ona görə də o, Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təhqiqat dövrü əməlini səmimi etiraf etməklə peşman olmasını İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə müsadirə inzibati tənbeh növünün tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Belə ki, inzibati materiala əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 08 iyul 2022-ci il tarixli 1/1298 saylı məktubundan aydın olur ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 11-ci bəndində Pnevmatik silahların Azərbaycan Respublikasında mülki dövriyyəsi nəzərdə tutulmuşdur. Lakin, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması qaydaları”nın 3-cü bəndinə əsasən, xidməti və mülki silahın, Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Daxili İşlər Nazirliyinin xüsusi icazəsi ilə həyata keçirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sumqayıt şəhər sakini Şəxs mülki silah və onların sursatlarının Türkiyə Respublikasından gətirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməmiş və bu barədə ona heç bir xüsusi icazə verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.2-ci maddəsinə əsasən, dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Ona görədə Şəxs aid olan inzibati xətanın bilavasitə obyekti olan Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş 1 ədəd qara rəngli “ EKOL ES P66” markalı 90-G21HP-008572 nömrəli tapança, 1 ədəd həmin tapançaya aid daraq, 5 ədəd həmin tapançaya aid gümüşü rəngli dəmir oksigen balonu, 1 ədəd üzərində “BLASTER” sözləri yazılmış plastik qutunun içində 849 ədəd dəmir kürəcikləri və 1 ədəd qara rəngli parçadan hazırlanmış silah qabı müsadirə edilməklə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan T ü r kiyə Re sp u b lika sı n d a zavod üsulu ilə istehsal edilmiş 1 ədəd qara rəngli “ EKOL ES P66” markalı 90-G21HP-008572 nömrəli tapança, 1 ədəd həmin tapançaya aid daraq, 5 ədəd həmin tapançaya aid gümüşü rəngli dəmir oksigen balonu, 1 ədəd üzərində “BLASTER” sözləri yazılmış plastik qutunun içində 849 ədəd dəmir kürəcikləri və 1 ədəd qara rəngli parçadan hazırlanmış silah qabı müsadirə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra inzibati xətanın bilavasitə obyekti olan Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş 1 ədəd qara rəngli “ EKOL ES P66” markalı 90-G21HP-008572 nömrəli tapança, 1 ədəd həmin tapançaya aid daraq, 5 ədəd həmin tapançaya aid gümüşü rəngli dəmir oksigen balonu, 1 ədəd üzərində “BLASTER” sözləri yazılmış plastik qutunun içində 849 ədəd dəmir kürəcikləri və 1 ədəd qara rəngli parçadan hazırlanmış silah qabı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar