Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-11/2023 10.02.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər X3, Şəxs və X5 iştirakı ilə. 22 aprel 1996-cı il tarixdə Şərur rayonu, Dizə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Şərur Şəhərində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X2, xx xxx 1979-cu il tarixdə Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, uç uşaq atası, işsiz, Şərur rayonu, Zeyvə kəndində pasport qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs 04 yanvar 1979-cu il tarixdə Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ali təhsilli, evli, iki uşaq atası, işsiz, Şərur rayonu, Zeyvə kəndində pasport qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X5 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: X1, Şəxs və X5 xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunda ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Beləliklə də X3, Şəxs və X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, dostu ilə birlikdə evə ərzaq almaq üçün Türkiyə Respublikasına getdiklərini, orada yüklərini aldıqdan sonra Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına qayıtmaq üçün Sədərək Gömrük keçid məntəqəsinə gəldiklərini, ona məxsus olan bir ədəd toyuq iki kiloqram xiyar, iki kiloqram pomidor, bir ədəd cipsi, bir ədəd şənpiliç markalı kolbasa, bir ədəd pepsi, 5 kiloqram meyvə, iki blok göy rəngli Marlboro markalı siqaretləri monitordan keçirdikdən sonra gömrük əməkdaşlarının ona məxsus olan iki blok göy rəngli marlboro markalı siqaretləri anbara təhvil verməli olduğunu bildirdiklərini, həmin siqaretlərin əlindən alacaqlarından qorxduğu üçün ucadan səs-küy salaraq etirazını və kasıb olduğunu bildirdiyini, Gömrük əməkdaşları isə onu nizam intizamlı olmağa dəvət etdiklərini, daha sonra barəsində akt tərtib edilərək Sədərək Rayon Polis şöbəsinin əməkdaşlarına təhvil verdiyini bildirərək törətdiyi əmələ görə çox peşman olduğunu gələcəkdə belə hallara yol verməyəcəyini, barəsində yüngül cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, dostu ilə birgə Türkiyə Respublikasına işləmək məqsədi ilə getdiklərini, işlərini qaydaya saldıqdan sonra axşam təxminən saat 08:00 radələrində Türkiyə Gömrük məntəqəsinə çatdıqlarını, həmin gömrük məntəqəsində yerləşən mağazadan iki ədəd redbull alaraq Sədərək gömrük keçid məntəqəsinə gəldiyini, dostunun yoldaşının veşlərini monitordan köməklik məqsədilə keçirdiyini, ona məxsus olan iki ədəd redbul markalı içkini monitordan keçirə bilmədiyini, gömrük əməkdaşlarının həmin içkiləri anbara təhvil verməli olduqların bildirdiklərini, dostunun həmin içkilərdən birini içmək istədiyini, içkilərin birini dostuna verdiyini birini isə özünün içmək istədiyini lakin, gömrük əməkdaşının həmin içkini əlindən aldıqlarını, onun isə lazım gələrsə həmin içkiləri anbara özünün təhvil verəcəyini deyərək etirazını bildirdiyini, həmin içkiləri əlindən alaraq anbara atacaqlarından qorxduğu üçün ucadan səs-küy salaraq etirazını bildirdiyini, Gömrük əməkdaşları isə onu nizam intizamlı olmağa dəvət etdiklərini, daha sonra barəsində akt tərtib edilərək Sədərək Rayon Polis şöbəsinin əməkdaşlarına təhvil verdiyini bildirərək törətdiyi əmələ görə çox peşman olduğunu və gələcəkdə belə hallara yol verməyəcəyini bildirmiş, barəsində yüngül cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Türkiyə Respublikasından qayıdarkən Sədərək gömrük postuna daxil olduğunu, altı nəfər olduqlarını, gömrük əməkdaşlarının əl yüklərinin çəkisini ölçmək üçün tərəziyə qoymağı tələb etdiklərini, əl yüklərini tərəziyə qoyduqlarını, həmin əl yüklərinin çəkisinin 250 kiloqram gəldiyini, gömrük əməkdaşlarının əl yüklərinin çəkisinin artıq olduğu dediklərini, onun isə cavabında ərzaq kataqoriyasına daxil olmayan yüklərin də olduğunu bildirdiyini, gömrük əməkdaşı olan Şahid2 onlara əl yüklərini manitorda keçirməli olduqlarını və daha sonra digər yükləri ərzaqlardan ayırmalarını tələb etdiyini, yüklərin içərisində olan yuyucu vasitələri ərzaqdan ayırdıqdan sonra yenidən yükləri ölçülməsi üçün tərəziyə qoyduqlarını, bu zaman yüklərinin çəkisinin 200 kiloqram gəldiyini, gömrük əməkdaşı Şahid3 növbə rəisinə məruz edərək hərəsinin 3 kiloqram artıq yükünün olduğunu bildirdiyini, Cavid telefon danışığını bitirdikdən sonra onlara əl yüklərini aparmağa icazə verdiyini, sonra gömrük postuna daxil olan zaman Türkiyə gömrük keçid məntəqəsinə yerləşən “Duty Free” mağazasından aldıqları iki ədəd redbull markalı enerji içkilərinin aksiz markalarının olmaması səbəbi ilə gömrük əməkdaşlarının saxlanc anbarına qoymalarını tələb etdiyini, həmin içkilərdən birini içmək istədiyini, gömrük əməkdaşının həmin içkini əlindən aldıqlarını, onun isə lazım gələrsə həmin içkiləri anbara özünün təhvil verəcəyini deyərək etirazını bildirdiyini, həmin içkiləri əlindən alaraq anbara atacaqlarından qorxduğu üçün ucadan səs-küy salaraq etirazını bildirdiyini, Gömrük əməkdaşları isə onu nizam intizamlı olmağa dəvət etdiklərini, daha sonra barəsində akt tərtib edilərək Sədərək Rayon Polis şöbəsinin əməkdaşlarına təhvil verdiyini bildirərək törətdiyi əmələ görə çox peşman olduğunu və gələcəkdə belə hallara yol verməyəcəyini, barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixində Sədərək Gömrük postunun giriş zalında xidmətdə olarkən beş nəfər Azərbaycan Respublikası vətəndaşının gömrük nəzarət zonasına daxil olaraq özləri ilə birlikdə gətirdikləri əl yüklərini bəyan etmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 saylı qərarına əsasən istifadə miqdarında artıq yüklərin aşkar edildiyini, gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq əl yeklərinə baxış keçirildiyini və bu zaman aksiz vergisinə cəlb olunmalı olan 15 ədəd redbull markalı enerji içkisinin aşkarlandığını, gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq malların artıq hissəsini və qadağan olunmuş enerji içkilərini peşəkar şəkildə həmçinin etik davranış kodeksinə uyğun olaraq gömrük saxlancına qoyulmalı olduqlarını tələb etdiyini, bu zaman Müqabil adlı şəxsin gömrük qanunvericiliyinin tələbinə tabe olmayaraq yüksək səs tonu ilə danışmağa başladığını, nəzakətsiz davranışlar etməyə başlayaraq səs tonunu daha da yüksəltdiyini, mübahisə daha da böyüdüyü vaxt məhsul şəxs tərəfindən xidmətdə olduğu postun dəyişdirilərək digər sərnişin zalına keçirildiyini, məhsul şəxslər tərəfindən həmin vətəndaşa qanunvericilik izah edildikdən sonra akt tərtib edərək onun barəsində müvafiq tədbir görülməsi üçün Sədərək Rayon Polis şöbəsinə göndərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1, Şahid4 və Şahid3 izahatlarında Şahid2 verdiyi izahata tam uyğun olaraq izahat verərək izahatda göstərilənləri bir daha təsdiq etdilər. X3, Şəxs və X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özlərinin etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər X3, Şəxs və X5 ilk dəfə inzibati xəta törətmələrini, əməllərindən səmimi peşman olmalarını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər X3, Şəxs və X5 barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə X3, Şəxs və X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidirlər. Şərh edilənləri nəzərə alaraq, X3, Şəxs və X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : X3 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 90 (doxsan) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 90 (doxsan) manat məbləğində cərimə edilsin. X8 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 90 (doxsan) manat məbləğində cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Şərur Rayon İcra və Probasiya bölməsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №3(088)-11/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-11/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver