Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-11/2024 13.03.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxx 1990-cı il tarixdə Şərur Rayonu Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Sədərək Rayon Dəmirçi kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində X1rşısında ucadan səs küy salaraq ictimai qaydanı pozduğundan polis əməkdaşları ona yaxınlaşaraq sakitləşdirmək istəyərkən o, polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış və hərəkətlərinə davam etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2024-cü il tarixdə gecə vaxtı X1rşısında Türkiyyə pul göndərmək üçün tanış adam axtardığını, bu zaman orada olan əvvəllər tanıdığı bir nəfər tanışı ilə ucadan danışaraq mübahisə etdiyini, həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq sakit danışmalarını dediyini, polislər aralanan kimi yenədə ucadan danışaraq heç kimə məhəl qoymadıqlarını, tanışı onu təhqir etdiyi üçün dözməyib onu daha səs küylə təhqir etdiyini, həmin vaxt polislər təkrarən onlara yaxınlaşaraq polis şöbəsinə gətirdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirdi ki, Şərur rayon Xələc kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, Sədərək rayon Polis şöbəsinin PPXT-nın komandiri işlədiyini, 2024-cü il tarixdə mart ayının 13-də Sədərək gömrük postunda xidmətdə olarkən gömrük nəzarət postunun qarşısında dəmirçi kənd sakini Şəxs qanunsuz olaraq valyuta dəyişdiyi zaman bir nəfər şəxslə ucadan səs küy salaraq mübahisə etdiyini gördüyünü, onlara yaxınlaşaraq sakit olmalarını dediyini, lakin Ülfətin dahada aqresivləşdiyini və hərəkətlərinə davam etdiyini, bu zaman ona qanunvericiliyi izah edərək polis şöbəsinə dəvət etdiyini lakin Ülfətin ona tabe olmadığını, təkrarən Ülfətə qanunlar izah olunaraq Polis şöbəsinə gətirdiklərini, üzərinə baxış keçirən zaman üzərindən 460.665 tl, 1900 ABŞ dolları, 2764 manat məbləğində pulun aşkar edilərək götürüldüyünü, sonra barəsində protokol tərtib edilərək adiyyatı üzrə baxılması üçün məhkəməyə göndərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izhatında bildirdi ki, Sədərək Rayon Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 13 mart 2024-cü ildə Sədərək Rayon Polis şöbəsində xidmətdə olan zaman Sədərək rayonu Dəmirçi kənd sakini Şəxs Polis şöbəsinə gətirdiklərini, Ülfətin üzərində axtarış aparılarkən 460.665 TL , 1900 ABŞ dolları və 2764 AZN manatı çıxdığını, həmin pullar sənədləşdirilərək götürüldüyünü, həmin vaxt polis əməkdaşı Ülfətin Sədərək rayon gömrük postunun qarşısında ictimai qaydanı pozaraq səs-küy saldığını və polis əməkdaşlarının qanunu tələblərinə tabe olmadığını dediyini, sonra öz xidmətinə geri döndüyünü bildirdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs 13 mart 2024-cü il tarixdə saat 03:30 radələrində X1rşısında polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında 13 mart 2024-cü il tarixli 0796 nömrəli protokolundan müəyyən edilir ki, Şəxs 13 mart 2024-cü il tarixdə axşam saat 03:30-dan inzibati qaydada tutulmaqla saxlanmışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : xx xxx 1990-cı il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Sədərək Rayon İcra və Probasiya bölməsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-11/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-11/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver