Məhkəmə qərarları › İş №3(088)-11/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-11/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-11/2025 14.03.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. xx.xx.1980-ci il tarixdə Şərur rayonu, Arbatan kəndinə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 26 fevral 2025-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixində saat 19:05-də Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs əl yükləri Hİ-Scan 100100T markalı rentgen yük yoxlama qurğusundan keçdiyi zaman qurğunun müşahidə monitorunda gümüşə bənzər suvenirlərin görünməsi səbəbindən yoxlama keçirilmiş yoxlama zamanı onun əl yüklərindən gömrük nəzarətinə bəyan edilməyən ümumilikdə çəkisi 400 qram olan 2 ədəd gümüşü rəngli, quş formalı suvenirlər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Şərur rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, təxminən 3-4 ildir ki. Naxçıvan-lğdır və əksi istiqamətində özünə məxsus **-BB-*** dövlət nömrə nişanlı, Vaz 3110 markalı nəqliyyat vasitəsi ilə taksi sürücüsü işlədiyini, 10 noyabr 2024-cü il tarixində ev üçün alver etmək məqsədilə piyada yolla İğdır şəhərinə getdiyini, alver etdikdən sonra Naxçıvana qayıdarkən əvvəlcədən tanıdığı İhamə adlı qadının zəng vuraraq İğdır şəhərində Murad adlı türk vətəndaşının dükanında içərisində pastel olan 1 ədəd çantasının olduğunu və onu gətirməyini xahiş etdiyini, etiraz etmədiyini və gedib həmin çantanı götürdüyünü, Naxçıvanın Sədərək gömrüyünə gəldiyini, burada çantalarını monitora qoyduğunu, keçərkən gömrük əməkdaşlarının həmin çantanı götürdüklərini və içərisində gümüşə bənzər quş formasında süvenir əşya olduğunu bildirdiklərini, məlumatı olmadığını və həmin çantanın İlhaməyə məxsus olduğunu söylədiyini, sonra gömrükçülərin çantanı açdıqlarını və içərisindən iki ədəd quş formasında suvenir əşya çıxardıqlarını, iştirakı ilə tərəzidə çəkdiklərini, iki quşun çəkisinin ümumilikdə 400 qram olduğunu gördüyünü, sonra həmin quşları sənədləşdirib götürdüklərini, əməlindən peşman olduğunu bir daha belə bir hala yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin X5 inspektoru Şahid2 izahatında təxminən 6 il müddətdir ki, gömrük orqanlarında xidmət etdiyini, hal-hazırda Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun inspektoru vəzifəsində çalışdığını, xx.xx.2024-cü il tarixində gündəlik iş qrafikimə uyğun olaraq xidmətdə olduğunu, sərnişinlərin gömrük yoxlanışını həyata keçirdiyini, həmin gün axşam radələrində Türkiyə Respublikasından piyada yolla ölkə ərazisinə gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs əl yükləri “Hi scan 100100T-2is” markalı rentgen yoxlama qurğusundan keçən zaman rentgen qurğusunun müşahidə monitorunda əl yüklərinin içərisində quş formalı suvenirlərə bənzər predmetiərin təsvirinin əks olunduğunu, daha sonra həmin əl yüklərinə baxış keçirmək üçün gömrük əmkdaşı Şahid3 videoçəkiliş apararaq kömək etməsi üçün dəvət etdiyini, əl yüklərinə baxış zamanı Şəxs əl yüklərinin içərisindən bəyan olunmayan ümumilikdə çəkisi 400 qram olan 2 ədəd gümüşü rəngli quş formalı suvenirlər aşkar etdiyini, həmin əşyaların üzərində “sterling 925” möhürü olduğundan və onların gümüşdən hazırlanmasını ehtimal etdiyi üçün, həmçinin həmin əşyalar şifahi, elektron və ya yazılı formada gömrük orqanına bəyan edilmədiyi üçün onları qablaşdırıb götürdüyünü, daha sonra yoxlama və götürmə barədə müvafiq protokol tərtib etdiyini və iştirakçılar tərəfindən imzalandığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X3 xx.xx.2024-cü il tarixdə iş yoldaşı Şahid2 ilə birlikdə Sədərək Gömrük idarəsində olduqlarını bildirərək Şahid2 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında ünvan 3 ünvanda yaşadığını, hal-hazırda işsiz olduğunu, xx.xx.2024-cü il tarixində tibbi yoxlanışdan keçmək üçün və birazda ev üçün alış-veriş etmək məqsədi ilə Türkiyə Respublikasının İğdır şəhərinə getdiyini, alış-veriş etdiyini, Murad adlı türk vətəndaşının mağazasında bəzi əşyalarını unutduğu üçün tanışı Əsəd adlı həmyerlisinə zəng edərək onları götürməsini və Naxçıvana gətirməsini xahiş etdiyini, axşam saatlarında Naxçıvana keçmək üçün “Sədərək’’ gömrük postuna giriş etdiyini, Əsəd adlı həmyerlisinin ona aid olan əşyaları gətirərkən gömrük yoxlaması zamanı çantanın içərisində olan 2 ədəd süvenir bəzək əşyası flaminqonu gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürüldüyünü bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidlərin izahatları, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 10 noyabr 2024-cü il tarixli Şəxs əl yüklərinə yoxlama aparılması haqqında protokoldan görünür ki, Əl yüklərinə baxış keçirilən zaman Şəxs əl yüklərindən əvvəlcədən gömrük orqanına yazılı və ya şifahi formada bəyan edilməyən çəkisi 400 qram olan 2 ədəd metal görünüşlü flaminqo (bəzək əşyası-suvenir) aşkar olunaraq götürülmüşdür. Bununla da müəyyən olunur ki, Şəxs 10 noyabr 2024-cü il tarixdə Sədərək Gömrük postundan Naxçıvan Muxtar Respublikasına keçərkən əl yüklərinin içərisində gömrük nəzarətinə bəyan etmədən ümumilikdə çəkisi 400 qram olan 2 ədəd gümüşü rəngli, quş formalı suvenirlər gömrük nəzarətindən kənar keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yə müəyənləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 6/5447-9/10088 nömrəli materialların məhkəmə ekspertizası məhkəmə iqtisad ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 206.50 qram kütləli, gümüşü rəngli, quş formalı, üzərində çoxsaylı cızıqlar, bəzi hissələrində ləkələr olan suvenir 925 əyarlı gümüşdən hazırlanmışdır. Tədqiqata təqdim edilmiş 194.73 qram kütləli, gümüşü rəngli, quş formalı üzərində çoxsaylı cızıqlar, bəzi hissələrində ləkələr olan və bəzi hissələri cüzi deformasiyaya uğramış suvenir 925 əyarlı gümüşdən hazırlanmışdır. Əlavə olaraq xx.xx.2025-ci il tarixli 6/5447-9/10088 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 140 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 25 fevral 2025-ci il tarixli 135 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş tədqiqat obyektlərinin hadisə baş verən tarixə yəni, 2024-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 456,00 (dörd yüz elli) manat müəyyən edilir. O cümlədən 01 ədəd “quş formalı", çəkisi 206,50 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir - 300,00 manat və 01 ədəd “quş formalı", çəkisi 194,73 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, bəzi hissələri deformasiyaya məruz qalmış, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir (əlvan metal qırıntı kimi)- 156 manat (194.73qram x 0.80 manat) müəyyən edilmişdir. Əlavə olaraq 25 fevral 2025-ci il tarixli 135 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 40 manat müəyyən edilmişdir. İş materiallarında olan 27 fevral 2025-ci il tarixli, 3-33-1200/2-000644/2025 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, maddi sübutlar Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ümumi dəyəri 456 manat olan 01 ədəd “quş formalı", çəkisi 206,50 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir - 300,00 manat və 01 ədəd “quş formalı", çəkisi 194,73 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, bəzi hissələri deformasiyaya məruz qalmış, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir (əlvan metal qırıntı kimi)- 156 manat (194.73qram x 0.80 manat) dəyərində olan suvenirlər dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 40 manat pul Şəxs tutulub Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ******************** olan hesabına köçürülməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 140 manat pul Şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, adı: X2, kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, VÖEN **********, HESAB: AZ34CTRE******************** olan hesabına köçürülməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.1-ci maddəsinə görə İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1980-ci il tarixdə Şərur rayonu, Arbatan kəndinə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ümumi dəyəri 456 manat olan 01 ədəd “quş formalı", çəkisi 206,50 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir - 300,00 manat və 01 ədəd “quş formalı", çəkisi 194,73 qram olan, 925 əyarlı gümüşdən hazırlanmış, bəzi hissələri deformasiyaya məruz qalmış, üzərində çoxsaylı cızıqlar və bəzi hissələrində ləkələr olan suvenir (əlvan metal qırıntı kimi)- 156 manat (194.73qram x 0.80 manat) dəyərində olan suvenirlər dövlət nəfinə müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 40 manat pul Şəxs tutulub Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, adı: X6 MR İdarəsi, kodu: 502906 VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK: NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ******************** olan hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 140 manat pul Şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, adı: X2, kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, VÖEN **********, HESAB: AZ34CTRE******************** olan hesabına köçürülsün. Qərar qanuni qüvvəsini aldıqdan sonra qərarın ekspertiza xərcinə dair hissəsi icra olunması üçün Şərur rayon İcra və Probasiya şöbəsinə, maddi sübutların müsadirə edilməsinə dair hissəsi icra olunması üçün Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar