Məhkəmə qərarları › İş №3(088)-12/2022

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-12/2022

22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-12/2022 22.07.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X4 iclas katibliyi, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X5 Gömrük Xidməti X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. xx xxxxxx 1999-cu il tarixdə Şərur rayon Cəlilkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 08 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsi ilə DGK-A № 119047 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 30 iyun 2022-ci il tarixində saat 17:00 radələrində Sədərək gömrük postu vasitəsi ilə Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı xx.xx.2031-ci il tarixədək etibarlılıq müddəti olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, xx.xx.1999-cu il təvəllüdlü Naxçıvan şəhər sakini Şəxs əl yükləri şübhəli olduğu üçün təkrar gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı Şəxs gömrük nəzarətini keçən bir neçə nəfər şəxsə paylayaraq onların adına gömrük nəzarətindən keçirildikdən sonra gömrük nəzarətinin bitdiyi yerdə həmin şəxslərdən qəbul etdiyi 17 bağlam müxtəlif ölçülü “Molfix” markalı uşaq bezləri aşkarlanaraq götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinə əsasən, İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx xxxxxx 1999-cu il tarixdə Şərur rayon Cəlilkənd kəndində anadan olduğunu, haliyədə Naxçıvan şəhəri Əliabad qəsəbəsində yaşadığını, xx.xx.2022-ci il tarixdə həyat yoldaşı X8 ilə birlikdə Türkiyənin İğdır şəhərində yaşayan nənəsini və bibisini görmək məqsədi ilə türkiyəyə getdiklərini, qohumlarını gördükdən sonra telefonla bacanağı ilə danışan zaman bacanağının ona gələrkən onun uşaqlarına 6 bağlam 4 nömrə “Molfix” almasını Naxçıvana qayıdarkən pulunu verəcəyini dediyini, fürsətdən istifadə edərək 4 bağlamda öz uşaqları üçün alacağını lazım olduqca istifadə edəcəklərini düşündüyünü və aldığını, daha sonra üzərində olan bütün pulları ilə uşaq bezləri alıb evə qoymasını və lazım olduqca istifadə edəcəkləri qərarına gəldiyini, təxminən 240 manat məbləğində 26 bağlam müxtəlif ölçülərdə “Molfix” markalı uşaq bezləri aldığını, daha sonra xx.xx.2022-ci il tarixdə həyat yoldaşı ilə birlikdə Azərbaycana geri qayıdarkən Sədərək gömrüyünün girişində onunla birlikdə eyni nəqliyyat vasitəsində ölkəyə gələn şəxslərdən şəxsi istifadədən artıq olduğu üçün həmin uşaq bezlərini gömrükdən keçirmək üçün kömək istədiyini, həmin nəqliyyat vasitəsində olan şəxslərin ona kömək etməsini qəbul etdiklərini, həmin şəxslərdən 1 nəfərə 3 bağlam, 7 nəfərə 2 bağlam olmaqla ümumilikdə 17 bağlam “Molfix” markalı uşaq bezləri verdiyini, həmin uşaq bezlərini payladıqdan sonra gömrük nəzarətinə keçdiklərini, yerdə qalan 9 bağlam uşaq bezlərinin 2 bağlamı həyat yoldaşının 2 bağlamı isə onun adına güzəştli qaydada buraxıldığının, normadan artıq olan 5 bağlam uşaq bezi isə rəsimləşdirərək apardığını, gömrük keçid zalından çıxdıqdan sonra o, həmin 8 nəfər şəxsdən uşaq bezlərini alaraq avtomobilə yığarkən gömrük əməkdaşları yaxınlaşıb onları təkrar gömrük yoxlamasına apardıqlarını və bu zaman həmin bezlərin hamısının mənə aid olduğu və həmin şəxslərə paylandığı məlum olduqdan sonra şahidlərin və hal şahidlərinin iştirakları ilə sənədləşdirərək götürdüklərini, ilk dəfədir ki, bu cür inzibati xəta etdiyini, gələcəkdə bu cürə hallara yol verməyəcəyini, etdiyi əməldən çox peşman olduğunu, ona görə də yüngül cəza verilməsini bildirdi. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X5 Gömrük Xidməti X2 izahatında bildirmişdir ki, səkkiz ildən artıqdır ki göstərilən vəzifədə işlədiyini, 30 iyun 2022-ci il tarixində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikası ərazisinə gələn, Azərbaycan vətəndaşı, xx xxxxxx 1999-cu il təvəllüdlü Şəxs əl yükləri şübhəli olduğu üçün təkrar gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı Şəxs gömrük nəzarətini keçən bir neçə nəfər şəxsə paylayaraq onların adına gömrük nəzarətindən keçirildikdən sonra gömrük nəzarətinin bitdiyi yerdə həmin şəxslərdən qəbul etdiyi 17 bağlam müxtəlif ölçülü “Molfix” markalı uşaq bezləri aşkarlanaraq sənədləşdirilib götürülmüş və aşkar olunmuş “Molfix” markalı uşaq bezləri sənədləşdirilərək götürüldükdən sonra, həmin materiallar üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirildiyini və müvafiq rəylər alındıqdan sonra 08 iyul 2022-ci il tarixdə protokol tərtib etdiyini, inzibati materialın təhqiqatı qurtardıqdan sonra qərardad qəbul edildiyini və baxılması üçün aidiyatı üzrə Sədərək rayon məhkəməsinə göndərildiyini bildirdi. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Əməlyyat və Təhqiqat şöbəsinin böyük inspektoru Şahid1 izahatında bildirmişdir ki, Sədərək gömrük postunda xidmət apararkən 30 iyun 2022-ci il tarixində saat 17:00 radələrində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisinə giriş edən təxminən 10 nəfər vətəndaşın ardıcıl olaraq hər birinin əlində eyni sayda uşaq bezləri olduğunu və gömrük nəzarətindən keçdiklərini gördüyünü, biraz kənarda durub müşahidə etdiyini və həmin şəxlərin gömrük nəzarətinin bitdiyi yerə çıxarkən əllərində olan həmin uşaq bezlərini bir nəfər gənc yaşda olan oğlana verdiklərini gördüyünü, həmin gənc oğlanın həmin şəxslərin hamısından uşaq bezlərini qəbul etdikdən sonra ona yaxınlaşaraq özünü təqdim etdiyini və əl yüklərinə təkrar gömrük yoxlaması keçirəcəyini bildirdiyini, sonra əl yüklərini keçid zalına qaytardıqlarını iki nəfər hal şahidinin və gömrük əməkdaşı Şahid2 iştirakı ilə yoxlama keçirdiyini, yoxlama zamanı gömrükdən öz adına bəyan edərək keçirən şəxslərin hamısı uşaq bezlərinin Şəxs aid olduğunu bildirdiklərini və gömrük keçid məntəqəsinin girişində paylayaraq gömrükdən keçirmələrini xahiş etdiyini bildirdiklərini, bu zaman həmin şəxs Şəxs bu faktı təsdiqlədiyini və gömrük nəzarətindən keçirmələri üçün həmin uşaq bezlərini başqa şəxslərə payladığını bildirdiyini, daha sonra araşdırma zamanı 26 bağlam “Molfix” markalı uşaq bezlərinin 5 ədədini Şəxs gömrükdə rəsmləşdirdiyini, 2 bağlamanın öz adına, 2 bağlamanın həyat yoladaşının adına güzəştli qaydada buraxılışını həyata keçirdiyini, qalan 17 bağlam uşaq bezlərini isə başqa şəxslərə paylayaraq gömrük nəzarətindən keçirilməsini təmin etdiyini, qeyd edilən faktla bağlı rəsmləşdirmə apardıqdan sonra hal şahidlərinin və gömrük əməkdaşı Cavidin və Şəxsin imzaları ilə sənədləşdirib götürüldüyünü və Şəxs ilk dəfədir ki, inzibati xəta törətdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirmişdir ki, Sədərək Gömrük İdarəsi, X11 baş müfəttişi vəzifəsində işlədiyini, 2019-cu ildən gömrük orqanlarında xidmət etdiyini, 30 iyun 2022-ci il tarixində saat 17:00 radələrində ölkəyə giriş istiqamətində giriş zalında xidmətdə olarkən qaçaqmalçılığın əməkdaşı Tural müəllimin yanında çoxlu sayda şəxslə zala yaxınlaşdığını və hal şahidləri Azad və kafedə işləyən Nicatı da ora çağıraraq içəri gəldiklərini, içəri gətirdikləri əl yüklərinə təkrar yoxlama aparacağını bildirdiyini, həmin vaxt biraz əvvəl keçən şəxslərin əlində olan 2 ədəd uşaq bezlərinin Şəxs adlı gəncə aid olduğu, onlara gömrüyün girişində paylayıb və bu şəkildə gömrük ödənişindən yayındırmaqla aparmaq istəyinin ona məlum olduğunu, Tural müəllimin həmin şəxslərlə ayrı-ayrılıqda sulal-cavab etdiyini, həmin şəxslər söhbət əsnasında əslində həmin bezlərin onlara yox Şəxsə aid olduqlarını bildirdiklərini, Şəxs isə həmin bezlərin ona aid olduğunu lakin, gömrük nəzarətindən keçirmək məqsədi ilə həmin şəxslərə payladığını, daha sonra sənədləşmə işləri aparıldıqdan sonra həmin uşaq bezləri hal şahidlərinin və onun iştirakı ilə rəsmiləşdirilib götürüldüyünü bildirdi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən X10 izahatında bildirmişdir ki, hazırda işsiz olduğu üçün ara-sıra Sədərək Gömrük İdarəsində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik etdiyini, 30 iyun 2022-ci il tarixdə yük daşıyarkən gömrük əməkdaşı Tural müəllimin onu çağırdığını, onun yanına gəldikdən sonra təxminən 9-10 nəfər adamın orda olduğunu gördüyünü, daha sonra Tural müəllimin kafedə işləyən Nicatı da ora çağırdığını və onlara vətəndaşın yüklərinə baxacağını və hal şahidi olmaqlarını xahiş etdiyini, həmin şahidliyi qəbul etdiklərini, orda olan zaman çoxlu sayda uşaq bezlərinin olduğunu gördüyünü, söhbət zamanı uşaq bezlərinin gətirən şəxslərə yox digər şəxs Hüseynə aid olduğunun ona məlum olduğunu, Hüseynin həyat yoldaşı isə maddi imkansızlıq üzündən belə etdiklərini və öz uşaqlarına apardıqlarını bildirdiyini, daha sonra Tural müəllimin onların adlarına yazılan 4 bağlamı və rüsumunu ödədikləri 5 bağlamı onlara verdiyini, qalan 17 bağlam uşaq bezini isə bizim iştirakımız ilə rəsmiləşdirərək saxladıqlarını göstərdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materillarına əlavə edilmiş 30 iyun 2022-cı il tarixli əl yüklərinin yoxlanılması haqqında protokoldan görünür ki, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı, xx.xx.2031-ci il tarixədək etibarlılıq müddəti olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, xx.xx.1999-cu il təvəllüdlü Naxçıvan şəhər sakini Şəxs əl yükləri şübhəli olduğu üçün təkrar gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı Şəxs gömrük nəzarətini keçən bir neçə nəfər şəxsə paylayaraq onların adına gömrük nəzarətindən keçirildikdən sonra gömrük nəzarətinin bitdiyi yerdə həmin şəxslərdən qəbul etdiyi 17 bağlam müxtəlif ölçülü “Molfix” markalı uşaq bezlərinin aşkarlanması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 07 iyul 2022-ci il tarixli 177 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilən istifadəyə yararlı vəziyyətdə (daşınma, saxlanma zamanı heç bir aşınmaya məruz qalmamış, səthləri bütöv və kəsilmə halları müşahidə olunmamış) “Molfix” markalı müxtəlif ölçülü 17 bağlam uşaq bezlərinin 5 bağlamın orta bazar qiyməti 21 (iyirmi bir) manat, 4 bağlamın orta bazar qiyməti 16 (on altı) manat, 6 bağlamın orta bazar qiyməti 30 (otuz) manat və 2 bağlamın orta bazar qiyməti 25 (iyirmi beş) manat qiyməti ilə ümumi dəyəri təxminən 399 (üç yüz doxsan doqquz) manat həcmində müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan əmlak müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs götürülmüş və inzibati xətanın bilavasitə obyekti olan, haliyadə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin müvəqqəti saxlanc anbarında saxlanılan 17 (on yeddi) qutu olmaqla “Molfix” markalı uşaq bezləri müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar