Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-12/2024 18.03.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Turan X1 iştirakı ilə. xx.xx.1980-ci il tarixdə Türkiyə Respublikası, İğdır şəhəri, Aralıq rayonunda anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, tır sürücüsü işləyən, Türkiyə Respublikası, İğdır şəhəri, Aralıq rayonunda qeydiyyatda olan Turan X1 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Turan X4 xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində X5 məntəqəsində içtimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Turan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Turan X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Türkiyə Respublikası, İğdır şəhəri, Aralıq rayonunda qeydiyyatda olduğunu, Türliyə Respublikasından kiçik ərzaq malları yükləyərək Özbəkistan Respublikasına apardığını, orda həmin yükü boşaldaraq iplik yükləyərək geri qayıtdığını, xx.xx.2024-cü il tarixdə Culfa Rayon Gömrük Postundan keçərək Sədərək gömrük postuna yola düşdüyünü, Sədərək gömrük postuna çatan zaman tırların çox olduğundan tırların sırasına daxil olduğunu, axşama qədər sırada gözlədiyini, sırada gözləyən zaman yemək yeyib spirtli içki qəbul etdiyini, yemək yedikdən sonra İran tırlarının bir-bir, iki-iki eşitdiyinə görə 30 dollar qarşılığında tır parkına buraxıldığını gördüyünü, əsbləşərək tırdan düşüb Gömrük əməkdaşı Elşən müəllimə yaxınlaşdığını, niyə tırları növbədənkənar buraxdığını soruşduğunu, onun isə cavabdında növbəni pozmamağımı və maşında gedib gözləməyini bildirdiyini, içkili olduğu üçün özündən çıxdığını və ucadan səs-küy salaraq gömrük əməkdaşlarına nalayiq ifadələr işlətdiyini, sonra polis əməkdaşlarının gəldiyini, onu skitləşdirərək polis şöbəsinə dəvət etdiklərini bildirirərək törətdiyi əməldən çox peşman olduğunu, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirdi ki, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, X3 Azterminal kompleks birliyində texnik işlədiyi, xx.xx.2024-cü il tarixdə axşam saat 22:00 radələrində bir nəfər tır şoferinin yaxınlaşaraq növbədənkənar tırları buraxdığını iddia etdiyini, onun isə cavabında elə bir hərəkətin olmadığını, əgər növbə pozulmnuşsa tır parkından kənarda pozulduğunu bildirdiyini, tır şoferinin içkili olduğunu, bunu deməyinə baxmayaraq ucadan səs-küy saldığını və nalayiq ifadələr işlətməyə başladığını, həmin vaxt iş yoldaşı Hikmətində orda olduğunu, Hikmətlə birlikdə tır şoferini sakitləşdirməyə çalışdıqlarını amma sakitləşmədiyini, polis əməkdaşlarını çağıraraq onlara təhvil verdiyini, polis əməkdaşları gələn zaman tır şoferinin adının Turan X4 olduğunu bildiyini, polis əməkdaşlarının həmin şəxsı polis şöbəsinə apardıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında Şahid2 verdiyi izahata tam uyğun olaraq izahat verərək İsmayılovun verdiyi izahatı bir daha təsdiq etdi. Turan X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Turan X4 17 mart 2024-cü il tarixdə Sədərək Gömrük postunda ucadan nalayiq ifadələr işlətmiş və səs-küy salaraq ictimai qaydanı pozmuş və nəticədə xırda xuliqanlıq etmişdir. İnzibati materiala əlavə olunmuş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədli ilə aparılan tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli 14 nömrəli protokolundan müəyyən edilir ki, Turan X4 həmin tarixdə içkili olmuşdur. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında 17 mart 2024-cü il tarixli 0796 nömrəli protokolundan müəyyən edilir ki, Turan X4 17 mart 2024-cü il tarixdən saat 22:00-dan inzibati qaydada tutulmaqla saxlanmışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Turan X4 əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Turan X1 inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Ona görə də Turan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Turan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : xx.xx.1980-ci il təvəllüdlü Turan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli onun inzibati qaydada tutulduğu andan yəni, 17 mart 2024-cü il tarixdən saat 22:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №3(088)-12/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-12/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver