Məhkəmə qərarları › İş №3(088)-12/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-12/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-12/2025 04.03.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Sədərək Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1971-ci il tarixdə Şərur Rayonu Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Sədərək Rayon Sədərək kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Sədərək rayon Sədərək kənd ərazisində öz evində səs-küy salaraq ailəsini narahat etdiyindən polis şöbəsinə edilən şifahi şikayət əsasında ora gedən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sədərək rayon Sədərək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2025-ci il tarixdə ünvan 3 yeyib içdiyini, xeyli keçdikdən sonra özündən asılı olmayaraq qışqırmağa, ucadan səs-küy salmağa başladığını, evdə olan əşyaları dağıtdığını, bir xeyli keçdikdən sonra polis əməkdaşlarının gəldiyini, nizam intizama dəvət etdiklərini, onların qanuni tələblərinə qəsdən tabe olmadığını, sərxoş olduğundan öz hərəkətlərinə davam etdiyini, polis əməkdaşlarının onu sakitləşdirməyə çalışsalarda içkili olduğu üçün sakitləşmədiyini, nalayiq ifadələr işlətdiyini, biraz keçdikdən sonra polis şöbəsinə gətirdiklərini, əməlindən peşman olduğunu bildirərək gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sədərək Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Sədərək rayon Sədərək kənd ərazisində olarkən həmin ərazidə yerləşən Şəxs özünə məxsus olan evində ucadan səs-küy saldığı və naliyiq ifadələr işlətməsi barədə şifahi şikayətin daxil olduğunu, həmin şikayətə əsasən həmin ünvana getdiklərini, Şəxs içkili vəziyyətdə olduğunu, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etmədiyini, nalayiq ifadələr işlətdiyini, həmin şəxsi sakitləşdirdikdən sonra polis şöbəsinə dəvət etdiklərini və barəsində protokol tərtib edilərək məhkəməyə göndərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək Rayon Polis Şöbəsinin PPXT-nin polis nəfəri Şahid2 izahatında xx.xx.2025-ci il tarixdə Sədərək rayon Sədərək kəndində Şahid1 ilə birgə xidmət aparan zaman PPXT-nin komandiri Nihad müəllimin zəng edərək ərazidə bir nəfər şəxsin ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini bildirdiyini, həmin yerə getdiklərini, həmin şəxsin Şəxs olduğunu bildiklərini, həmin şəxsin səs-küy saldığını, yaşadığı evi dağıtdığını və nalayiq ifadələr işlətdiyini gördüklərini, sakitləşdirməyə çalışsalarda sakitləşmədiyini, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək Rayon Polis Şöbəsinin PPXT-nin polis nəfəri polis serjantı Şahid1 izhatında Şahid2 verdiyi izahata tam uyğun olaraq izahat verərək izahatda göstərilənləri bir daha təsdiq etdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün səmimi etirafı və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sədərək rayon Sədərək kəndində yerləşən özünə məxsus yaşayış evində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli 0796 sayl inzibati qaydada tutma protokolundan görünür ki, təqsirləndirilən şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. İnzibati materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan da görünür ki, təqsirləndirilən şəxs Şəxs həmin tarixdə sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törədərkən əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : xx.xx.1971-ci il təvəllüdlü Sədərək Rayon Sədərək kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli tutulduğu vaxtdan yəni xx.xx.2025-ci il tarixdən saat 18:30dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar