Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-13/2022 02.08.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi əvəzi X16 oğlunun sədrliyi, X5 iclas katibliyi, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X7 Gömrük Xidməti X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1995-ci il tarixdə Türkiyə Respublikası İğdır şəhərinin Gödəkli kəndində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 582.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 20 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə DGK-A № 119051 nömrəli inzibati xəta haqqında protokola əsasən 11 iyul 2022-ci il tarixində saat 14:19 radələrində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn Türkiyə Respublikası vətəndaşı xx.xx.2031-ci il tarixədək etibarlılıq müddəti olan **********6 nömrəli TC şəxsiyyət vəsiqəsinin sahibi, İğdır şəhəri, Gödəkli kənd sakini xx xxxxx 1995-ci il təvəllüdlü Şəxs idarə etdiyi Türkiyə Respublikasında daimi qeydiyyatda olan 76DF813 dövlət nömrə nişanlı “Mercedes Benz 1840 LS36” markalı 2011-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi NMB**********7323 olan (qoşqu nömrəsi 76AAF071, “ İHSANTREYLER” markalı, 2019-cu il buraxılışlı, ağ rəngli, şassi nömrəsi NP9SYSS59KL262104) yük nəqliyyat vasitəsində əsaslı şübhələr olduğu üçün gömrük əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə ümumi yoxlanış keçirilmiş, yoxlama zamanı həmin nəqliyyat vasitəsinin dartıcı hissəsindəki sürücünün başı üstündəki dolabdan sürücü Şəxs gömrük yoxlamasından əvvəl gömrük orqanına qabaqcadan heç bir yazılı, elektron və ya şifahi formada bəyan etmədiyi boz rəngli 270 qutu (5400 ədəd) “Marlboro touch one” markalı aksiz markası ilə markalanmayan siqaretlər aşkarlanaraq götürülüb qablaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx xxxxx 1995-ci il tarixdə Türkiyə Respublikası İğdır şəhərinin Gödəkli kəndində anadan olduğunu, bir ildir ki, yük nəqliyyat vasitəsi sürücülüyü ilə məşğul olduğunu, evli, iki az yaşlı övladının olduğunu, “Kafkas” firmasına məxsus 76DF813 dövlət nömrə nişanlı “Mercedes Benz 1840 LS36” markalı yük nəqliyyat vasitəsi ilə Türkiyə daxili və Naxçıvana yük daşımalarını həyata keçirdiyini, Naxçıvana gətirdiyi yüklərin əsasən təsərrüfat və sənaye tayinatlı mallar olduğunu, xx.xx.2022-ci il tarixində Dilucu gömrüyündəki “Duty Free” mağazasından 27 blok yəni 270 qutu (5400 ədəd) “Marlboro touch one” markalı siqaret aldığını, siqaretin hər blokuna 230 türk lirəsi təxminən 23 manat pul verdiyini, 27 bloka ümumilikdə 3210 türk lirəsi təxminən 621 manat verdiyini, aldığı siqaretləri yük nəqliyyat vasitəsində başının üstündəki dolaba yığdığını, Dilucu gömrüyündən problemsiz keçdiyini, Sədərək gömrüyündə maşının sənədləşmə işləri bitdikdən sonra Naxçıvana gəlmək istəyərkən bir nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq gömrük əməkdaşı kimi təqdim etdiyini və nəqliyyat vasitəsində yoxlama aparacağını bildirdiyini, daha sonra iki nəfər hal şahidinin iştirakı ilə maşını yoxlamağa başladıqlarını, dolaba qoyduğu 27 blok siqaret aşkar edərək götürdüklərini, siqaretlərin miqdarının gömrük əməkdaşlarına bəyan etməli olduğunu bilmədiyini, ona görə də, kiməsə bu qədər siqaretin olduğunu demək ağlına gəlmədiyini, gələcəkdə bu hallara yol verməyəcəyini, etdiyi əməldən çox peşman olduğunu, cərimə edilərsə maddi imkanının aşağı olduğundan cəriməni ödəyə bilməyəcəyini və verilən cəza olaraq malların müsadirə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X7 Gömrük Xidməti X2 izahatında bildirmişdir ki, səkkiz ildən artıqdır ki, göstərilən vəzifədə işlədiyini, 11 iyul 2022-ci il tarixində Sədərək gömrük postu vasitəsi ilə X4 Muxtar Respublikasına gələn, Türkiyə Respublikası vətəndaşı xx xxxxx 1995-ci il təvəllüdlü Şəxs idarə etdiyi Türkiyə Respublikasında daimi qeydiyyatda olan 76DF813 dövlət nömrə nişanlı “ Mercedes Benz 1840 LS36” markalı 2011-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi NMB**********7323 olan (qoşqu nömrəsi 76AAF071, “ İHSANTREYLER” markalı, 2019-cu il buraxılışlı, ağ rəngli, şassi nömrəsi NP9SYSS59KL262104) yük nəqliyyat vasitəsində əsaslı şübhələr olduğundan nəqliyyat vasitəsinə ümumi yoxlanış keçirilmiş, yoxlama zamanı həmin nəqliyyat vasitəsinin dartıcı hissəsindəki sürücünün başı üstündəki dolabdan sürücü Şəxs gömrük yoxlamasından əvvəl gömrük orqanına qabaqcadan heç bir yazılı, elektron və ya şifahi formada bəyan etmədiyi boz rəngli 270 qutu (5400 ədəd) “Marlboro touch one” markalı aksiz markası ilə markalanmayan siqaretlər aşkarlanaraq götürülmüş və aşkar olunmuş “Marlboro touch one” markalı siqaretlər sənədləşdirilərək götürüldükdən sonra həmin materiallar üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş və müvafiq rəylər alındıqdan sonra 18 iyul 2022-ci il tarixdə protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə Sədərək rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük inspektoru Şahid1 izahatında 11 iyul 2022-ci il tarixində gündəlik iş qrafikinə uyğun olaraq Sədərək Gömrük İdarəsində xidmətdə olduğu zaman günorta saatlarında giriş istiqamətində yük nəqliyyat vasitələrinin risk analizi əsasında müayinəsi və yoxlanması ilə məşğul olduğunu, bu zaman Türkiyə Respublikasına məxsus 76DF813 dövlət nömrə nişanlı “ Mercedes Benz 1840 LS36” markalı yük nəqliyyat vasitəsinin ölkəyə giriş etdiyini gördüyünü, sürücünün ilkin olaraq rəsmiləşmə zalına getdiyini və bir müddət sonra qeydiyyat işlərini bitirib həmin yük nəqliyyat vasitəsinin yanına gəldiyini, ona yaxınlaşaraq Türkiyə Respublikası vətəndaşı olduğunu və ad soyadının Şəxs olduğunu öyrəndiyini, bir az söhbət etdikdən sonra onun idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirmək qərarına gəldiyini, bu səbəbdən həmin vaxt yük nəqliyyat vasitələrinin müayinəsi postunda olan gömrük əməkdaşları Şahid2 və hal şahidi qismində isə Mehman və Sərxanı dəvət etdiyini, ilkin olaraq yoxlamadan əvvəl sürücüdən nəqliyyat vasitəsində bəyan edilməli və gizlədilmiş hər hansı predmet olub-olmadığını soruşduğunu, sürücünün isə heç nə olmadığını bildirdiyini, sonra maşının kabin hissəsinə baxış keçirilən zaman sürücünün baş hissəsində olan dolablardan qabaqcadan bəyan olunmayan 27 blok “Marlboro” markalı aksiz markası olmayan siqaretlər aşkarladığını, daha sonra hal şahidlərinin və sürücünün iştiraki ilə protokol tərtib edərək həmin siqaretləri qablaşdıraraq götürdüyünü bildirdi. Məhkəmədə şahid qismində dindirilən Şahid2 15 ildir ki Gömrük orqanlarında xidmət etdiyini, hal-hazırda Sədərək gömrük postunun inspektoru vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Şahid1 ilə birlikdə Sədərək gömrük postunda xidmət olduqlarını bildirərək Şahid1 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında hal şahidi qismində dindirilən X10 izahatında hazırda işsiz olduğu üçün ara-sıra Sədərək Gömrük İdarəsində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik etdiyini, 11 iyul 2022-ci il tarixdə yük daşıyarkən gömrük əməkdaşı Tural müəllimin onu və fəhlə yoldaşı Mehmanı çağırdığını və onlara Türkiyədən gələn bir nəqliyyat vasitəsinə baxacağını və hal şahidi kimi iştirak etmələrini onlardan xahiş etdiyini, Tural müəllimin əvvəlcə onlara türk şoferi Şəxs adlı adamı təqdim etdiyini, daha sonra həmin tırı yoxlamağa başladığını, yoxlama zamanı tırın kabinindən sürücünün başı üstündəki dolabdan sıqaretlərin aşkar edildiyini, cəmi 27 blok siqaret aşkarlandığını və siqaretlərin hamısının “marlboro” markalı siqaretlər olduğunu gördüyünü, həmin siqaretlər barədə sənədlərin yazıldığını, sonra imzaları ilə təsdiq etdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X3 Gömrük İdarəsində fəhləlik edərək yüklərin nəqliyyat vasitələrinə doldurulub-boşaldılması ilə məşğul olduğunu, xx.xx.2022-ci il tarixdə fəhlə yoldaşı X10 ilə birlikdə Sədərək Gömrük idarəsində olduqlarını bildirərək hal şahidi X9 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materillarına əlavə edilmiş 11 iyul 2022-cı il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, yoxlama zamanı Türkiyə Respublikası vətəndaşı xx.xx.2031-ci il tarixədək etibarlılıq müddəti olan **********6 nömrəli TC şəxsiyyət vəsiqəsinin sahibi, İğdır şəhər Gödəkli kənd sakini xx xxxxx 1995-ci il təvəllüdlü Şəxs idarə etdiyi Türkiyə Respublikasında daimi qeydiyyatda olan 76DF813 dövlət nömrə nişanlı “ Mercedes Benz 1840 LS36” markalı 2011-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi NMB**********7323 olan (qoşqu nömrəsi 76AAF071, “ İHSANTREYLER” markalı, 2019-cu il buraxılışlı, ağ rəngli, şassi nömrəsi NP9SYSS59KL262104) yük nəqliyyat vasitəsində əsaslı şübhələr olduğu üçün nəqliyyat vasitəsinə ümumi yoxlanış keçirilmiş, yoxlama zamanı həmin nəqliyyat vasitəsinin dartıcı hissəsindəki sürücünün başı üstündəki dolabdan sürücü Şəxs gömrük yoxlamasından əvvəl gömrük orqanına qabaqcadan heç bir yazılı, elektron və ya şifahi formada bəyan etmədiyi boz rəngli 270 qutu (5400 ədəd) “Marlboro touch one” markalı aksiz markası ilə markalanmayan siqaretlər aşkarlanaraq götürülüb qablaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 18 iyul 2022-ci il tarixli 181 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqiqatına təqdim edilən üzərində heç bir aksiz markası olmayan istifadəyə yararlı vəziyyətdə (daşınma, saxlanma zamanı heç bir aşınmaya məruz qalmamış, səthləri bütöv və əzilmə, kəsilmə halları müşahidə olunmamış) boz rəngli 270 qutu (5400 ədəd) “Marlboro touch one” markalı siqaretlərin topdan orta bazar qiyməti bir qutu (20 ədəd) “Marlboro touch one” markalı siqaretin topdan satış qiyməti 4.70 manat, ümumi dəyəri təxminən 1269 ( bir min iki yüz altmış doqquz) manat müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan əmlak müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs götürülmüş və inzibati xətanın bilavasitə obyekti olan, haliyədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin müvəqqəti saxlanc anbarında saxlanılan boz rəngli 270 qutu (5400 ədəd) “Marlboro touch one” markalı siqaretlər dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(088)-13/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-13/2022
02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver