Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-13/2024 03.04.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şəxs 02 aprel 2024-cü il tarixdə, Naxçıvan şəhər sakini Vəliyev X6 Gömrük Keçid məntəqəsinin qarşısında özünü şübhəli apardığından həmin şəxsin Sədərək rayon Polis şöbəsinə dəvət edilərək narko-testdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 sidik narko-test vasitəsilə müayinə edilmiş 03 aprel 2024-cü il tarixli tibbi komisiyanın rəyinə əsasən, nəticədə THC (tetrahidrokannabinol) istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində tam təqsirli bilmiş, xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasının İğdır şəhərinə evə bazarlıq etmək üçün getdiyini, evə bazarlıq etdikdən sonra İğdır şəhərində qalmaq qərarına gəldiyini, keçmişdə tanıdığı bir nəfər türk tanışını gördüyünü, bir müddət həmin türk tanışı ilə söhbət etdikdən sonra türk tanışının onu içki məclisinə dəvət etdiyini, həmin içki məclisinə getdiyini və spirtli içki qəbul etdiyini, içki məclisində onlardan əlavə tanımadığı bir şəxsində oturduğunu, bir müddət sonra onlarla əyləşən adını bilmədiyi şəxsin cibindən narkotik tərkibli maddə çıxararaq istifadə etdiyini, həmin zaman onada təklif etdiyini içkili olduğundan alıb istifadə etdiyini, həmin gecəni oteldə qaldıqdan sonra xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasına gələn zaman X7 Məntəqəsindən keçdikdən sonra çıxışda polis əməkdaşlarının onu saxlayaraq Sədərək Rayon Polis şöbəsinə gətirildiyini bildirdi. Şəxs izahatında həmçinin hərəkətindən çox peşman olduğunu, əvvəllər heç bir narkotik və psixotrob maddə qəbul etmədiyini, bu günə kimi heç bir inzibati xəta törətmədiyini bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında xx.xx.2024-cü il gecə saat 01 radələrində o, CAB-nin əməliyyat müvəkkili Şahid2lə birlikdə xidməti ərazidə olan zaman, Sədərək Rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi X5 şəhər sakini Şəxs narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatının daxil olduğunu onun, Səfa Məhərrəmov və CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Sədərək Rayon Gömrük keçid məntəqəsinin qarşısına getdiklərini və barəsində əməliyyat məlumatı daxil olmuş şübhəli şəxs olan Şəxs saxlayıb Sədərək Rayon Polis şöbəsinə gətirdiklərini, üzərində axtarış aparıldığını lakin heç nə aşkar edilmədiyini, səhərisi günü yəni 02 aprel 2024-cü ildə narko-testdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 sidik narko-test vasitəsilə müayinə üçün göndərildiyini, nəticədə THC (tetrahidrokannabinol) istifadə etməsinin aşkar edildiyini, 03 aprel 2024-cü il tarixdə tibbi rəy təqdim edildiyindən Şəxs barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərildiyini bildirdi. Məhkəmə iclasında Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat verərək Şahid1 izahatında dediklərini təsdiq etdi. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR X3 03 aprel 2024-cü il tarixli 121 saylı rəyindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs kannabinoid narkomaniyası xəstəliyindən əziyyət çəkir, hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2024-cü il tarixdə sidik narko-test vasitəsilə müayinə olunmuş və nəticədə onda THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İ siyahı; İİ bənd sıra № 44) daxildir “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİ siyahıya əsasən psixotrop maddə olan THC (tetrahidrokannabinol) 0.05 qramadək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs THC (tetrahidrokannabinol) istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati qaydada tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32 və 33 maddələrinə əsaslanaraq, iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs səmimi peşman olmasını, əvvəllər inzibati xəta törətməməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: xx.xx.1993-cü il təvəllüdü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-13/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-13/2024
03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver