Məhkəmə qərarları › İş №3(088)-14/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-14/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-14/2025 01.04.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. xx.xx.1977-ci il tarixdə İİR Mərənd şəhəri, Köşksaray kəndində anadan olmuş, İran İslam Respublikası vətəndaşı Moazzenı X2 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən Moazzenı X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Moazzenı X2 barəsində 17 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2025-ci il tarixində saat 08:16-da İran İslam Respublikasından gələrək Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasına “sink külçə” yükü aparan İran İslam Respublikasının vətəndaşı Moazzenı X2 idarə etdiyi 71AA755/71AA756 dövlət qeydiyyat nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının kabin hissəsində sürücü oturacağı ilə yandakı oturacağın ortasında olan döşəmənin altından kustar üsulla hazırlanmış gizli saxlanc yerindən 190 qutu (3800 ədəd) üzərində “Oskar” yazısı olan Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmamış siqaretlər aşkar edilərək götürülmüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Moazzenı X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri barədə rəsmi olaraq məlumatlandırsada Moazzenı X4 məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə Moazzenı X2 iştirakı olmadan iclasın keçirilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsində göstərilir ki, İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun inspektoru Şahid1 izahatında gömrük postunun inspektoru vəzifəsində işlədiyini, 04 mart 2025-ci il tarixdə gündəlik iş qrafikinə uyğun olaraq xidmətdə olduğunu, ölkədən çıxış istiqamətində yük nəqliyyat vasitələrinin müayinəsini apardığını, İrandan gələrək Sədərək gömrük postu vasitəsilə tranzit keçməklə Türkiyə Respublikasına “sink külçə” yükü aparan İran İslam Respublikasının vətəndaşı Moazzenı X2 idarə etdiyi 71AA755/71AA756 dövlət qeydiyyat nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsini yoxlamağa başlamazdan əvvəl gömrük postunun digər əməkdaşı Şahid2 video çəkiliş aparması üçün dəvət etdiyini, video çəkiliş aparılmaqla yük nəqliyyat vasitəsini yoxlamağa başladığını, yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının kabin hissəsində sürücü oturacağı ilə yandakı oturacağın ortasında olan döşəmənin altından kustar üsulla hazırlanmış gizli saxlanc yerindən 190 qutu (3800 ədəd) üzərində “Oskar” yazısı olan Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmamış siqaretlər aşkar edərək qablaşdırıb götürüdüyünü bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid2 Şahid1 izahatına uyğun-eyni məzmunlu izahat verərək Şahid1 qeyd etdiklərini bir daha təsdiqlədi. Məhkəmə şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Moazzenı X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Moazzenı X4 tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi tərtib olunmuş protokoldan, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 04 mart 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanması haqqında protokoldan görünür ki, yoxlama zamanı İran İslam Respublikasının vətəndaşı Moazzenı X2 idarə etdiyi 71AA755/71AA756 dövlət qeydiyyat nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsini yoxlamağa başlamazdan əvvəl gömrük postunun digər əməkdaşı Şahid2 video çəkiliş aparması üçün dəvət etdiyini, video çəkiliş aparılmaqla yük nəqliyyat vasitəsini yoxlamağa başladığını, yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının kabin hissəsində sürücü oturacağı ilə yandakı oturacağın ortasında olan döşəmənin altından kustar üsulla hazırlanmış gizli saxlanc yerindən 190 qutu (3800 ədəd) üzərində “Oskar” markalı siqaretlər aşkar edərək götürülmüşdür. Bununla da müəyyən olunur ki, Moazzenı X4 04 mart 2025-ci il saat 08:16 radələrində Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasına keçərkən idarə etdiyi 71AA755/71AA756 dövlət qeydiyyat nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsinin dartıcısının kabin hissəsində sürücü oturacağı ilə yandakı oturacağın ortasında olan döşəmənin altından kustar üsulla hazırlanmış gizli saxlanc yerindən 190 qutu (3800 ədəd) “Oskar” markalı aksiz markası ilə markalanmamış siqaretləri gömrük əməkdaşlarına bəyan etmədən, gömrük nəzarətindən gizlətməklə keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş 17 mart 2025-ci il tarixli 268 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş siqaretlərin 2025-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 247 manat müəyyən edilmişdir. O cümlədən bir qutu (20 ədəd) “Oskar Silver” markalı siqaretin orta bazar qiyməti 1.30 manat olmaqla 190 qutu (1.30 manat x 190)=247 manat müəyyən edilmişdir. Əlavə olaraq 17 mart 2025-ci il tarixli 268 nömrəli ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, ekspertizanın aparılması üçün 40 manat məbləğində xərc çəkilmişdir. İş materiallarında olan 17 mart 2025-ci il tarixli 3-33-1200/2-000943/2025 nömrəli müşayət məktubunun qeyd hissəsindən görünür ki, maddi sübutlar Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Moazzenı X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan heç bir aksiz markası ilə markalanmayan istifadəyə yararlı bir qutusu (20 ədəd) 1.30 manat olan 190 qutunun (3800 ədəd) cəmi dəyəri 247 manat olan “Oskar silver” markalı siqaretlər dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55.1.1-ci maddəsinə əsasən zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlər İnzibati xətalar haqqında işlər üzrə məsrəflərdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: xx.xx.1977-ci təvəllüdlü İran İslam Respublikası vətəndaşı Moazzenı X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan bir qutusu (20 ədəd) 1.30 manat olan 190 qutunun (3800 ədəd) cəmi dəyəri 247 manat olan “Oscar silver” markalı siqaretlər dövlət nəfinə müsadirə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar