Məhkəmə qərarları › İş №3(088)-17/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-17/2023

30.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-17/2023 30.04.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim v.m.i.e Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Sədərək Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.1983-cü il ildə Sədərək rayonu, Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaqlı, fərdi təsərrüfatla məşğul olan, Sədərək rayonu, Dəmirçi kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Sədərək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sədərək rayonu, Dəmirçi kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Sədərək rayon Polis şöbəsində ucadan səs-küy salaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və onların ünvanına qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozmuş bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2023-cü il tarixdə Sədərək rayon Dəmirçi kəndində həmkəndlisi Ağayev Fətalının qızının toyunda spirtli içki qəbul etdiyini, təxminən saat 14:00 radələrində tanımadığı bir şəxslə mübahisə etdiyini, sonra Dəmirçi kənd polislərinin onu Sədərək rayon Polis şöbəsinə dəvət etdiklərini, o polis şöbəsində əsəblərinə hakim ola bilmədiyini, səs-küy saldığını, bu zaman polis sahə rəisi İsmayılov Turalın ona yaxınlaşaraq sakit olmağını və ictimai qaydanı pozduğunu bildirdiyini, əsəblərini sakitləşdirə bilmədiyindən öz hərəkətlərinə davam etdiyini, bu hərəkətlərin ardından polis sahə rəisi İsmayılov Turalın ona etdiyi əməlinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini pozduğunu və barəsində inzibati protokol tərtib olunacağını bildirdiyini, törətdiyi əmələ görə peşman olduğunu və bir daha heç bir polis əməkdaşının qanuni tələblərini pozmayacağını, himayəsində 2 azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 izahatında və verilmiş suallara cavabında cavabında xx.xx.2023-cü il tarixdə təxminən saat 19:00 radələrində xidməti vəzifələrini yerinə yetirən zaman Sədərək rayon Dəmirçi kənd sakini Şəxs Dəmirçi kəndində Ağayev Fətalının qızının toyunda spirtli içki içib sərxoş olmuş və toyda olan qonaqlarla mübahisə edib söyüş söydüyünə görə polis şöbəsinə gətirdiklərini, Şəxs polis şöbəsində uca səslə nalayiq ifadələr işlətdiyini, o və polis əməkdaşlarının onu nizamintizama dəvət etdiklərini, qanunu tələblərinə əməl etməyərək öz hərəkətlərinə davam etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Şahid2 izahatında və verilmiş suallara cavabında cavabında xx.xx.2023-cü il tarixdə Şərur Rayon Polis Şöbəsində təmir işləri ilə məşğul olan zaman tanımadığı, sonradan Sədərək rayon Dəmirçi kənd sakini Şəxs olduğunu öyrəndiyi şəxsin polis şöbəsində uca səslə nalayiq ifadələr işlətdiyini, polis əməkdaşlarının onu nizam-intizama dəvət etdiklərini, qanunu tələblərinə əməl etməyərək öz hərəkətlərinə davam etdiyinin şahidi olduğunu bildirdi.. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0772 nömrəli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 14:30-da azad edilmişdir. İş materiallarında olan tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağın olmasını, inzibati xətanı ilk dəfə törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə şəxs tərəfindən inzibati xətanın sərxoş vəziyyətdə törədilməsini iş üzrə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Sədərək Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim v.m.i.e: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar