Məhkəmə qərarları › İş №3(088)-18/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-18/2024

26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-18/2024 26.04.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. xx.xx.1958-ci il tarixdə Culfa rayon Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 08 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2024-cü il tarixində Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı, etibarlılıq müddəti xx.xx.2031-ci il tarixədək olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi xx.xx.1958-ci il təvəllüdlü Şəxs idarə etdiyi **-BC-*** dövlət nömrə nişanlı “VAZ 21214” markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti xəttində yoxlama keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerinin yan tərəflərində olan gizli saxlanc yerindən 39 qutu (780 ədəd) “Marlboro” markalı və 30 qutu (600 ədəd) “Parlıament” markalı olmaqla ümumilikdə 69 qutu (1380 ədəd) aksiz markası ilə markalanmamış siqaretlər aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri barədə rəsmi olaraq məlumatlandırsada Şəxs məhkəmə iclasına gəlməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq xx.xx.2024-cü il tarixdə saat 11:00-da keçiriləcək məhkəmə iclasında səhəti ilə əlaqədar üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxıb götürülən materialların müsadirə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə Şəxs iştirakı olmadan iclasın keçirilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsində göstərilir ki, İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun inspektoru Şahid3 izahatında gömrük postunun inspektoru vəzifəsində işlədiyini, 26 mart 2024-cü il tarixdə xidmətdə olarkən axşam saatlarında Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından ölkə ərazisinə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi **-BC-*** dövlət nömrə nişanlı “VAZ 21214” markalı minik nəqliyyat vasitəsinə şübhələri olduğundan iki nəfər hal şahidinin iştirakı ilə həmin nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirmək qərarına gəldiyini, sonra gömrük ərazisində yüklərin doldurulub boşaldılmasında fəhləlik edən Şahid2 və Şahid1 hal şahidi qismində dəvət etdiyini, hal şahidlərinin iştirakı ilə nəqliyyat vasitəsinə baxış keçirməyə başladığını, ilk olaraq nəqliyyat vasitəsinin sürücüsü Şəxs hal şahidlərinə təqdim etdiyini, daha sonra sürücüdən idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər-hansı əşya və predmetin olub-olmamasını soruşduğunu, sürücünün isə heç nə olmadığını dediyini, yoxlamaya başladığını, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerinin yan tərəflərində olan gizli saxlanc yerindən 39 qutu (780 ədəd) üzərində “Marlboro” yazısı olan və 30 qutu (600 ədəd) üzərində “Parlıament” yazısı olan siqaretlər olmaqla ümumilikdə 69 qutu (1380 ədəd) aksiz markası ilə markalanmamış siqaretlər aşkar edildiyini, həmin aşkar edilmiş siqaretləri hal şahidlərinin iştirakı ilə maddi sübut kimi götürülərək qablaşdırıldığını bildirdi. Məhkəmədə hal şahidi qismində dindirilən Şahid2 işsiz olduğu üçün, Sədərək Gömrük İdarəsində yüklərin daşınmasında fəhləlik edib ailəsini dolandırdığını, xx.xx.2024cü il tarixdə Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunda işdə olarkən Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun inspektoru Şahid3 onu çağıraraq Arif adlı şəxsin avtomobilinə baxış keçirəcəyini bu baxımdan hal şahidi kimi iştirak etməsini xahiş etdiyini, sonra onunla birlikdə fəhləlik edən Şahid1 çağıraraq şahidlik edəcəyini bildirərək onlara hal şahidinin hüquq və vəzifələrini izah etdiyini, sonra onların iştirakı ilə Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi **-BC-*** dövlət nömrə nişanlı “VAZ 21214” markalı minik nəqliyyat vasitəsinə baxış keçirildiyini, baxış zamanı həmin avtobobilin yük yerində gizlədilmiş - gizli saxlanc yerindən 39 qutu (780 ədəd) üzərində “Marlboro” yazısı olan və 30 qutu (600 ədəd) üzərində “Parlıament” yazısı olan siqaretlər olmaqla ümumilikdə 69 qutu (1380 ədəd) aksiz markası ilə markalanmamış siqaretlər aşkar edildiyini, həmin siqaretlər Vüsal müəllim tərəfindən sənədləşmə aparılaraq onlara imza etdirdiyini bildirdi. Məhkəmə iclasında hal şahidi kimi dindirilən Şahid1 hal şahidi Şahid2 izahatına uyğun- eyni məzmunlu izahat verərək Şahid2 qeyd etdiklərini bir daha təsdiqlədi. Məhkəmə şahidln və hal şahidlərinin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi tərtib olunmuş protokoldan, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 26 mart 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanması haqqında protokoldan görünür ki, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı, Şəxs idarə etdiyi **-BC-*** dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı minik nəqliyyat vasitəsinin yük yerinin yan tərəflərində olan gizli saxlanc yerindən 39 qutu (780 ədəd) “Marlboro” markalı və 30 qutu (600 ədəd) “Parlıament” markalı olmaqla ümumilikdə 69 qutu (1380 ədəd) aksiz markası ilə markalanmamış siqaretlər aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Bununla da müəyyən olunur ki, Şəxs 26 mart 2024-cü il saat 21:16 radələrində Sədərək Gömrük postundan Naxçıvan Muxtar Respublikasına keçərkən idarə etdiyi **-BC- *** dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı minik nəqliyyat vasitəsinin yük yerinin yan tərəflərində olan gizli saxlanc yerindən 39 qutu (780 ədəd) “Marlboro” markalı və 30 qutu (600 ədəd) “Parlament” markalı olmaqla ümumilikdə 69 qutu (1380 ədəd) aksiz markası ilə markalanmamış siqaretləri gömrük əməkdaşlarına bəyan etmədən, gömrük nəzarətindən gizlətməklə keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş 06 aprel 2024-cü il tarixli 335 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş bir qutu (20 ədəd) “Marlboro silver blue” markalı siqaretin orta bazar qiyməti 3.50 olmaqla 39 qutunun (780 ədəd) cəmi qiyməti 136.50 manat və bir qutu (20 ədəd) “Parlıament silver blue” markalı siqaretin orta bazar qiyməti 3.50 olmaqla 30 qutunun (600 ədəd) cəmi qiyməti 105 manat olmaqla ümumilikdə 69 qutu (1380 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış “Marlboro silver blue” və “Parlıament silver blue” markalı siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri 241.50 manat müəyyən edilmişdir. Əlavə olaraq xx.xx.2024-cü il tarixli 335 nömrəli ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, ekspertizanın aparılması üçün 50 manat məbləğində xərc çəkilmişdir. İş materiallarında olan 08 aprel 2024-cü il tarixli 3-33-1200/2-001174-20244 nömrəli müşayət məktubunun qeyd hissəsindən görünür ki, maddi sübutlar Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan heç bir aksiz markası ilə markalanmayan istifadəyə yararlı bir qutusu (20 ədəd) 3.50 manat olan 39 qutunun (780 ədəd) cəmi dəyəri 136.50 manat olan “Marlboro silver blue” markalı və bir qutusu (20 ədəd) 3.50 manat olan 30 qutunun (600 ədəd) cəmi dəyəri 105 manat olan “Parlıament silver blue” markalı olmaqla ümumilikdə 69 qutu (1380 ədəd) dəyəri 241.50 manat olan “Marlboro silver blue” və “Parlıament silver blue” markalı siqaretlər dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 50 manat pul Şəxs tutulub VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİF BİK NABZAZ2C, VÖEN **********, HESAB AZ21NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: xx.xx.1958-ci təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan bir qutusu (20 ədəd) 3.50 manat olan 39 qutunun (780 ədəd) cəmi dəyəri 136.50 manat olan “Marlboro silver blue” markalı və bir qutusu (20 ədəd) 3.50 manat olan 30 qutunun (600 ədəd) cəmi dəyəri 105 manat olan “Parlıament silver blue” markalı olmaqla ümumilikdə 69 qutu (1380 ədəd) dəyəri 241.50 manat olan “Marlboro silver blue” və “Parlıament silver blue” markalı siqaretlər dövlət nəfinə müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 50 manat pul Şəxs tutulub VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİF BİK NABZAZ2C, VÖEN **********, HESAB AZ21NABZ******************** hesaba köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar