Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-18/2025 18.04.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxs Sədərək Rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X6 iştirakı ilə xx.xx.1995-ci ildə Türkiyə Respublikası, X11 mahalında anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, orta təhsilli, sürücü işləyən, subay, Türkiyə Respublikası, X11 mahalında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixdə, Türkiyə Respublikası vətəndaşı Şəxs narkotik maddə istifadə etməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxsin saxlanılaraq Sədərək rayon Polis şöbəsinə dəvət edilərək narko-testdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 sidik narko-test vasitəsilə müayinə edilmiş, xx.xx.2025-ci il tarixli tibbi komisiyanın rəyinə əsasən, nəticədə AMP (amfetamin) və MET (metamfetamin) istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində tam təqsirli bilmiş, izahatında tır sürücüsü olduğunu, xx.xx.2025-ci il tarixdə İran İslam Respublikasına yük apardığını, İran İslam Respublikasında olan zaman tanımadığı şəxsdən psixotorop maddə olan metafetamin aldığını, həmin aldığı metafetamin adlı psixotorop maddəni dəfələrlə qəbul etdiyini, xx.xx.2025-ci il tarixdə İran İslam Respublikasından X13 keçərək Türkiyə Respublikasına getmək üçün X8rşısına gəldiyini, Gömrük postunun qarşısında olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq polis şöbəsinə dəvət etiklərini, sonra narkotik vasitə istifadə edilib-edilməməsinin müəyyən edilməsi üçün xəstəxanaya getdiklərini və xəstəxanada narkoloji tibbi yoxlamadan keçərkən istifadə etdiyi psixotrop vasitənin aşkar edildiyini bildirdi. Şəxs izahatında əvəllər də bir neçə dəfə psixotrop maddə qəbul etdiyini, həmçinin 2024-cü ildə də İXM-nin 206-cı maddəsi ilə Culfa Rayon Məhkəməsinin qərarı ilə cərimə olunduğunu, hərəkətindən çox peşman olduğunu, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Sədərək Rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X10 izahatında bildirdi ki, 17 aprel 2025-ci il tarixdə bir nəfər şəxsin X8rşısında narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatının daxil olduğunu, dərhal əməliyyat qrupu yaradaraq həmin ünvana getdiklərini, Türkiyə Respublikası vətəndaşı olan Şəxs şübhəli şəxs qismində saxlayaraq polis şöbəsinə dəvət etdiklərini, sonra həmin şəxsi Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X4 sidik narko-test vasitəsilə müayinə edilməsi üçün aprdıqlarını, dispanser tərəfindən verilən rəydə müsbət nəticə çıxdığı üçün barəsində protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə məhkəməyə göndərildiyini bildiridi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında 17 aprel 2025-ci il tarixdə təxminən saat 22:30 radələrində Sədərək Rayon ərazisində Şahid2 və X10 ilə birlikdə xidməti ərazidə xidmət aparan zaman iş yoldaşı X7 bir nəfər şəxsin X8rşısında özünü şübhəli apardığına dair məlumatın daxil olduğunu, şöbə rəisinə məruzə edərək dərhal X8rşısında getdiklərini və həmin şəxsi saxlayaraq polis şöbəsinə dəvət etdiklərini və sonra tesdən keçirmək üçün Naxçıvan şəhərinə apardıqlarını bildiridi. Məhkəmə iclasında Şahid2 İdiris oğlu Şahid1 ilə eyni məzmunlu izahat verərək Şahid1 izahatında göstərilənləri bir daha təsdiq etdi. İnzibati materiala əlavə olunmuş 18 aprel 2025-ci il tarixli MN № ******* inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, Türkiyə Respublikası vətəndaşı Şəxs psixotrop maddə olan AMP (amfetamin) və MET (metamfetamin) istifadə etməsi müəyyən edilmişdir. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında 17 aprel 2025-ci il tarixli 0796 nömrəli protokolundan müəyyən edilir ki, Şəxs 17 aprel 2025-ci il tarixdə saat 22:30-də inzibati qaydada tutulmaqla saxlanmışdır. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR X3 18 aprel 2025-ci il tarixli 188 saylı rəyindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Tevent X5 narkomaniyası xəstəliyindən əziyyət çəkir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs Aydm oğiu xx.xx.2025-ci il tarixdə Y.Budaqov adma Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə AMP (amfetamin) və MET (metamfetamin) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına AMP (amfetamin) (İİ siyahı; sıra № 1), MET (metamfetamin) (İİ siyahı; sıra № 67) daxildir “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİ siyahısının 1 və 67 sıra nömrəsinə əsasən psixotrop maddə olan Amfetamin 0.15 qramadək, və MET (metamfetamin) 0.15 qramadək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs AMP (amfetamin) və MET (metamfetamin) istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs il ərzində ilk dəfə inzibati xəta törətməsini və əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: xx.xx.1995-ci il təvəllüdlü Türkiyə Respublikası, X11 mahalında qeydiyyatda olan Türkiyə Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli onun inzibati qaydada tutulduğu gündən yəni, 17 aprel 2025-ci il tarixdən saat 22:30-dən hesablansın. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-18/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-18/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver