Məhkəmə qərarları › İş №3(088)-19/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-19/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-19/2024 16.04.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Sədərək rayon Məhkəməsi 16 aprel 2024-cü il İş № 3(088)-19/2024 Heydərabad qəsəbəsi Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.2002-ci il tarixdə Şərur rayon, Kürçülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Şərur rayon, Kürçülü kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində X6 məntəqəsində içtimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində özünə məxsus maşınla istanbuldan gələn anası və atasını qarşılamaq üçün Türkiyənin İğdır şəhərinə getdiyini, atası və anasını qarşıladıqdan sonra evlərinə ərzaq alaraq evə qayıtmaq üçün yola düşdüklərini, Dilucu keçid məntəqəsindən keçərək X6 məntəqəsinə gəldiklərini, özünə məxsus avtomobili gömrük yoxlanışından keçirdikdən sonra atası və anasının yanına gəldiyini, anasının gömrük əməkdaşları ilə mübahisə etdiyini gördüyünü və mübahisənin səbəbini anasından soruşduğunu, anasının isə mübahisənin ərzaqlar üçün olduğunu dediyini, əsəbləşərək növbə rəisi Elgün müəllimə istanbuldan gəldiklərini ev üçün ərzaq aldıqlarını bildirdiyini, növbə rəisinin isə onların kommersiya məqsədi üçün aparıldığını dediyini, malların anbara qoymalarını tələb etdiyini, gömrük əməkdaşları ilə razılaşmadıqlarına görə səs-küy saldıqlarını, bu zaman gömrük əməkdaşlarının polisə şikayət etdiklərini, 10-15 dəqiqə sonra Sədərək rayon Polis şöbəsinin əməkdaşlarının onlara yaxınlaşdığını atası ilə birlikdə Polis şöbəsinə apardıqlarını barəsində protokol tərtib edildiyini bildirirərək törətdiyi əməldən çox peşman olduğunu, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirdi ki, Şərur şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, X3 işlədiyini, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində xidmətdə olduğu zaman iki nəfər şəxsin gömrük nəzarət zonasına daxil olan zaman əl yüklərinə baxış keçirən gömrük əməkdaşı X1 ilə əl yüklərini bəyan etmədikləri üçün aralarında mübahisə olduğunu, sonra həmin şəxslərin adının Şəxs və X2 olduğunu öyrəndiyini, həmin şəxslərin əl yükündə gətirdikləri ərzaqların kommersiya məqsədli olduğunu bildirdiklərini, onların ucadan səs-küy saldıqlarını gömrük əməkdaşlarının işinin ləngiməsinə səbəb olduqlarını sonra polis əməkdaşlarına zən etdiklərini, Sədərək Rayon Polis şöbəsinin əməkdaşlarının gəldiyini, həmin şəxsləri polis şöbəsinə apardıqlarını, haliyyədə Camalın və onun atasının onlardan üzr istədiyini və etdikləri əməldən peşman olduqlarını, yaxın zamanda Camalın toyunun olacağını, bu baxımdan onlara yüngül cəza verilməsini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Əliqulu oğlu və X1 izahatında Şahid2 verdiyi izahata tam uyğun olaraq izahat verərək E. İsmayılovun verdiyi izahatı bir daha təsdiq etdilər. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs 15 aprel 2024-cü il tarixdə X3 ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və nəticədə xırda xuliqanlıq etmişdir. İnzibati materiala əlavə olunmuş inzibati xəta haqqında 16 aprel 2024-cü il tarixli ******* nömrəli protokoldan müəyyən edilir ki, Şəxs 15 aprel 2024-cü il tarixdən saat 18:00da X5 Nəzarət zonasında xırda xuliqanlıq hərəkətləri etməklə içtimai qaydanı pozmuşdur Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : xx.xx.2002-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Şərur Rayon İcra və Probasiya bölməsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar