Məhkəmə qərarları › İş №3(088)-19/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-19/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-19/2025 29.04.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş Sədərək Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili X6 iştirakı ilə xx.xx.2002-ci ildə Sədərək Rayon Heydərabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Sədərək Rayon Heydərabad qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: xx.xx.2025-ci il tarixdə, Sədərək Rayon Heydərabad qəsəbə sakini Şəxs narkotik maddə istifadə etməsi barədə əsaslı şübhələr yarandığından Sədərək rayon Polis şöbəsinə dəvət edilərək narko-testdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 sidik narko-test vasitəsilə müayinə edilmiş, xx.xx.2025-ci il tarixli tibbi komisiyanın rəyinə əsasən, nəticədə MET (metamfetamin) və AMP (amfetamin) psixotrop istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində tam təqsirli bilərək izahatında, 18 aprel 2025-ci il tarixdə gəzmək üçün Bakı şəhərinə getdiyini, xx.xx.2025-ci il tarixdə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına gəlmək üçün Bakı şəhərində yoldan keçən tanımadığı taksini saxlatdığını və onu Heydər Əliyev adına X9 aparmasını istədiyini, Hava limanına gələn zaman başı ağrıdığından taksi şöferindən arğı kəsici dərmanın olmasını soruşduğunu, taksi şöferinin daha əvvəl istifadə etmədiyi maddə verərək istifadə etməyini, baş ağrısına yaxşı təsir edəcəyini bildirdiyini, həmin maddəni qəbul etdiyini, qəbul etdikdən sonra həmin maddənin psixotrop tərkibli maddə olan metafetamin olduğunu bildiyini, Bakı şəhərindən Sədərək rayon Heydərabad qəsəbəsində yerləşən evinə gedən zaman polis əməkdaşlarının yaxınlaşaraq polis şöbəsinə dəvət etdiklərini, narkotik və ya psixotrop tərkibli maddələrdən istifadə etməyi barədə şübhələrin olduğunu bildirdiklərini, Y.Budaqov adına X4 apararaq narko-tesdən keçirdiklərini, orada psixotrop maddələrdən qəbul etdiyinin aşkar olunduğunu, hərəkətindən çox peşman olduğunu, bilmədən istifadə etdiyini bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Sədərək Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili X8 zahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Sədərək Rayon Polis Şöbəsində xidmətdə olan zaman 2002-ci il təvəllüdlü Sədərək rayon sakini Şəxs narkotik vasitə istifadə etməsi barədə məlumatın daxil olduğunu, daxil olmuş məlumat əsasında Polis şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 ilə birlikdə həmin şəxsin saxladıqlarını, Şəxs narkotik madələrdən və ya psixitrop maddələrdən istifadə etməsinə dair əsaslı şübhələr yarandığından Şəxs Y.Budaqov adına X4 aparılaraq narko-tesdən keçirildiyini onun psixotrop maddə qəbul etməsi barədə dispanser tərəfindən verilən rəydə Şəxs AMP (amfetamin) və MET (metamfetamin) müsbət çıxdığı üçün barəsində protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə məhkəməyə göndərildiyini bildiridi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 izahatında xx.xx.2025-ci il tarixdə Sədərək Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşları olan Sənan Məmmədov və Şahid1 ilə birlikdə xidməti ərazidə xidmət aparan zaman iş yoldaşı Sənan Məmmədova bir nəfər şəxs Sədərək rayon Heydərabad qəsəbəsində özünü şübhəli aparması barədə məlumatın daxil olduğunu, şöbə rəisinə məruzə edərək dərhal Sədərək rayon Heydərabad qəsəbəsinə getdiklərini və həmin şəxsin Şəxs olduğunu bildiklərini, həmin şəxsi saxlayaraq Sədərək Rayon Polis Şöbəsinə dəvət etdiklərini, Şəxs narkotik madələrdən və ya psixitrop maddələrdən istifadə etməsinə dair əsaslı şübhələr yarandığından Şəxs Naxçıvan Muxtar Respublikası Y.Budaqov adına X5 aparılaraq narko-tesdən keçirildiyini və testin nəticəsində onun psixotrop vasitə qəbul etməsinin aşkar olundunu bildiridi. Məhkəmə iclasında Şahid2 İdiris oğlu Şahid1 ilə eyni məzmunlu izahat verərək Şahid1 izahatında göstərdiklərini təsdiq etdi. İnzibati materiala əlavə olunmuş xx.xx.2025-ci il tarixli MN № ******* inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Sədərək Rayon Heydərabad qəsəbəsi sakini Şəxs psixotrop vasitə olan MET (metamfetamin) və AMP (amfetamin) istifadə etməsi müəyyən edilmişdir. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli 0796 nömrəli protokolundan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmaqla saxlanmışdır. İş materiallarına əlavə olunmuş Yaqub Budaqov adına Naxçıvan MR. X3 xx.xx.2025ci il tarixli 199 saylı rəyindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkomaniyaya xas əlamətlər aşkar edilməmiş, lakin fiziki və psixi asılılıq əlamətləri olmadan naroktik maddə istifadəsi inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunmuş, nəticə MET (metamfetamin) və AMP (amfetamin) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına AMP (amfetamin) (İİ siyahı; sıra № 1), MET (metamfetamin) (İİ siyahı; sıra № 67) daxildir “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİ siyahısının 1 və 67 sıra nömrəsinə əsasən psixotrop maddə olan Amfetamin 0.15 qramadək, və MET (metamfetamin) 0.15 qramadək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən, Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görəüç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs psixotrop maddə olan MET (metamfetamin) istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati qaydada tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32 və 33 maddələrinə əsaslanaraq, iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs səmimi peşman olmasını, ilk dəfə psixotrop maddədən istifadə etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: xx.xx.2002-ci ildə Sədərək Rayon Heydərabad qəsəbəsində doğulmuş və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 320 (üç yüz iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra qərarın icrası Sədərək Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar