Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-2/2022 21.01.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X4 iclas katibliyi, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X5 Gömrük Xidməti X1, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi Sədərək Gömrük idarəsinin X9 inspektoru Şahid3 Cəlaləddin oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. xx xxxxxx 1985-ci il tarixdə Şərur rayon Kürçülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 10 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A № 119013 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 25 dekabr 2021-ci il tarixində 68BG198 nömrəli VAZ 21074 markalı minik nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələrkən, Sədərək gömrük idarəsinin gömrük postunda nəqliyyat vasitəsinin yoxlanılması zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerindən yəni, arxa oturacağının içindən 9 blok (90 qutu) və ön tərəf alətlər panelində-musiqi oxuducunun arxa hissəsindən 24 qutu olmaqla ümumilikdə 114 qutu PARLAMENT markalı siqaretlər aşkarlanmışdır və aşkar olunmuş siqaretlər götürülərək qablaşdırılmışdır. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx xxxxxx 1985-ci il tarixdə Şərur rayon Kürçülü kəndində anadan olduğunu, ailəli 4 uşağının olduğunu, özünə məxsus vaz 21074 markalı minik nəqliyyat vasitəsi ilə sürücülük edib çörək pulu qazandığını, bundan əlavə fürsət olduqca ay ərzində bir neçə dəfə həmin nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasına gedib ev üçün lazım olan zəruri malları alıb qayıtdığını, 25 dekabr 2021-ci il tarixində 68BG198 nömrəli VAZ 21074 markalı minik nəqliyyat vasitəsi ilə səhər saat 08:00-da həmkəndlisi Bayram və onun ailəsi ilə birlikdə Sədərək gömrük keçid məntəqəsindən keçərək Türkiyə Respublikasına getdiyini Türkiyəyə gedərkən oradakı rüsumsuz ticarət mağazasından (duty free) özünün və özü ilə Türkiyəyə gedən həmkəndlilərin adına 9 blok parlament markalı siqaret aldığını, onları almaqda məqsədinin aparıb İğdır şəhərində satıb yol xərcini çıxaracağını lakin, İğdır şəhərində bir neçə mağazaya onları satmağa çalışsada sata bilmədiyini və onları məcbur geri qaytarmalı olduğunu, gömrüyün onu buraxmadığını bildiyi üçün məcbur qalıb həmin siqaretləri avtomobilin arxa oturacağının içərisində gizlətdiyini, apardığı həmkəndlilərinin işləri bitdikdən sonra birlikdə Naxçıvana qayıtmaq üçün yola düşdüyünü, qayıdarkən türk gömrüyündə mağazaya girərək həmin parlament siqaretindən 3 blok da aldığını, həmin blokun birini açaraq içindən 1 paçka çəkdiyini, 1 paçkasını isə həmkəndlisi Bayramın açıb çəkdiyini, cibində yanacaq almağa pul olmadığı üçün 4 paçkasını oradakı kamyon şöfirinə birini 4 manatdan satdığını, həmin 3 blokdan yerdə qalan 2 blok 4 pakçanı açıb maqintofonun arxasına yığdığını, sonra türk gömrüyünü keçib Sədərək gömrüyünə çatdıqda orda gömrük əməkdaşlarının avtomobilə baxış keçirdiklərini və arxa oturacağın altındakı 4 blok siqareti daha sonra isə ön şitə yığdığı 24 paçka siqareti aşkar edərək hal şahidlərinin iştirakları ilə sənədləşdirərək götürdüklərini, ilk dəfədir ki, bu cür inzibati xəta etdiyini, gələcəkdə bu cürə hallara yol verməyəcəyini, etdiyi əməldən çox peşman olduğunu, ona görə də yüngül cəza verilməsini bildirdi. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X5 Gömrük Xidməti X2 izahatında bildirmişdir ki, yeddi ildən artıqdır ki göstərilən vəzifədə işlədiyini, 25 dekabr 2021-ci il tarixində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikası ərazisinə gələn, Azərbaycan vətəndaşı, xx xxxxxx 1985-ci il təvəllüdlü Şəxs idarə etdiyi 68BG198 dövlət nömrə nişanlı VAZ 21074 markalı 2006-cı il buraxılışlı, ağ rəngli, şassi nömrəsi XTA**********1949 olan minik nəqliyyat vasitəsinin arxa oturacağının içindən 9 blok (90 qutu) və ön tərəf alətlər panelində-musiqi oxuducunun arxa hissəsindən 24 qutu olmaqla ümumilikdə 114 qutu PARLAMENT markalı siqaretlər aşkarlandığını, aşkar olunmuş siqaretlərin sənədləşdirilərək götürüldüyünü, həmin materiallar üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirildiyini və müvafiq rəylər alındıqdan sonra 10 yanvar 2022-ci il tarixdə protokol tərtib etdiyini, inzibati materialın təhqiqatı qurtardıqdan sonra qərardad qəbul edildiyini və baxılması üçün aidiyatı üzrə Sədərək rayon məhkəməsinə göndərildiyini bildirdi. Məhkəmə iclasında iştirak etmiş X9 inspektoru gömrük xidməti kapitanı Şahid3 Cəlaləddin oğlu izahatında bildirmişdir ki, Sədərək gömrük postunda xidmət apararkən 25 dekabr 2021-ci il tarixində saat 23:00 radələrində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisinə giriş edən Azərbaycan vətəndaşı 28 dekabr 2030-cu il tarixədək etibarlılıq müddəti olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi xx xxxxxx 1985-ci il təvəllüdlü Şəxs idarə etdiyi 68BG198 dövlət nömrə nişanlı VAZ 21074 markalı 2006-cı il buraxılışlı, ağ rəngli, şassi nömrəsi XTA**********1949 olan minik nəqliyyat vasitəsinə əsaslı şübhələr olduğu üçün hal şahidlərinin iştirakı ilə nəqliyyat vasitəsinin yoxlanıldığını, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının içindən 9 blok (90 qutu) və ön tərəf alətlər panelində-musiqi oxuducunun arxa hissəsindən 24 qutu olmaqla ümumilikdə 114 qutu PARLAMENT markalı siqaretlər aşkarlandığını və aşkar olunmuş siqaretləri hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürüldüyünü, Şəxs 9-10 ildir ki, bu yolu gedib-gəldiyini, lakin ilk dəfədir ki, inzibati xəta törətdiyini bildirdi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən Şahid1 izahatında bildirmişdir ki, hazırda işsiz olduğu üçün ara-sıra Sədərək Gömrük İdarəsində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik etdiyini, 25 dekabr 2021-ci il tarixdə Sədərək Gömrük İdarəsində yük daşıyarkən Əfsun adlı gömrük əməkdaşının onu çağırdığını və Türkiyədən gələn bir nəqliyyat vasitəsinə baxış keçirəcəyini, onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etdiyini, etiraz etmədiyini, Əfsun müəllimlə birgə baxış keçirəcəkləri nəqliyyat vasitəsinin yanına getdiyini, onunla birgə fəhlə işləyən İlknur adlı şəxs də hal şahidi qismində oraya dəvət edildiyini, Əfsun müəllimin Şəxs onlara təqdim etdiyini, nəqliyyat vasitəsinin ona məxsus olduğunu və baxış zamanı nəqliyyat vasitəsinin sahibi kimi iştirak edəcəyini, baxış başlamazdan əvvəl Əfsun müəllimin onlara və nəqliyyat vasitəsinin sahibinə hüquq və vəzifələrini izah etdiyini, daha sonra nəqliyyat vasitəsini yoxlamağa başladıqlarını, yoxlama vaxtı ağ rəngli VAZ 21074 markalı həmin nəqliyyat vasitəsinin arxa oturacağının içindən 9 blok parlament markalı siqaretin aşkar edildiyini, daha sonra həmin avtomobilin şitindən 24 paçka yenə həmin markalı siqaretlərin aşkar edildiyini, sonra nəqliyyat vasitəsinin yoxlanılması barədə müvafiq sənədlərin tərtib edildiyini, həmin sənədləri imzaları ilə təsdiq etdiklərini, siqaretləri bir qutuya yığıldıqdan sonra həmin qutunun üzərinə imza atdıqlarını, Əlini əvvələr tanımadığını ilk dəfə orada gördüyünü, Əlinin maşınına baxış keçirilən zaman Əlinin heç bir narazıçılıq etmədiyini, Əlinin törətdiyi əməli səmimi etiraf etdiyini bildirdi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən Şahid2 da digər hal şahidi Şahid1 izahatına tam uyğun olaraq izahat verdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materillarına əlavə edilmiş 25 dekabr 2021 cı il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı, 28 dekabr 2030-cu il tarixədək etibarlılıq müddəti olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi xx xxxxxx 1985-ci il təvəllüdlü Şəxs idarə etdiyi 68BG198 dövlət nömrə nişanlı VAZ 21074 markalı 2006-cı il buraxılışlı, ağ rəngli, şassi nömrəsi XTA**********1949 olan minik nəqliyyat vasitəsinin arxa oturacağının içindən 9 blok (90 qutu) və ön tərəf alətlər panelində-musiqi oxuducunun arxa hissəsindən 24 qutu olmaqla ümumilikdə 114 qutu PARLAMENT markalı siqaretlər aşkarlanması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 30 dekabr 2021-ci il tarixli 381 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilən heç bir aksiz markası ilə markalanmayan istifadəyə yararlı vəziyyətdə 1 qutu “Parlament” markalı siqaretin rüsumsuz ticarət mağazalarındakı orta bazar qiyməti 4 (dörd) manat, 114 qutunun ümumilikdə qiyməti 456 (dörd yüz əlli altı) manat həcmində müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “ İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə maddi sübutların taleyi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd bağlamada içərisində 114 (bir yüz on dörd) qutu olmaqla “Parlament” markalı siqaretlər inzibati xəta törətmiş Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci maddəsinə görə dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlət mülkiyyətinə verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs 456 (dörd yüz əlli altı) manat məbləğində malın dəyərinin 40 (qırx) faizi məbləğində, yəni 182.4 (yüz səksən iki manat qırx qəpik) manat cərimə edilsin. Maddi sübut, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd bağlamada içərisində 114 (bir yüz on dörd) qutu olmaqla “Parlament” markalı siqaretlər, qərar qanuni qüvvəsini aldıqdan sonra inzibati xəta törətmiş Şəxs qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №3(088)-2/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-2/2022
21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver