Məhkəmə qərarları › İş №3(088)-2/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-2/2025

02.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-2/2025 02.01.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1980-ci il tarixdə Şərur Rayonu Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Sədərək Rayon Qaraağac kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Sədərək rayon Sədərək kənd ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sədərək Rayon Qaraağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, işləmədyini özünə məxsus olan nəqliyyat vasitəsi ilə taksi işlədiyini, xx.xx.2025-ci il tarixdə öz evində yeyib bir litir araq içdiyini, biraz keçdikdən sonra həmkəndlisinin ona zəng etdiyini, taksi işlədiyindən həmin həmkəndlisini evlərinə aparıacağını, onları götürüb evlərinə aparan zaman yol polisinin ona işarə verərək saxlamağını tələb etdiyini, ilk əvvəl saxlamadığını biraz gedib saxladığını, polis əməkdaşının yaxınlaşaraq özünü təqdim etdiyini və sənədləri tələb etdiyini, spirtli içki iyi gəldiyindən polis əməkdaşının alkotestr vasitəsi ilə yoxlama aparacağını bildirdiyini, içki qəbul etdiyini və protokol yazmasını həmin protokola əsasən cərməni ödəyəcəyini dediyini, polis əməkdaşlarının maşın şöbəyə getməlidir dediyini, maşını təhvil verə bilməyəcəyini dediyini, mübahisə etdiklərini, bu zaman post patrul xidmətinin əməkdaşlarının gəldiyini və onu Sədərək Rayon Polis şöbəsinə gətirdiklərini və barəsində protokol tərtib edilərək məhkəməyə göndərildiyini, etdiyi əməldən peşman olduğunu bir daha belə hərəkətlərə yol verməyəcəyini və barəsində yüngül cəza verilməsini bildirdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sədərək Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X2 izahatında bildirdi ki, 01 yanvar 2025-ci il tarixdə Sədərək rayon ərazisində olarkən Sədərək rayon 1 nömrəli tam orta məktəbin qarşısında bir nəfər şəxsin yol polis əməkdaşları ilə mübahisə etdiyini gördüyünü, həmin yerə gedən zaman polis əməkdaşları ilə mübahisə edən şəxsin Şəxs olduğunu gördüyünü, həmin şəxsin sərxoş olduğunu, polis əməkdaşlarına nalayiq ifadələr işlətdiyini, polisin qanuni tələblərinə qəsdən tabe olmadığını, həmin şəxsi sakitləşdirməyə çalışsalarda onun sakitləşmədiyini, onların qanuni tələblərinə qəsdən tabe olmadığını, həmin şəxsi polis şöbəsinə dəvət etdiklərini və barəsində sənədləşmə aparılmaqla protokol tərtib edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Naxçıvan MR Daxili İşlər Nazirliyi X4 İdarəsinin Yol Patrul Xidmətinin inspektoru Şahid2 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 20:25 radələrində xidmətdə olarkən Sədərək rayon Sədərək kənd ərazisində reyd keçirdiklərini, həmin ərazidə 1 nömrəli məktəbin yanında bir maşının saxladığını, həmin maşının sənədlərini yoxladıqdan sonra yola salan zaman **-BC-*** dövlət qeydiyyat nişanlı mercedes benz markalı avto nəqliyyat vasitəsinin məktəbin qarşısında olan tranpilindən sürətlə keçdiyni gördüyün, həmin nəqliyyat vasitəsinə saxlaması üçün işarə verdiklərini, 200-300 metr getdikdən sonra qaça bilməyəcəyini başa düşdüyündən nəqliyyat vasitəsini saxladığını, əvvəlcə özünü təqdim etdiyini sonra sənədləri tələb etdiyini, əvvəl etiraz etsədə həmin vətəndaşdan spirtli içki iyinin gəldiyini və alkotestrdan keçirdikdən sonra sərxoş olduğunun məlum olduğunu, bu zaman arxa qapını açaraq bir qadının düşdüyünü və ucadan səs küy salaraq siz şəhid ailəsinin maşınını niyə saxlayırsınız dediyini, bu zaman Şəxs post yoldaşı Şahid1 nalayiq ifadələr işlətdiyini, polisin qanuni tələblərinə qəsdən tabe olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izhatında Şahid2 verdiyi izahata tam uyğun olaraq izahat verərək izahatda göstərilənləri bir daha təsdiq etdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün səmimi etirafı və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs 01 yanvar 2025-ci il tarixdə Sədərək rayon Sədərək kənd ərazisində yerləşən 1 nömrəli məktəbin yanında ucadan səs-küy salaraq polis əməkdaşları ictimai qaydanı qorumaq üçün vəzifələrini icra edərkən Şəxs hərəkətlərinə davam edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında 01 yanvar 2025ci il tarixli 0796 nömrəli protokolundan müəyyən edilir ki, Şəxs 01 yanvar 2025-ci il tarixdən saat 20:30 radələrindən inzibati qaydada tutulmaqla saxlanmışdır. İnzibati materiala əlavə olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, Şəxs şəxsi müayinə zamanı məlum olmuşdur ki, alkol qəbul etmiş və sınağın nəticəsi 0.90 promil çıxmışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törədərkən sərxoş olması məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : xx.xx.1980-ci il təvəllüdlü Sədərək Rayonu Qaraağac kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli onun inzibati qaydada tutulduğu andan yəni, 01 yanvar 2025ci il tarixdən saat 20:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar