Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-20/2024 16.04.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1980-ci il tarixdə Şərur rayon, Kürçülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Şərur rayon, Kürçülü kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində X5 məntəqəsində içtimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə həyat yoldaşı ilə İstanbul şəhərindən gəldiklərini, onları İğdır şəhərində qarşılamağa oğlu X1 gəldiyini, oğlu ilə görüşdükdən sonra evlərinə arzaq alaraq Naxçıvana gəlmək üçün yola düşdüklərini, Dilucu keçid məntəqəsindən keçərək X5 məntəqəsinə gəldiklərini, oğlunun öz adına olan maşınını gömrük yoxlanışından keçirmək üçün getdiyini, həyat yoldaşı ilə birlikdə əl yüklərini tərəziyə qoyduqlarını sonra isə monitordan keçirdiklərini, monitordan keçirən zaman gömrük əməkdaşının əl yüklərinə baxdığını və əl yüklərində kommersiya məqsədli malların olduğunu dediyini, ev üçün ərzaq aldıqlarını bildirdiklərini, bununla bağı mübahisə yarandığını sonra oğlunun da gəldiyini, məsələni öyrəndikdə əsəbləşdiyini, gömrük əməkdaşı ilə mübahisə etdiklərini, gömrük əməkdaşlarının polisə şikayət etdiklərini, 10-15 dəqiqə sonra Sədərək rayon Polis şöbəsinin əməkdaşlarının onlara yaxınlaşdığını oğlu ilə birlikdə Polis şöbəsinə apardıqlarını barəsində protokol tərtib edildiyini bildirirərək törətdiyi əməldən çox peşman olduğunu, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirdi ki, Şərur şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, X3 işlədiyini, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində xidmətdə olduğu zaman iki nəfər şəxsin gömrük nəzarət zonasına daxil olan zaman əl yüklərinə baxış keçirən gömrük əməkdaşı Şahid3 ilə əl yüklərini bəyan etmədikləri üçün aralarında mübahisə olduğunu, sonra həmin şəxslərin adının Şəxs və X2 olduğunu öyrəndiyini, həmin şəxslərin əl yükündə gətirdikləri ərzaqların kommersiya məqsədli olduğunu bildirdiklərini, onların ucadan səs-küy saldıqlarını gömrük əməkdaşlarının işinin ləngiməsinə səbə olduqlarını sonra polis əməkdaşlarına zəng etdiklərini, Sədərək Rayon Polis şöbəsinin əməkdaşlarının gəldiyini, həmin şəxsləri polis şöbəsinə apardıqlarını, haliyyədə Kamalın etdiyi əməldən peşman olmasını və gömrük əməkdaşlarından dönə-dönə üzr istəməsini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Əliqulu oğlu və Şahid3 izahatında Şahid2 verdiyi izahata tam uyğun olaraq izahat verərək Şahid2 verdiyi izahatı bir daha təsdiq etdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs 15 aprel 2024-cü il tarixdə X3 ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və nəticədə xırda xuliqanlıq etmişdir. İnzibati materiala əlavə olunmuş inzibati xəta haqqında 16 aprel 2024-cü il tarixli ******* nömrəli protokoldan müəyyən edilir ki, Şəxs 15 aprel 2024-cü il tarixdə saat 18:00da X4 Nəzarət zonasında xırda xuliqanlıq hərəkətləri etməklə içtimai qaydanı pozmuşdur Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, etdiyi əməldən peşman olması Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Adı çəkilən məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : xx.xx.1980-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Şərur Rayon İcra və Probasiya bölməsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №3(088)-20/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-20/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver