Məhkəmə qərarları › İş №3(088)-20/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-20/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-20/2025 15.05.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1995-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 30 aprel 2025-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixində saat 20:37-də Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından ölkə ərazisinə gələn Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1995-ci il təvəllüdlü Şəxs idarə etdiyi **-BN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz D220” markalı minik nəqliyyat vasitəsi X-Ray rentgen yoxlama qurğusundan keçərkən qurğunu müşahidə monitorunda şübhəli təsvirlərin görünməsi səbəbindən video-çəkiliş aparılmaqla gömrük nəzarəti xəttində yoxlanılmış, yoxlama nəticəsində həmin nəqliyyat vasitəsinin sürücü otracağının arxa hissəsində olan boyun yastığının içərisində gizlədilmiş halda ümumi çəkiləri 303.90 qram olan 70 ədəd gümüşə bənzər müxtəlif zinət əşyaları, 1 ədəd açılması mümkün olmayan bükümdə isə qablaşma ilə birlikdə çəkisi 166.3 qram olan gümüşə bənzər zinət əşyaları olmaqla qablaşma ilə birlikdə cəmi çəkiləri 470.2 qram olan gümüşə bənzər predmetlər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 28 yanvar 2025-ci il tarixində səhər saatlarında özünə məxsus nəqliyyat vasitəsi ilə Sədərək gömrük postundan keçməklə Türkiyə Respublikasına alver etmək üçün getdiyini, xx.xx.2025-ci il tarixində axşam saatlarında işlərini yekunlaşdırdıqdan sonra Dilucu gömrüyündən keçərək Sədərək gömrüyünə yola düşdüyünü, Sədərək gömrüyündə idarə etdiyi **-BN-*** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz D220" markalı minik nəqliyyat vasitəsinin gömrük əməkdaşı tərəfindən X-Ray rentgen yoxlama qurğusuna cəlb edildiyini, yoxlama zamanı X-Ray rentgen qurğusunun müşahidə monitorunda şübhəli təsvirlərin görünməsi səbəbindən gömrük əməkdaşının nəqliyyat vasitəsini video-çəkiliş aparılmaqla yoxlayacağını bildirdiyini, yoxlama başlamazdan əvvəl gömrük əməkdaşının idarə etmiş olduğu minik nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı bir predmetin olub-olmadığını soruşduğunu, cavabında qanunla qadağan olunan hər hansı bir şeyin olmadığını bildirdiyini, yoxlama nəticəsində gömrük əməkdaşının nəqliyyat vasitəsinin sürücü oturacağının arxa hissəsində olan boyun yastığının içərisində gizlətmiş olduğu ümumi çəkiləri 303.9 qram olan 70 ədəd gümüşə bənzər müxtəlif zinət əşyaları və 1 ədəd birbirinə dolaşmış açılması mümkün olmayan bükümdə qablaşma ilə birlikdə çəkisi 166.3 qram olan gümüşə bənzər zinət əşyalannı aşkar etdiyini, daha sonra gömrük əməkdaşının qablaşma ilə birlikdə cəmi çəkiləri 470.2 qram olan gümüşə bənzər predmetləri qablaşdıraraq araşdırma üçün götürdüklərini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin X6 X7 təhkim olunmuş inspektor Şahid2 izahatında təxminən 4 aydır ki, gömrük orqanlarında xidmət etdiyini, Naxçıvan Baş Gömrük idarəsinin "Culfa" gömrük postunun əməkdaşı olduğunu, lakin hal-hazırda “Sədərək" gömrük postuna təhkim olunduğunu və inspektor vəzifəsində çalışdığını, xx.xx.2025-ci il tarixində gündəlik iş qrafikimə uyğun olaraq xidmətdə olduğunu və minik nəqliyyat vasitələrinin müayinəsi postunda gömrük yoxlanışını həyata keçirdiyini, həmin gün axşam vaxtı Türkiyə Respublikasından gələn **-BN-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz D220 markalı minik nəqliyyat vasitəsinin olduğu müayinə postuna yaxınlaşdığını, normal olaraq həmin nəqliyyat vasitəsini X-Ray rentgen yoxlama qurğusundan keçməsi üçün göndərdiyini və müşahidə monitorunda şübhəli təsvirlərin görünməsi səbəbindən həmin minik nəqliyyat vasitəsinə video-çəkiliş aparılmaqla yoxlama keçirməyə qərar verdiyini, daha sonra həmin minik nəqliyyat vasitəsinə baxış keçirmək üçün gömrük əməkdaşı Şahid1 video-çəkiliş apararaq kömək etməsi üçün dəvət etdiyini yoxlama başlamazdan əvvəl **-BN-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz D220 markalı minik nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunan hər-hansı bir şeyin olubolmamasını soruşduğunu, onun isə cavabında nəqliyyat vasitəsində qanunla qadağan olunan hər hansı bir şeyin olmadığını bildirdiyini, yoxlama zamanı həmin nəqliyyat vasitəsinin sürücü oturacağının arxa hissəsində olan boyun yastığının içərisində gizlətmiş olduğu ümumi çəkiləri 303.9 qram olan 70 ədəd gümüşə bənzər müxtəlif zinət əşyaları və 1 ədəd bir-birinə dolaşmış açılması mümkün olmayan bükümdə qablaşma ilə birlikdə çəkisi 166.3 qram olan gümüşə bənzər zinət əşyalannı aşkar etdiyini, daha sonra gömrük əməkdaşının qablaşma ilə birlikdə cəmi çəkiləri 470.2 qram olan gümüşə bənzər predmetləri qablaşdıraraq araşdırma üçün götürdüklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin X4 böyük inspektoru Şahid1 xx.xx.2025-ci il tarixdə iş yoldaşı Şahid2 ilə birlikdə Sədərək Gömrük idarəsində olduqlarını bildirərək Şahid2 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində göstərilir ki, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidlərin izahatları, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 28 yanvar 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, yoxlama zamanı Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi **-BN-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz D220 markalı minik nəqliyyat vasitəsinin sürücü otracağının arxa hissəsində olan boyun yastığının içərisində müxtəlif çəkilərdə 70 ədəd ( 1-ci büküm 1.9 q bilərzik, 2-ci büküm 1.9 q bilərzik, 3-cü büküm 2 q bilərzik, 4-cü büküm 1.9 q bilərzik, 5-ci büküm 2.1 q bilərzik, 6-cı büküm 2.4 q bilərzik, 7-ci büküm 1.9 q bilərzik, 8-ci büküm 3.2 q bilərzik, 9-cu büküm 1.9 q bilərzik, 10-cu büküm 2.7 q bilərzik, 11-ci büküm 3.3 q bilərzik, 12-ci büküm 1.7 q bilərzik, 13-cü büküm 4.4 q bilərzik, 14-cü büküm 1.6 q bilərzik, 15-ci büküm 4.1 q bilərzik, 16-ci büküm 4 q bilərzik, 17-ci büküm 2.1 q bilərzik, 18-ci büküm 2.1 q bilərzik, 19-cu büküm 2 q bilərzik, 20-ci büküm 2 q bilərzik, 21-ci büküm 1.7 q bilərzik, 22-ci büküm 1.8 q bilərzik, 23-cü büküm 4.5 q bilərzik, 24-cü büküm 1.7 q bilərzik, 25-ci büküm 2.1 q bilərzik, 26-cı büküm 3.6 q boyunbağı, 27-ci büküm 2.5 q boyunbağı, 28-ci büküm 2 q boyunbağı, 29-cu büküm 2.1 q boyunbağı, 30-cu büküm 2.5 q boyunbağı, 31-ci büküm 3.1 q boyunbağı, 32-ci büküm 3.7 q boyunbağı, 33-cü büküm 6.2 q boyunbağı, 34-cü büküm 3.6 q boyunbağı, 35-ci büküm 3.5 q boyunbağı, 36-cı büküm 5 q boyunbağı, 37-ci büküm 3.6 q boyunbağı, 38-ci büküm 3 q boyunbağı, 39-cu büküm 3.2 q boyunbağı, 40-cı büküm 5.1 q boyunbağı, 41-ci büküm 3.5 q boyunbağı, 42-ci büküm 3.2 q boyunbağı, 43cü büküm 1.9 q boyunbağı, 44-cü büküm 2.6 q boyunbağı, 45-ci büküm 2.5 q boyunbağı, 46-cı büküm 3.5 q boyunbağı, 47-ci büküm 2.4 q boyunbağı, 48-ci büküm 2.3 q boyunbağı, 49-cu büküm 2.1 q boyunbağı, 50-ci büküm 1.9 q boyunbağı, 51-ci büküm 3.5 q boyunbağı, 52-ci büküm 2.9 q boyunbağı, 53-cü büküm 1.7 q boyunbağı, 54-cü büküm 2 q boyunbağı, 55-ci büküm 3 q boyunbağı, 56-cı büküm 2.1 q boyunbağı, 57-ci büküm 3.3 q boyunbağı, 58-ci büküm 3.9 q boyunbağı, 59-cu büküm 2.7 q boyunbağı, 60-cı büküm 2.5 q boyunbağı, 61-ci büküm 2.7 q boyunbağı, 62-ci büküm 2.2 q boyunbağı, 63cü büküm 3 q boyunbağı, 64-cü büküm 2.6 q boyunbağı, 65-ci büküm 2.9 q boyunbağı, 66-cı büküm 2.3 q boyunbağı, 67-ci büküm 3.6 q boyunbağı, 68-ci büküm 2.3 q boyunbağı, 69-cu büküm 2.2 q boyunbağı, 70-ci büküm 2.4 q boyunbağı) qablaşma ilə birlikdə çəkiləri 303.9 qram olan gümüşə bənzər zinət əşyaları və 1 ədəd açılması mümkün olmayan bükümdə isə qablaşma ilə birlikdə çəkisi 166.3 qram olan gümüşə bənzər zinət əşyaları olmaqla qablaşma ilə birlikdə cəmi çəkiləri 470.2 qram olan gümüşə bənzər zinət əşyaları aşkar olunaraq götürülmüşdür. Bununla da müəyyən olunur ki, Şəxs 28 yanvar 2025-ci il tarixdə Sədərək Gömrük postundan Naxçıvan Muxtar Respublikasına keçərkən idarə etdiyi **-BN-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz D220 markalı minik nəqliyyat vasitəsinin sürücü otracağının arxa hissəsində olan boyun yastığının içərisində gömrük nəzarətinə bəyan etmədən qablaşma ilə birlikdə ümumi çəkiləri 303.9 qram olan 70 ədəd gümüşə bənzər müxtəlif zinət əşyaları və 1 ədəd bir-birinə dolaşmış açılması mümkün olmayan bükümdə qablaşma ilə birlikdə çəkisi 166.3 qram olan gümüşə bənzər zinət əşyalannı aşkar etdiyini, daha sonra gömrük əməkdaşının qablaşma ilə birlikdə cəmi çəkiləri 470.2 qram olan gümüşə bənzər predmetləri gömrük nəzarətindən kənar keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yə müəyənləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 6/534-9/1085 nömrəli materialların məhkəmə ekspertizası, məhkəmə iqtisad ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.52 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.62 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.08 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.83 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 1.86 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən,Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 1.99 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.12 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.07 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.56 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.01 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.03 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.23 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.51 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində mavi, göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 5.09 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində mavi, göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 4.93 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində mavi, göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.25 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində mavi, göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.11 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində mavi rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.83 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində mavi, göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.18 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.21 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.62 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 6.26 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.46 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.10 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.34 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.16 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.91 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində yaşıl və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.84 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində yaşıl və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.47 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində yaşıl və rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd boyunbağı 925, 2.39 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində bənövşəyi və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı bir ədəd qaş yeri boş 925, 3.51 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində çəhrayı və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.56 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində çəhrayı rəngli qaş olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.71 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.31 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.57 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.48 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.46 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonu üzərində bənövşəyi rəngli qaş olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.04 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Gümüşü rəngli 1 ədəd klonlu boyunbağı 925, 3.75 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Gümüşü rəngli 1 ədəd klonlu boyunbağı 925, 2.67 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Gümüşü rəngli 1 ədəd klonlu boyunbağı 925, 2.27 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Gümüşü rəngli 1 ədəd klonlu boyunbağı 925, 2.61 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Gümüşü rəngli 1 ədəd klonlu boyunbağı 925, 1.77 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Gümüşü rəngli 1 ədəd klonlu boyunbağı 925, 2.35 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.02 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.63 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.90 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 3.94 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 3.22 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.33 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.79 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 3.22 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.91 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.98 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 4.05 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.96 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.12 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.86 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.12 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.99 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.88 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.74 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində göy, mavi və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.06 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində göy, mavi və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.08 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində göy, mavi və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.72 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 4.43 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Elementlərinin üzərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 4.50 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Gül formalı Elementi olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.66 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd kulon 925, 2.36 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən, Klonları üzərində müxtəlif rəngli qaşlar olan, bir-birinə dolaşmış formada, gümüşü rəngli 161.12 qram olan zərgərlik məmulatı 925 əyarlı gümüşdən hazırlanmışdır. Ümumilikdə kütlələri 356.24 qram olan zərgərlik məmulatlarının hər biri 925 əyarlı gümüşdən hazırlanmışdır. Əlavə olaraq xx.xx.2025-ci il tarixli 6/534-9/1085 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 80 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2025-ci il tarixli 415 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş tədqiqat obyektlərinin hadisə baş verən tarixə yəni, 2025-ci ilin yanvar ayına olan orta bazar qiyməti Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.52 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 21.12 manat, Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.03 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 18.18 manat, Klonu üzərində mavi, göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.25 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 19.50 manat, Klonu üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.10 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 12.60 manat, Klonu üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.16 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 12.96 manat, Klonu üzərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.48 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 14.88 manat, Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.00 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 12 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.02 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 12.12 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.63 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 9.78 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.90 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 11.40 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 3.94 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 23.64 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 3.22 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 19.32 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.33 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 13.98 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.79 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 10.74 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 3.22 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 19.32 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.91 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 11.46 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.98 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 11.88 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 4.05 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 24.30 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.96 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 11.76 manat, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.12 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 12.72 manat, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.86 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 11.16 manat, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.12 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 12.72 manat, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.99 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 11.94 manat, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.88 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 11.28 manat, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.74 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 10.44 manat, Elementlərinin üzərində göy, mavi və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.06 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 12.36 manat, Elementlərinin üzərində göy, mavi və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.08 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 12.48 manat, Elementlərinin üzərində göy, mavi və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.72 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 10.32 manat, Elementlərinin üzərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 4.43 qram qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 26.58 manat, Elementlərinin üzərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 4.50 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 27 manat, Gül formalı Elementi olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.66 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 15.96 manat, Klonları üzərində müxtəlif rəngli qaşlar olan, bir-birinə dolaşmış formada, gümüşü rəngli 161.12 qram olan 925 əyarlı zərgərlik məmulatının bir qramı 1 manat olmaqla cəmi 161.12 manat, Klonları üzərində müxtəlif rəngli qaşlar olan, bir-birinə dolaşmış formada, gümüşü rəngli 117.47 qram olan 925 əyarlı zərgərlik məmulatının bir qramı 1 manat olmaqla cəmi 117.47 manat olmaqla ümumilikdə 7 ədəd boyunbağı, 24 ədəd qolbaq və 2 ədəd bir bir-birinə dolaşmış məmulat olmaqla cəmi 33 ədəd ümumi dəyərləri təxminən 744.49 (yeddi yüz qırx dörd manat, qırx doquz qəpik) manat olan gümüşlər dövlət nəfinə müsadirə edilməlidir. İş materiallarında olan 01 may 2025-ci il tarixli, 3-33-1200/2-001490/2025 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, maddi sübutlar Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 40 manat pul Şəxs tutulub Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ******************** olan hesabına köçürülməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 80 manat pul Şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, adı: X2, kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, VÖEN **********, HESAB: AZ34CTRE******************** olan hesabına köçürülməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.1-ci maddəsinə görə İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1985-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.52 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 21.12 manat, Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.03 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 18.18 manat, Klonu üzərində mavi, göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 3.25 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 19.50 manat, Klonu üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.10 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 12.60 manat, Klonu üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.16 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 12.96 manat, Klonu üzərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.48 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 14.88 manat, Klonu üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd boyunbağı 925, 2.00 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 12 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.02 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 12.12 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.63 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 9.78 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.90 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 11.40 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 3.94 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 23.64 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 3.22 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 19.32 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.33 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 13.98 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.79 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 10.74 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 3.22 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 19.32 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.91 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 11.46 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.98 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 11.88 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 4.05 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 24.30 manat, Elementlərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.96 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 11.76 manat, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.12 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 12.72 manat, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.86 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 11.16 manat, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.12 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 12.72 manat, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.99 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 11.94 manat, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.88 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 11.28 manat, Elementlərinin üzərində göy və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.74 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 10.44 manat, Elementlərinin üzərində göy, mavi və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.06 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 12.36 manat, Elementlərinin üzərində göy, mavi və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.08 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 12.48 manat, Elementlərinin üzərində göy, mavi və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 1.72 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 10.32 manat, Elementlərinin üzərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 4.43 qram qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 26.58 manat, Elementlərinin üzərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 4.50 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 27 manat, Gül formalı Elementi olan, gümüşü rəngli 1 ədəd qolbaq 925, 2.66 qram 925 əyarlı gümüşün bir qramı 6 manat olmaqla cəmi 15.96 manat, Klonları üzərində müxtəlif rəngli qaşlar olan, bir-birinə dolaşmış formada, gümüşü rəngli 161.12 qram olan 925 əyarlı zərgərlik məmulatının bir qramı 1 manat olmaqla cəmi 161.12 manat, Klonları üzərində müxtəlif rəngli qaşlar olan, bir-birinə dolaşmış formada, gümüşü rəngli 117.47 qram olan 925 əyarlı zərgərlik məmulatının bir qramı 1 manat olmaqla cəmi 117.47 manat olmaqla ümumilikdə 7 ədəd boyunbağı, 24 ədəd qolbaq və 2 ədəd bir bir-birinə dolaşmış məmulat olmaqla cəmi 33 ədəd ümumi dəyərləri təxminən 744.49 (yeddi yüz qırx dörd manat, qırx doquz qəpik) manat olan gümüşlər dövlət nəfinə müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 40 manat pul Şəxs tutulub Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, adı: X5 MR İdarəsi, kodu: 502906 VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK: NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ******************** olan hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 80 manat pul Şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, adı: X2, kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, VÖEN **********, HESAB: AZ34CTRE******************** olan hesabına köçürülsün. Qərar qanuni qüvvəsini aldıqdan sonra qərar icra olunması üçün Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar