Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-22/2022 05.11.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş şəxs Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X3 gömrük xidməti baş leytenantı X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. xx.xx.1980-ci il tarixdə Türkiyə Respublikası Doğubeyazıt kəndində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 27 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsi ilə DGK-A № 119077 nömrəli inzibati xəta haqqında protokola əsasən 22 oktyabr 2022-ci il tarixində saat 16:55 radələrində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn Türkiyə Respublikası vətəndaşı, İğdır şəhər, Doğubeyazıt kəndi sakini, xx.xx.2022-ci il tarixdə verilmiş U28234284 nömrəli pasportun sahibi, xx.xx.1980-ci il təvəllüdlü Şəxs gömrük nəzarətindən kənar keçirdiyi əl çantasına gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı Türkiyə Respublikası vətəndaşı İğdır şəhər sakini, xx.xx.2022-ci il tarixdə verilmiş U28234284 nömrəli pasportun sahibi, xx.xx.1980-ci il təvəllüdlü Şəxs əl çantasına gömrük baxışı keçirilərkən 44 qutu (880 ədəd) “Marlboro touch gray” markalı aksiz markası ilə markalanmayan siqaretlər aşkarlanaraq götürülüb qablaşdırılmışdır. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, təxminən 15 il olar ki, Türkiyə Respublikası İğdır şəhərində yaşadığını, tikintidə işlədiyini, əlavə olaraq ayda üç-dörd dəfə Türkiyə Respublikasının Doğubeyazıt gömrüyündən İranın Bazırqan gömrüyünə gömrüklərdə olan “Duty Free” mağazasından siqaret alıb geri dönüşdə Türkiyəyə satmaq məqsədi ilə apardığını, xx.xx.2022-ci il tarixində əvvəlcədən tanıdığı Mehmet Şirin adlı şəxsə məxsus olan **-ZU-*** nömrəli minik nəqliyyat vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Sədərək rayon Gömrüyünə eyni məqsədlə gəldiyini və Dilucu Gömrüyündə olan “Duty Free” mağazasından 44 qutu (880 ədəd) “Marlboro touch gray” markalı siqaret aldığını və əl çantasına qoyduğunu, Sədərək gömrüyünə daxil olduğunu, sərnişin zalından keçmək üçün içərisində siqaret olan əl çantasını götürüb nəqliyyat vasitəsindən düşdüyünü, sərnişin zalında pasporta möhür vurdurduqdan sonra sərnişinlər üçün gömrük baxışı aparılan yerə deyil geriyə Mehmet Şirinin nəqliyyat vasitəsini qeydiyyata saldırdığı yerə getdiyini, onun nəqliyyat vasitəsini hərəkət etdirdiyini görüb arxa oturacaqlarda oturduğunu, biraz irəlidə siqaretlər olan əl çantasını götürüb nəqliyyat vasitəsindən düşərkən gömrük əməkdaşının onu gördüyünü və nə üçün sərnişin zalından sərnişinlər üçün olan gömrük nəzarətindən keçmədiyini soruşaraq iki hal şahidi, tərcüməçi və bir gömrük əməkdaşının iştirakı ilə gömrük yoxlanışına dəvət etdiklərini, gömrük yoxlanışı zamanı həmin əl çantasından gizlətdiyi 44 qutu (880 ədəd) “Marlboro touch gray” markalı aksiz markası ilə markalanmayan siqaretlərin aşkarlandığını bildirərək barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X3 Gömrük Xidməti gömrük xidməti baş leytenantı X5 izahatında bildirmişdir ki, üç ilə yaxındır göstərilən vəzifədə işlədiyini, 22 oktyabr 2022-ci il tarixində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn Türkiyə Respublikası vətəndaşı İğdır şəhər, Doğubeyazıt kənd sakini, xx.xx.2022-ci il tarixdə verilmiş U28234284 nömrəli pasportun sahibi, xx.xx.1980-ci il təvəllüdlü Şəxs gömrük nəzarətindən kənar keçirdiyi əl çantasına gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı Türkiyə Respublikası vətəndaşı İğdır şəhər sakini, xx.xx.2022-ci il tarixdə verilmiş U28234284 nömrəli pasportun sahibi, xx.xx.1980-ci il təvəllüdlü Şəxs əl yükünə gömrük baxışı keçirilərkən 44 qutu (880 ədəd) “Marlboro touch gray” markalı aksiz markası ilə markalanmayan siqaretlər aşkarlanaraq götürülmüş və aşkar olunmuş “Marlboro touch gray” markalı siqaretlər sənədləşdirilərək götürüldükdən sonra həmin materiallar üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş və müvafiq rəylər alındıqdan sonra 27 oktyabr 2022-ci il tarixdə protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə Sədərək rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Sədərək rayon Gömrük İdarəsinin inspektoru Şahid2 izahatında təxminən 4 ildir ki gömrük orqanlarında xidmət etdiyini, hal hazırda göstərilən vəzifədə işlədiyini, xx.xx.2022-ci il tarixində ölkəyə giriş istiqamətində minik nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən axşam saatlarında Türkiyə Respublikasından ölkə ərazisinə giriş edən minik nəqliyyat vasitələrini X-ray rentgen qurğusunda yoxlanış etmək üçün X-ray qurğusuna doğru hərəkət edərkən həmin qurğunun yanında arxası ilə gələn Türkiyə Respublikası vətəndaşı X12 idarə etdiyi Türkiyə Respublikasında daimi qeydiyyatda olan **-UZ-*** dövlət nömrə nişanlı “Volkswagen” markalı 2012-ci il buraxılışlı, ağ rəngli minik nəqliyyat vasitəsindən bir sərnişinin əl çantası sərnişinlərin gömrük baxışı üçün nəzərdə tutulmuş sərnişin zalının çıxış qapısının yaxınlığında düşdüyünü müşahidə etdikdən sonra sərnişinə yaxınlaşaraq şifahi sorğu sual etdiyini, həmin sərnişinin Türkiyə Respublikası vətəndaşı Şəxs olduğunu, həmin sərnişinin hərəkətlərindən şübhələnərək sərnişinin əl çantasını və həmin minik maşınını əsaslı yoxlama qərarına gəldiyini, yoxlamaq üçün müvafiq icazələri aldıqdan sonra iki nəfər hal şahidi, gömrükçü yoldaşı Şəhriyarın və Şəxs iştirakı ilə yoxlama keçirməyə başladığını, yoxlama zamanı Şəxs gömrük nəzarətindən kənar keçirdiyi əl çantasından 44 qutu (880 ədəd) “Marlboro touch gray” aksiz markası olmayan siqaretlər aşkarladığını daha sonra hal şahidlərinin və Şəxs iştiraki ilə protokol tərtib edərək həmin siqaretləri qablaşdıraraq götürdüyünü bildirdi. Məhkəmədə şahid qismində dindirilən Şahid1 hal-hazırda Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Sədərək rayon Gömrük İdarəsinin Sədərək gömrük postunun baş müfəttişi vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Şahid2 ilə birlikdə Sədərək gömrük postunda xidmətdə olduqlarını bildirərək Şahid2 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında hal şahidi qismində dindirilən X8 izahatında hazırda Sədərək gömrüyündə fəhləlik edərək ailəsini dolandırdığını, xx.xx.2022-ci il tarixində axşam saatlarında yük boşaldan zaman gömrük əməkdaşı Elnur müəllimin çağırdığını və girişdə olan Türkiyə Respublikası vətəndaşı Şəxs gömrük nəzarətindən kənar keçirdiyi əl çantasına və **-ZU-*** dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsinə yoxlanış edən zaman hal şahidi kimi orda iştirak edəcəyini bildirdiyini, yoxlanış yerinə gedərkən fəhlə yoldaşı Akim və gömrük əməkdaşı Şəhriyar müəllimin də orda olduğunu gördüyünü, yoxlama zamanı Şəxs məxsus olan əl çantasında 44 qutu eyni markalı siqaretlərin aşkarlandığını, siqaretlərin hamısının “marlboro” markalı siqaretlər olduğunu gördüyünü, həmin siqaretlər barədə sənədlərin yazıldığını, sonra imzaları ilə təsdiq etdiklərini bildirdi. Məhkəmədə hal şahidi qismində dindirilən X1 Gömrük İdarəsində fəhləlik edərək yüklərin nəqliyyat vasitələrinə doldurulub-boşaldılması ilə məşğul olduğunu, xx.xx.2022-ci il tarixdə fəhlə yoldaşı X8 ilə birlikdə Sədərək Gömrük idarəsində olduqlarını bildirərək hal şahidi X6 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdən kənar yerdən və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar vaxtda keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsin izahatı, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 22 oktyabr 2022-cı il tarixli Şəxs əl yükünün yoxlanması haqqında protokoldan görünür ki, yoxlama zamanı 22 oktyabr 2022-ci il tarixində 17:55 radələrində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn Türkiyə Respublikası vətəndaşı, İğdır şəhər, Doğubeyazıt kəndi sakini, xx.xx.2022-ci il tarixdə verilmiş U28234284 nömrəli pasportun sahibi, xx.xx.1980-ci il təvəllüdlü Şəxs gömrük nəzarətindən kənar keçirdiyi əl çantasına gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı Türkiyə Respublikası vətəndaşı İğdır şəhər sakini, xx.xx.2022-ci il tarixdə verilmiş U28234284 nömrəli pasportun sahibi, xx.xx.1980-ci il təvəllüdlü Şəxs əl çantasına gömrük baxışı keçirilərkən 44 qutu (880 ədəd) “Marlboro touch gray” markalı aksiz markası ilə markalanmayan siqaretlər aşkarlanaraq götürülüb qablaşdırılmışdır. Bununla da müəyyən olunur ki, Şəxs 22 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Sədərək Gömrük postundan Naxçıvan Muxtar Respublikasına keçərkən əl çantasında gömrük nəzarətindən gizlədərək 44 qutu (880 ədəd) “Marlboro touch gray” markalı siqaretləri gömrük əməkdaşlarına bəyan etmədən, gömrük nəzarətindən kənar keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş 26 oktyabr 2022-ci il tarixli 301 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş üzərində heç bir aksiz markası olmayan istifadəyə yararlı 44 qutu (880 ədəd) “Marlboro touch gray” markalı siqaretlərin topdansatış qiyməti 211 (iki yüz on bir) manat, 1 qutunun qiyməti isə 4.80 (dörd manat, səksən qəpik) manat müəyyən olunmuşdur. Əlavə olaraq rəydə tədqiqata təqdim edilmiş ümumilikdə 44 qutu (880ədəd) “Marlboro touch gray” markalı siqaretlərdən 1 qutu (20 ədəd) götürülərək tədqiqata sərf edildiyi və tədqiqat aparıldıqdan sonra 43 qutu (860 ədəd) “Marlboro touch gray” markalı siqaretlər Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə geri qaytarıldığı göstərilmişdir. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli, 1010-150/0xx-xx/000853 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, 43 qutu (860 ədəd) “Marlboro touch gray” markalı siqaretlər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların müvəqqəti saxlanc anbarında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların müvəqqəti saxlanc anbarında saxlanılan heç bir aksiz markası ilə markalanmayan istifadəyə yararlı bir qutusu 4.80 manat olan 43 qutu (860 ədəd) ümumilikdə qiyməti 206.20 (iki yüz altı manat iyirmi qəpik) manat olan “Marlboro touch gray” markalı siqaretlər dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: xx xxxxxx 1980-ci il təvəllüdlü, Türkiyə Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların müvəqqəti saxlanc anbarında saxlanılan 1 bir qutusu 4.80 manat olan 43 qutu (860 ədəd) ümumilikdə qiyməti 206.20 (iki yüz altı manat iyirmi qəpik) manat olan “Marlboro touch gray” markalı siqaretlər dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-22/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-22/2022
05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver