Məhkəmə qərarları › İş №3(088)-23/2022

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-23/2022

16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-23/2022 16.11.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş şəxs Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X3 gömrük xidməti baş leytenantı X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. xx.xx.2000-ci il tarixdə Türkiyə Respublikası Diyarbəkir şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 01 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsi ilə DGK-A № 119083 nömrəli inzibati xəta haqqında protokola əsasən 26 oktyabr 2022-ci il tarixində saat 10:02 radələrində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn Türkiyə Respublikası vətəndaşı, 09 sentyabr 2030-cu il tarixinədək etibarlı olan **********0 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, Türkiyə Respublikası Diyarbəkir şəhər sakini xx.xx.2000-ci il təvəllüdlü Şəxs idarə etdiyi Türkiyə Respublikasında daimi qeydiyyatda olan 21-ADC-236 dövlət nömrə nişanlı “Skoda Octavia” markalı, 2016-cı il buraxılışlı, ağ rəngli, şassi nömrəsi TMBAG6NE8H0075869 olan minik nəqliyyat vasitəsi təkrar gömrük yoxlamasından keçirilmişdir, yoxlama zamanı Türkiyə Respublikası vətəndaşı, 09 sentyabr 2030-cu il tarixinədək etibarlı olan **********0 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, Türkiyə Respublikası Diyarbəkir şəhər sakini xx.xx.2000-ci il təvəllüdlü Şəxs idarə etdiyi Türkiyə Respublikasında daimi qeydiyyatda olan 21-ADC-236 dövlət nömrə nişanlı “Skoda Octavia” markalı, 2016-cı il buraxılışlı, ağ rəngli, şassi nömrəsi TMBAG6NE8H0075869 olan minik nəqliyyat vasitəsindən gömrük nəzarətindən kənar keçirilmiş 1 ədəd qutuda “İphone 14 Pro Max 128 gb” markalı **********77431 və **********31814 imei nömrəli mobil telefon aşkarlanaraq götürülüb qablaşdırılmışdır. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, hal-hazırda X4 diş həkimliyi ixtisasında ali təhsil aldığını, üç ildir ki Naxçıvan şəhərində yaşadığını, xx.xx.2022-ci il tarixdə özünə aid olan 21-ADC-236 dövlət nömrə nişanlı “Skoda Octavia” markalı minik nəqliyyat vasitəsində tələbə yoldaşları ilə birlikdə Türkiyədən Naxçıvana gəldiyini, Sədərək gömrük keçid məntəqəsindən keçərkən özü ilə gətirdiyi 1 ədəd İphone 14 pro max markalı telefonu üzərində sərnişinlər üçün nəzərdə tutulmuş keçid zalından keçirmədən gömrük nəzarətindən kənar üzərində keçirdiyini, nəqliyyat vasitəsi yoxlanıldıqdan sonra həmin nəqliyyat vasitəsini irəli çəkdiyini, bu zaman mülki formada olan gömrük əməkdaşının onu saxladığını və biraz şifahi söhbət etdikdən sonra nəqliyyat vasitəsinin yoxlayacağını bildirdiyini, sonra yoxlama zamanı həmin gömrük əməkdaşının arxa baqaj hissəsini yoxlayıb ön tərəfə keçdikdən sonra araxaya keçərək cibində olan həmin İphone 14 pro max markalı mobil telefonu çıxarıb arxa baqaja atdığını, bu zaman gömrük əməkdaşının bunu gördüyünü və arxa baqaja yenidən baxış keçirdiyini, baxış keçirən zaman həmin mobil telefonun aşkarlandığını və sənədləşdirilərək götürüldüyünü bildirdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs kimi iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X3 Gömrük Xidməti gömrük xidməti baş leytenantı X8 izahatında bildirmişdir ki, haliyyədə göstərilən vəzifədə işlədiyini, 26 oktyabr 2022-ci il tarixində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn Türkiyə Respublikası vətəndaşı, 09 sentyabr 2030-cu il tarixinədək etibarlı olan **********0 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, Türkiyə Respublikası Diyarbəkir şəhər sakini xx.xx.2000-ci il təvəllüdlü Şəxs idarə etdiyi Türkiyə Respublikasında daimi qeydiyyatda olan 21-ADC-236 dövlət nömrə nişanlı “Skoda Octavia” markalı, 2016-cı il buraxılışlı, ağ rəngli, şassi nömrəsi TMBAG6NE8H0075869 olan minik nəqliyyat vasitəsi təkrar gömrük yoxlamasından keçirilmişdir, yoxlama zamanı Türkiyə Respublikası vətəndaşı,Türkiyə Respublikası Diyarbəkir şəhər sakini xx.xx.2000-ci il təvəllüdlü Şəxs idarə etdiyi Türkiyə Respublikasında daimi qeydiyyatda olan 21-ADC-236 dövlət nömrə nişanlı “Skoda Octavia” markalı, 2016-cı il buraxılışlı, ağ rəngli, şassi nömrəsi TMBAG6NE8H0075869 olan minik nəqliyyat vasitəsindən gömrük nəzarətindən kənar keçirilmiş 1 ədəd qutuda “İphone 14 Pro Max 128 gb” markalı **********77431 və **********31814 imei nömrəli mobil telefon aşkarlanaraq götürülmüş və aşkar olunmuş “İphone 14 Pro Max 128 gb” markalı **********77431 və **********31814 imei nömrəli mobil telefon sənədləşdirilərək götürüldükdən sonra həmin materiallar üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş və müvafiq rəylər alındıqdan sonra 01 noyabr 2022ci il tarixdə protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə Sədərək rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Sədərək rayon Gömrük İdarəsinin inspektoru, gömrük xidməti baş leytenantı Şahid izahatında hal hazırda göstərilən vəzifədə işlədiyini, 26 oktyabr 2022ci il tarixində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn Türkiyə Respublikası vətəndaşı, Şəxs idarə etdiyi Türkiyə Respublikasında daimi qeydiyyatda olan 21-ADC-236 dövlət nömrə nişanlı “Skoda Octavia” markalı ağ rəngli minik nəqliyyat vasitəsi gömrük nəzarətini keçdikdən sonra əsaslı şübhələr olduğu üçün təkrar gömrük yoxlaması keçirilməsi qərarına gəldiyini, yoxlama üçün müvafiq icazələri aldıqdan sonra Şəxs və iki nəfər hal şahidinin iştirakı ilə minik nəqliyyat vasitəsini yoxlamağa başladığını, yoxlama zamanı Şəxs idarə etdiyi 21- ADC-236 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsinin arxa baqaj hissəsinə gömrük yoxlanışı keçirdikdən sonra Şəxs cibindən bir ədəd ağ rəngli qutunu baxış keçirdiyi nəqliyat vasitəsinin baqaj hissəsinə atdığını gördüyünü və həmin hissəyə yenidən baxış keçirdiyini, baxış keçirən zaman gömrük nəzarətindən kənar keçirilmiş 1 ədəd qutuda olan “İphone 14 Pro Max 128 gb” markalı **********77431 və **********31814 imei nömrəli mobil telefon aşkarladığını, həmin aşkar olunmuş mobil telefonun onun, iki hal şahidinin və Şəxs iştirakı ilə götürərək qablaşdırdığını, daha sonra yoxlamanın nəticəsinə dair yoxlama protokolu tərtib etdiyini, Şəxs və iki hal şahidləri ilə birgə imzaladıqlarını bildiridi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən X9 izahatında hazırda işsiz olduğu üçün ara-sıra Sədərək Gömrük İdarəsində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edərək ailəsini dolandırdığını, xx.xx.2022-ci il tarixində səhər saatlarında yük boşaldan zaman Arzu adlı gömrük əməkdaşının onu çağırdığını və Türkiyədən gələn bir nəqliyyat vasitəsinə təkrar gömrük yoxlanışı keçirəcəyini orada hal şahidi qismində iştirak etməsini xahiş etdiyini, etiraz etmədən Arzu müəllimlə birgə baxış keçiriləcək olan 21-ADC-236 dövlət nömrə nişanlı “Skoda” markalı ağ rəngli minik nəqliyyat vasitəsinin yanına getdiyini, yoxlanış yerinə gedərkən fəhlə yoldaşı Rəşadında orda olduğunu gördüyünü, nəqliyyat vasitəsinin yanında Türkiyə Respublikası vətəndaşı, Şəxs adlı şəxsi təqdim edərək nəqliyyat vasitəsinin həmin şəxsə məxsus olduğunu bildirdiyini, yoxlamağa başlamazdan əvvəl Arzu müəllimin onlara və nəqliyyat vasitəsinin sahibinə hüquq və vəzifələri barədə məlumat verdiyini, yoxlama zamanı Arzu müəllimin nəqliyyat vasitəsinin baqaj hissəsinə baxıb keçdikdən sonra Şəxs adlı şəxsin ağ rəngli qutunu nəqliyyat vasitəsinin baqaj hissəsinə atıdığını gördüyünü, Arzu müəllimin də bunu gördüyündən təkrar baqaj hissəyə baxış keçirdiyini və gömrük nəzarətindən kənar keçirilmiş mobil telefonu aşkar edərək götürüb qablaşdırdığını, həmin mobil telefon barədə sənədlərin yazıldığını, sonra imzaları ilə təsdiq etdiklərini bildirdi. Məhkəmədə hal şahidi qismində dindirilən X1 Gömrük İdarəsində fəhləlik edərək yüklərin nəqliyyat vasitələrinə doldurulub-boşaldılması ilə məşğul olduğunu, xx.xx.2022-ci il tarixdə fəhlə yoldaşı X9 ilə birlikdə Sədərək Gömrük idarəsində olduqlarını bildirərək hal şahidi X6 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdən kənar yerdən və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar vaxtda keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsin izahatı, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 26 oktyabr 2022-ci il tarixli Şəxs nəqliyyat vasitəsinin yoxlanması haqqında protokoldan görünür ki, yoxlama zamanı 26 oktyabr 2022-ci il tarixində 10:02 radələrində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn Türkiyə Respublikası vətəndaşı, 09 sentyabr 2030-cu il tarixinədək etibarlı olan **********0 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, Türkiyə Respublikası Diyarbəkir şəhər sakini xx.xx.2000-ci il təvəllüdlü Şəxs idarə etdiyi Türkiyə Respublikasında daimi qeydiyyatda olan 21-ADC-236 dövlət nömrə nişanlı “Skoda Octavia” markalı, 2016-cı il buraxılışlı, ağ rəngli, şassi nömrəsi TMBAG6NE8H0075869 olan minik nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərkən gömrük nəzarətindən kənar keçirilmiş 1 ədəd qutuda “İphone 14 Pro Max 128 gb” markalı **********77431 və **********31814 imei nömrəli mobil telefon aşkarlanaraq götürülüb qablaşdırılmışdır. Bununla da müəyyən olunur ki, Şəxs 26 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Sədərək Gömrük postundan Naxçıvan Muxtar Respublikasına keçərkən nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədərək 1 ədəd qutuda olan “İphone 14 Pro Max 128 gb” markalı **********77431 və **********31814 imei nömrəli mobil telefonu gömrük əməkdaşlarına bəyan etmədən, gömrük nəzarətindən kənar keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş 31 oktyabr 2022-ci il tarixli 310 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd tünd bənövşəyi rəngli, 128 GB yaddaşlı “İphone 14 Pro Max” markalı, **********77431 və **********31814 imei nömrəli mobil telefon istifadəyə yararlıdır. Təqdim olunmuş 1 ədəd tünd bənövşəyi rəngli, 128 GB yaddaşlı “İphone 14 Pro Max” markalı, **********77431 və **********31814 imei nömrəli mobil telefonun topdan satış qiyməti 2940 (iki min doqquz yüz qırx) manat həcmində müəyyən olunmuşdur. İş materiallarında olan 02 noyabr 2022-ci il tarixli, 1010-150/0xx-xx/000868 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, 1 ədəd tünd bənövşəyi rəngli, 128 GB yaddaşlı “İphone 14 Pro Max” markalı, **********77431 və **********31814 imei nömrəli mobil telefon Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların müvəqqəti saxlanc anbarında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malın ümumi dəyərinin 40 faizi məbləğində cərimə edilməlidir. Əlavə olaraq inzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların müvəqqəti saxlanc anbarında saxlanılan ümumi dəyəri 2940 (iki min doqquz yüz qırx) manat təşkil edən 1 ədəd tünd bənövşəyi rəngli, 128 GB yaddaşlı “İphone 14 Pro Max” markalı, **********77431 və **********31814 imei nömrəli mobil telefon müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra qanuni sahibi Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci bəndinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 27 sentyabr 2000-ci il təvəllüdlü, Türkiyə Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs 1 ədəd tünd bənövşəyi rəngli, 128 GB yaddaşlı “İphone 14 Pro Max” markalı, **********77431 və **********31814 imei nömrəli, 2940 (iki min doqquz yüz qırx) manat məbləğində mobil telefonun dəyərinin 40 (qırx) faizi məbləğində, yəni 1176 (bir min bir yüz yetmiş altı) manat cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan maddi sübut, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların müvəqqəti saxlanc anbarında saxlanılan 1 ədəd tünd bənövşəyi rəngli, 128 GB yaddaşlı “İphone 14 Pro Max” markalı, **********77431 və **********31814 imei nömrəli mobil telefon qərar qanuni qüvvəsini aldıqdan və müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra inzibati xəta törətmiş (əşyanın qanuni sahibi) Şəxs qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar