Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-24/2022 16.11.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş şəxs Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X3 gömrük xidməti baş leytenantı X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. xx.xx.1998-ci il tarixdə Şərur rayonu, Yengicə kəndinə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 03 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə DGK-A № 119081 nömrəli inzibati xəta haqqında protokola əsasən 25 oktyabr 2022-ci il tarixində saat 20:20 radələrində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı, Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE C01474989 nömrəli pasportun sahibi xx.xx.1998-ci il təvəllüdlü Şəxs idarə etdiyi **-BB-*** dövlət nömrə nişanlı olan “Mercedes Benz” markalı, 1998-ci il buraxılışlı, gümüşü metalik rəngli, şassi nömrəsi WDB2102171A605426 olan minik nəqliyyat vasitəsinə əsaslı şübhələr olduğu üçün nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmişdir, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı xx.xx.1998-ci il təvəllüdlü Şəxs idarə etdiyi **-BB-*** dövlət nömrə nişanlı olan “Mercedes Benz” markalı, 1998-ci il buraxılışlı, gümüşü metalik rəngli, şassi nömrəsi WDB2102171A605426 olan minik nəqliyyat vasitəsinin ön oturacaqları arasındakı sənədləri qoymaq üçün nəzərdə tutulmuş dolabda qabaqcadan gömrük orqanına yazılı, elektron və ya şifahi formada bəyan olunmayan 2 ədəd yaşıl rəngli “İphone 11 Pro” markalı **********38126, **********98807, **********20856 və **********71263 imei nömrəli mobil telefonlar və arxa oturacağın üstündə isə 1 ədəd boz rəngli “Surface” markalı model nömrəsi **********53 olan tablet, motorxana və arxa ehtiyat təkərinin yerindən isə nəqliyyat vasitəsinin hava boruları üçün olan 50 ədəd balaca 15 ədəd uzun rezin, 3 ədəd isə “Mercedes” markasının emblemi, 2 ədəd ön kapot və 4 ədəd mator kəmərini saxlayan amortizator ümumilikdə 74 ədəd avtomobil ehtiyat hissələri aşkarlanaraq götürülüb qablaşdırılmışdır Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Şərur rayonunda avtomobil təmiri işləri ilə məşğul olduğunu, bundan əlavə ayda 1 dəfə özünə məxsus **-BB-*** dövlət nömrə nişanlı olan “Mercedes Benz” markalı minik nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasına gedərək ev üçün bazarlıq etdiyini, xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasına getdiyini, İğdır şəhərində işlərini bitirdikdən sonra İstanbul şəhərindən gələn bir nəfər sərnişini də götürüb Naxçıvana yola düşdüyünü, yolda gələrkən həmin sərnişinin çantasında telefonlar və tabletlər olduğunu və sayının artıq olduğu üçün gömrükdən keçirməsinə köməklik etməsini xahiş etdiyini, maddi vəziyyətinin yaxşı olmadığını bildirdiyindən köməklik göstərməyə razı olduğunu, Elnur adlı həmin sərnişinin yolda çantasından 2 ədəd “iphone” markalı mobil telefonları və 1 ədəd “Surface” markalı tablet çıxarıb telefonarı bardaçoka, tableti isə arxa oturacağın üzərinə qoyduğunu, sonra Sədərək gömrüyünə çatdıqlarını, həmin sərnişin gömrük yoxlamasından keçmək üçün aşyaları ilə birlikdə içəri zala keçdiyini, özünün isə nəqliyyat vasitəsinin yoxlanma yerinə getdiyini, nəqliyyat vasitəsini qeydiyyata aldırdıqdan sonra nəqliyyat vasitəsinə baxış zamanı gömrük əməkdaşlarına bəyan etmədiyi 2 ədəd “iphone” markalı mobil telefonları, 1 ədəd “Surface” markalı tabletin və 74 ədəd avtomobil ehtiyat hissələrinin aşkarlanaraq götürüldüyünü, həmin avtomobil ehtiyat hissələrinin öz avtomobilinə aid olduğunu, əşyaları bəyan etməli olduğunu bilmədiyini bildirdi. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X3 Gömrük Xidməti gömrük xidməti baş leytenantı X6 izahatında bildirmişdir ki, haliyyədə göstərilən vəzifədə işlədiyini, 25 oktyabr 2022-ci il tarixində saat 20:20 radələrində Sədərək gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı, Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE C01474989 nömrəli pasportun sahibi xx.xx.1998-ci il təvəllüdlü Şəxs idarə etdiyi **-BB-*** dövlət nömrə nişanlı olan “Mercedes Benz” markalı, 1998-ci il buraxılışlı, gümüşü metalik rəngli, şassi nömrəsi WDB2102171A605426 olan minik nəqliyyat vasitəsinə əsaslı şübhələr olduğu üçün nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmişdir, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı, Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE C01474989 nömrəli pasportun sahibi xx.xx.1998-ci il təvəllüdlü Şəxs idarə etdiyi **-BB-*** dövlət nömrə nişanlı olan “Mercedes Benz” markalı, 1998-ci il buraxılışlı, gümüşü metalik rəngli, şassi nömrəsi WDB2102171A605426 olan minik nəqliyyat vasitəsinin ön oturacaqları arasındakı sənədləri qoymaq üçün nəzərdə tutulmuş dolabda qabaqcadan gömrük orqanına yazılı, elektron və ya şifahi formada bəyan olunmayan 2 ədəd yaşıl rəngli “İphone 11 Pro” markalı **********38126, **********98807, **********20856 və **********71263 imei nömrəli mobil telefonlar və arxa oturacağın üstündə isə 1 ədəd boz rəngli “Surface” markalı model nömrəsi **********53 olan tablet, motorxana və arxa ehtiyat təkərinin yerindən isə nəqliyyat vasitəsinin hava boruları üçün olan 50 ədəd balaca 15 ədəd uzun rezin, 3 ədəd isə “Mercedes” markasının emblemi, 2 ədəd ön kapot və 4 ədəd mator kəmərini saxlayan amortizator ümumilikdə 74 ədəd avtomobil ehtiyat hissələri sənədləşdirilərək götürüldükdən sonra həmin materiallar üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş və müvafiq rəylər alındıqdan sonra 03 noyabr 2022-ci il tarixdə protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə Sədərək rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Sədərək rayon Gömrük Postunun baş müfəttişi Şahid izahatında hal hazırda göstərilən vəzifədə işlədiyini, 25 oktyabr 2022-ci il tarixində Sədərək Gömrük İdarəsində ölkəyə giriş istiqamətində minik nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən Sədərək Gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına giriş edən Azərbaycan Respublikası vətəndaşı, Şəxs idarə etdiyi **-BB-*** dövlət nömrə nişanlı olan “Mercedes Benz” markalı, gümüşü metalik rəngli, olan minik nəqliyyat vasitəsinə əsaslı şübhələr olduğu üçün təkrar gömrük yoxlaması qərarına gəldiyini, yoxlama üçün müvafiq icazələri aldıqdan sonra nəqliyyat vasitəsinin sahibi Şəxs və iki nəfər hal şahidinin iştirakı ilə minik nəqliyyat vasitəsini yoxlamağa başladığını, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı, Şəxs idarə etdiyi **-BB-*** dövlət nömrə nişanlı olan “Mercedes Benz” markalı minik nəqliyyat vasitəsinin ön oturacaqları arasındakı sənədləri qoymaq üçün nəzərdə tutulmuş dolabda qabaqcadan gömrük orqanına yazılı, elektron və ya şifahi formada bəyan olunmayan 2 ədəd “İphone 11 Pro” markalı mobil telefonlar və arxa oturacağın üstündə isə 1 ədəd “Surface” markalı tablet, motorxana və arxa ehtiyat təkərinin yerindən isə nəqliyyat vasitəsinin hava boruları üçün olan 50 ədəd balaca dirsək şəklində və 15 ədəd uzun təqribən 10 santimetr uzunluğunda boru şəklində rezin, 3 ədəd isə “Mercedes” markasının emblemi, 2 ədəd ön kapot və 4 ədəd mator kəmərini saxlayan amortizator ümumilikdə 74 ədəd avtomobil ehtiyat hissələri aşkarlandığını, sonra iki hal şahidinin və Şəxs iştirakı ilə aparılan gömrük yoxlaması və aşkarlanmış 2 ədəd yaşıl rəngli “İphone 11 Pro” markalı mobil telefonların, 1 ədəd “Surface” markalı tabletin və 74 ədəd avtomobil ehtiyat hissələrinin qablaşdırılaraq götürülməyi barədə protokol tərtib etdiyini bildiridi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən X8 izahatında hazırda işsiz olduğu üçün ara-sıra Sədərək Gömrük İdarəsində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edərək ailəsini dolandırdığını, xx.xx.2022-ci il tarixində fəhlə yoldaşı İlknur ilə yük boşaldan zaman Şəhriyar adlı gömrük əməkdaşının onları çağırdığını və Türkiyədən Naxçıvana gələn **-BB-*** dövlət nömrə nişanlı olan “Mercedes Benz” markalı minik nəqliyyat vasitəsinə təkrar gömrük yoxlanışı keçirəcəyini orada hal şahidi qismində iştirak etmələrini xahiş etdiyini, Şəhriyar müəllimin əvvəlcə **-BB-*** dövlət nömrə nişanlı olan “Mercedes Benz” markalı nəqliyyat vasitəsinin sahibi olan Azərbaycan Respublikası vətəndaşı, Nail adlı şəxsi təqdim etdiyini, daha sonra isə yoxlamağa başlamazdan əvvəl Şəhriyar müəllimin onlara və nəqliyyat vasitəsinin sahibinə hüquq və vəzifələri barədə məlumat verdiyini, yoxlama zamanı nəqliyyat vasitəsinin ön oturacaqları arasındakı dolabda 2 ədəd mobil telefonlar və arxa oturacağın üstündən 1 ədəd tablet, motorxana və arxa ehtiyat təkərinin yerindən isə 74 ədəd avtomobil ehtiyat hissələri aşkar edərək götürüb qablaşdırdığını, həmin mobil telefonlar, tablet və avtomobil ehtiyat hissələrinin bir qutu içərisinə yığıldığını, bu barədə sənədlərin yazıldığını, sonra imzaları ilə təsdiq etdiklərini bildirdi. Məhkəmədə hal şahidi qismində dindirilən X1 Gömrük İdarəsində fəhləlik edərək yüklərin nəqliyyat vasitələrinə doldurulub-boşaldılması ilə məşğul olduğunu, xx.xx.2022-ci il tarixdə fəhlə yoldaşı X8 ilə birlikdə Sədərək Gömrük idarəsində olduqlarını bildirərək hal şahidi X5 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsin izahatı, şahidlərin izahatları, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 25 oktyabr 2022-ci il tarixli Şəxs nəqliyyat vasitəsinin yoxlanması haqqında protokoldan görünür ki, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı, Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE C01474989 nömrəli pasportun sahibi xx.xx.1998-ci il təvəllüdlü Şəxs idarə etdiyi **-BB-*** dövlət nömrə nişanlı olan “Mercedes Benz” markalı, 1998-ci il buraxılışlı, gümüşü metalik rəngli, şassi nömrəsi WDB2102171A605426 olan minik nəqliyyat vasitəsinin ön oturacaqları arasındakı sənədləri qoymaq üçün nəzərdə tutulmuş dolabda qabaqcadan gömrük orqanına yazılı, elektron və ya şifahi formada bəyan olunmayan 2 ədəd yaşıl rəngli “İphone 11 Pro” markalı **********38126, **********98807, **********20856 və **********71263 imei nömrəli mobil telefonlar və arxa oturacağın üstündə isə 1 ədəd boz rəngli “Surface” markalı model nömrəsi **********53 olan tablet, motorxana və arxa ehtiyat təkərinin yerindən isə nəqliyyat vasitəsinin hava boruları üçün olan 50 ədəd balaca 15 ədəd uzun rezin, 3 ədəd isə “Mercedes” markasının emblemi, 2 ədəd ön kapot və 4 ədəd mator kəmərini saxlayan amortizator ümumilikdə 74 ədəd avtomobil ehtiyat hissələri aşkarlanaraq götürülüb qablaşdırılmışdır Bununla da müəyyən olunur ki, Şəxs 25 oktyabr 2022-ci il tarixdə Sədərək Gömrük postundan Naxçıvan Muxtar Respublikasına keçərkən nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədərək 2 ədəd yaşıl rəngli “İphone 11 Pro” markalı **********38126, **********98807, **********20856 və **********71263 imei nömrəli mobil telefonları, 1 ədəd boz rəngli “Surface” markalı model nömrəsi **********53 olan tableti, 50 ədəd balaca 15 ədəd uzun rezin, 3 ədəd isə “Mercedes” markasının emblemi, 2 ədəd ön kapot və 4 ədəd mator kəmərini gömrük əməkdaşlarına bəyan etmədən, gömrük nəzarətindən kənar keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş 02 noyabr 2022-ci il tarixli 311 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 2 ədəd yaşıl rəngli “İphone 11 Pro” markalı, **********38126, **********98807, **********20856 və **********71263 imei nömrəli mobil telefonlar və 74 ədəd avtomobil ehtiyat hissələri istifadəyə yararlıdır. 1 ədəd boz rəngli “Surface” markalı model nömrəsi **********53 olan tablet işlək vəziyyətdə deyil. Təqdim olunmuş 2 ədəd yaşıl rəngli 64 GB yaddaşlı, istifadədə olmuş “İphone 11 Pro” markalı **********38126, **********98807, **********20856 və **********71263 imei nömrəli mobil telefonların topdansatış qiyməti 1240 (bir min iki yüz qırx) manat həcmində bir ədədinin qiyməti 620 manat müəyyən olunmuşdur. Təqdim olunmuş 15 ədəd uzun rezin biri 8 manat olmaqla cəmi 120 manat, 50 ədəd balaca rezin biri 3 manat olmaqla cəmi 150 manat, 3 ədəd “Mercedes” markasının emblemi biri 10 manat olmaqla cəmi 30 manat, 2 ədəd ön kapot üçün amortizator biri 26 manat olmaqla cəmi 52 manat, 4 ədəd mühərrik kəmərini saxlayan amortizator biri 18 manat olmaqla cəmi 72 manat ümumilikdə 74 ədəd avtomobil ehtiyat hissələri ümumilikdə topdan satış qiyməti 424 (dörd yüz iyirmi dörd) manat həcmində müəyyən olunmuşdur. 1 ədəd boz rəngli “Surface” markalı tablet işlək vəziyyətdə olmadığı üçün qiymətləndirilmə aparılmamışdır. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli, 1010-150/0xx-xx/000881 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, 2 ədəd yaşıl rəngli “İphone 11 Pro” markalı **********38126, **********98807, **********20856 və **********71263 imei nömrəli mobil telefonlar, 1 ədəd boz rəngli “Surface” markalı model nömrəsi **********53 olan tablet, nəqliyyat vasitəsinin hava boruları üçün olan 50 ədəd balaca 15 ədəd uzun rezin, 3 ədəd isə “Mercedes” markasının emblemi, 2 ədəd ön kapot və 4 ədəd mühərrik kəmərini saxlayan amortizator ümumilikdə 74 ədəd avtomobil ehtiyat hissələri Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların müvəqqəti saxlanc anbarında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyərinin 40 faizi məbləğində cərimə edilməlidir. Əlavə olaraq inzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ümumi dəyəri 1664 (bir min altı yüz altmış dörd) manat təşkil edən 2 ədəd yaşıl rəngli “İphone 11 Pro” markalı **********38126, **********98807, **********20856 və **********71263 imei nömrəli mobil telefonlar və 15 ədəd uzun rezin, 50 ədəd balaca rezin, 3 ədəd “Mercedes” markasının emblemi, 2 ədəd ön kapot üçün amortizator və 4 ədəd mühərrik kəmərini saxlayan amortizator olmaqla ümumilikdə 74 ədəd avtomobil ehtiyat hissələri müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra sahibi Şəxs qaytarılmalıdır. Əlavə olaraq 1 ədəd boz rəngli “Surface” markalı model nömrəsi **********53 olan tablat istifadəyə yararsız olduğundan müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirilmədən sahibi Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci bəndinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx xxxxxx 1998-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs 2 ədəd yaşıl rəngli 64 GB yaddaşlı, istifadədə olmuş “İphone 11 Pro” markalı **********38126, **********98807, **********20856 və **********71263 imei nömrəli mobil telefonların və 15 ədəd uzun rezin, 50 ədəd balaca rezin, 3 ədəd “Mercedes” markasının emblemi, 2 ədəd ön kapot üçün amortizator və 4 ədəd mühərrik kəmərini saxlayan amortizator olmaqla ümumilikdə 74 ədəd avtomobil ehtiyat hissələri ilə birlikdə ümumi dəyəri 1664 (bir min altı yüz altmış dörd) manat məbləğində malların dəyərinin 40 (qırx) faizi məbləğində, yəni 665.60 (altı yüz altmış beş manat, altmış qəpik) manat cərimə edilsin. Maddi sübut, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 2 ədəd yaşıl rəngli “İphone 11 Pro” markalı **********38126, **********98807, **********20856 və **********71263 imei nömrəli mobil telefonlar və 15 ədəd uzun rezin, 50 ədəd balaca rezin, 3 ədəd “Mercedes” markasının emblemi, 2 ədəd ön kapot üçün amortizator və 4 ədəd mühərrik kəmərini saxlayan amortizator olmaqla ümumilikdə 74 ədəd avtomobil ehtiyat hissələri qərar qanuni qüvvəsini aldıqdan və müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra inzibati xəta törətmiş Şəxs qaytarılsın. Maddi sübut, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 1 ədəd boz rəngli “Surface” markalı model nömrəsi **********53 olan tablat istifadəyə yararsız olduğundan müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirilmədən qanuni sahibi Şəxs qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-24/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-24/2022
16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver