Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-24/2023 05.06.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, Abdullayev Ceyhun Cəbrayıl oğlunun katibliyi ilə, Şəxs barəsində Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi (bundan sonra İXM) ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Naxçıvan MR Yol Patrul Xidməti inspektoru polis baş serjantı X1 tərəfindən tərtib edilmiş 18 may 2023cü il tarixli İXP ******* saylı protokol Sədərək Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında bildiridi ki, 01 may 2023-cü il tairixində saat 12:00 radələrində evinə ərzaq almaq üçün bazara getdiyini, bazara yaxın ərazidə **-BC-*** nömrəli avtomobilini saxladığını bazarlıqdan qayıtdıqdan sonra avtomobilinə minərək işıq siqnallarından istifadə etməklə sola dönüb evlərinə getmək istəyərkən arxadan gələn mopedin avtomobilin sol qabaq hissəsinə çırpıldığını, dərhal avtomobildən düşərək əvvəllər tanıdığı və həmkəndlisi olan Zərərçəkmiş şəxs kömək etdiyini və xəstəxanaya apardığını, həkimlərin heç nə olamadığını bildiridiyini, ondan sonra Zərərçəkmiş şəxsla birlikdə hadisənin olduğu yerə gəldiklərini polis əməkdaşı Məhərrəmin orada olduğunu gördüklərini, hadisə baş verən yeridə ölçü aparıldıqdan sonra avtomobili və mopedi rayon Polis şöbəsinin həyətinə apardıqlarını sonradan təhqiqatçının və müstəntiqin ondan bir dəfə izahat aldıqlarını,hadisə baş verən zaman Yol hərəkəti haqqında qanuna əməl etdiyini, sadəcə olaraq, arxadan gələn mopedi görmədiyini bu baxımdan hadisənin baş verdiyini, törətdiyi əməldən peşman olduğunu və qanuni qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Naxçıvan MR Yol Patrul Xidməti inspektoru polis baş serjantı X1 məhkəmədə verdiyi izahatında bildiridi ki, 01 may 2023-cü il tarixində saat 12:30 radələrində xidmətdə olarkən rayonun bazar adlanan ərazisində yol qəzasının baş verdiyi barədə məlumat aldığını, həmin vaxt dərhal hadisə yerinə getdiyini, hadisə yerində vətəndaş Şəxs tərəfindən idarə olunan **-BC-*** nömrəli avtomobil ilə Zərərçəkmiş şəxs tərəfindən idarə olunan mopedin qəza törətdiyini gördüyünü, dərhal hadisənin necə olması barədə məlumat aldığını və hadisənin olma vəziyyəti ilə bağlı fotoşəkil çəkərək ölçülər götürdüyünü, və nəticədə Şəxs manevr qaydalarını pozaraq qəza törətdiyini müəyyən etdiyini və bu barədə sənədləşmə apararaq istintaqa təhvil verdiyini, istintaq orqanı cinayət işinin rədd edilməsi barədə qərar qəbul etdiyini və inzibati xəta olduğu üçün materialları Sədərək rayon DYP qrupuna göndərdiyini, materiallara əsasən protokol tərtib edərək baxılması üçün Sədərək rayon məhkəməsinə göndərdiyini bildiridi. Məhkəmə iclasında Şahid izahatında göstərmişdir ki, 01 may 2023-cü ildə günorta saatlarında işdən nahara gedərkən rayon bazarının yanında yol nəqliyyat hadisəsi baş verdiyini, gördüyünü, dərhal maşını saxlayaraq, yerə düşdüyünü bu zaman həmkəndliləri Şəxs avtomobili ilə Zərərçəkmiş şəxs mopedini toqquşduğunu gördüyünü, bu zaman Zərərçəkmiş şəxs asvaltda oturan gördüyünü və onlara kömək etmək istədiyini bildiridiyini onların xəstəxanaya çatdırılması üçün öz avtomobilinə mindirirərək xəstəxanaya apardığını, xəstəxanada həkimlərin Zərərçəkmiş şəxs baxaraq heç bir ağır xəsarəti olmadığını bildiridiklərini, ondan sonra öz maşınına minərək işə getdiyini bildiridi. İş materiallarından və məhkəmə iclasında izahat verən şəxslərin izahatından aydın olur ki, Şəxs 01 may 2023-cü il tarixdə, 12:30 radələrində Sədərək rayonunun bazar adlanan ərazisində bazarlıq edib qayıdarkən idarə etdiyi “SAİPA 132 SE” markalı, **-BC-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sola manevr edib dönmə hərəkətini yerinə yetirmək istəyərkən həmin istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Tufan” markalı mopedlə toqquşmuş və nəticədə mopedin sürücüsü Zərərçəkmiş şəxs yüngül xəsarət almışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs barəsində Sədərək Rayon Polis şöbəsinin İstintaq və Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı X2 18 may 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar vermişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar: yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması; svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə; dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi; birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə; avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsi, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsi, geriyə dönmə, geriyə hərəkət etmə və sürmə təlimi keçmə; yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması – nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşman olmasını, maddi və ailə vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 200 (iki yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan, qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-24/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-24/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver