Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-24/2024 16.05.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxxxxx 1983-cü il tarixdə Şərur Rayonu Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Səhiyyə Nazirliyində hüquqşunas işləyən, Sədərək Rayon Dəmirçi kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Sədərək rayon Polis şöbəsininin inzibati binasında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2024-cü il tarixdə gecə saat 00:00 radələrində spirtli içikinin təsiri altında Sədərək rayon Polis şöbəsinin əməkdaşı Şahid1 mobil telefon vasitəsi ilə zəng vuraraq oğlu Toğrulu Sədərək Rayon Polis şöbəsinə onunla bərabər dəvət etdikləri üçün oğlunda əl-barmaq izi götürdüklərinə görə oğlunun gecələr yata bilmədiyini və qorxduğunu bildirdiyini, içkinijn təsirindən və evlərində olan dava-dalaşdan Ələsgər müəllimə mobil telefonda səndə və sənin rəisin Elburusun da şərəfsizsiz dediyini, ondan sonra gecə 3-4 radələrində yenədə Ələsgər müəllimi yığdığını lakin Ələsgər müəllim telefonu açmadığını, sərxoş olduğu üçün Ələsgər müəllimə əlavə hansı söyüşləri söydüyünü xatırlamadığını, sabahısı Ələsgər müəllim onu Sədərək rayon Polis şöbəsinə dəvət etdiyini, telefonda nalayiq ifadələr işlətdiyini bildirdiklərini, Ələsgər müəllimlə həmkəndli olduğundan və əvvələr onunda polis zabiti olduğu üçün ərkiyanə səs-küy saldığını, əsəbi olduğundan polisin qanuni tələblərinə tabe olmadığını bildirirərək törətdiyi əməldən çox peşman olduğunu, yüngül cəza verilməsini, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X5 izahatında bildirdi ki, 16 may 2024-cü il tarixdə Sədərək rayon Polis şöbəsində olarkən Sədərək rayon Dəmirçi kənd sakini əvvəllər tanıdığı Əhmədov X3 müəllimin kabinetində ucadan səs-küy saldığını eşitdiklərini, Şəxsı sakitləşdirmək üçün bir neçə əməkdaşın gəldiyini, lakin Ramazan əsəbi olduğu üçün heç kimi eşitmədiyini və hərəkətlərinə davam etdiyini, onu sakitləşdirdikdən sonra onun barəsində protokol tərtib edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək Rayon Polis şöbəsinin İTQnun təhqiqatçısı Şahid1 izahatında bildirdi ki, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, Sədərək rayon Polis şöbəsinin İTQ-nun təhqiqatçı vəzifəsində işlədiyini, 2024-cü il tarixdə may ayının 15-də gecə saat 00:00 radələrində evdə olduğu zaman həmkəndlisi Şəxs ona zəng vuraraq oğlu X1 barəsində Sədərək Rayon Polis Şöbəsində araşdırılması aparılan materialla bağlı barmaq isi götürüldüyündən bununla bağlı narazılıq bildirdiyini, həmin məsələ ilə bağlı hüquqi izah versə də başa düşmədiyindən nalayiq ifadələr işlədərək ona və rəisi Elburusu şərəfsiz adlandırdığını, sonra saat 3-4 radələrində bir neçə dəfə mobil telefonuna zəng etdiyini, səhərisi hüquqi izah vermək üçün onu polis şöbəsinə dəvət etdiyini, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Sədərək Rayon Polis şöbəsinəd gələrək xidməti otağına daxil olduğunu, həmin material üzrə izah versədə dediklərinə məhəl qoymadığını, ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməyə başladığını, sakitləşdirməyə çalışsada qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etdiyini, sonra Şəxs səsinə Sədərək RPŞ-nin PPXT-nın komandiri polis kiçik leytenantı X2 və Sədərək RPŞ-nin kadrlar qrupunun fiziki və döyüş hazırlığı üzrə kiçik inspektoru təlimatçı polis baş serjantı Şahid3 xidmət otağına daxil olaraq Şəxs sakitləşdirməyə çalışsada qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlətinə davam etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 və Şahid3 izhatında Şahid1 verdiyi izahata tam uyğun olaraq izahat verərək izahatda göstərilənləri bir daha təsdiq etdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs 16 may 2024-cü il tarixdə Sədərək Rayon Polis şöbəsinə gəlmiş və ucadan səs-küy salaraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törədərkən əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : xx xxxxxx 1983-cü il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 16 may 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №3(088)-24/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-24/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver