Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-24/2025 26.05.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X8 Taşımacılık Ticaret Limited Şirketinin nümayəndəsi Şəxs və tərcüməçi X3 iştirakları ilə, X8 Taşımacılık Ticaret Limited Şirketinin nümayəndəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi X8 Taşımacılık Ticaret Limited Şirketinin nümayəndəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sədərək Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 Taşımacılık Ticaret Limited Şirketinin nümayəndəsi Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, təxminən 25 il müddətdir ki, yük nəqliyyat vasitələrində sürücülüklə məşğul olduğunu, son bir il müddətdir ki, təqaüdə çıxdığını, hal-hazırda Türkiyə Respublikasında qeydiyyatda olan "X5 X6” və “X8 Taşımacılık Ticaret Limited Şirketi” beynəlxalq yükdaşıma şirkətlərinin etibarnamə üzrə nümayəndəsi qismində çıxış etdiyini, qeyd edilən şirkətə məxsus 33EFE30/33EFE28 nömrəli “Volvo” markalı yük nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının "Şahtaxtı" gömrük postundan ölkəyə giriş etdiyini, həmin yük nəqliyyat vasitəsinə Azərbaycan ərazisində qalması üçün 14 günlük müddət müəyyən edildiyini, daha sonra sürücü Naxçıvandan Bakıya aparmaq üçün dəmiryollarına məxsus lokomotiv yükünü yüklədiyini, lakin həmin yükün daxili yük olduğu üçün bizim yük nəqliyyat vasitəsi ilə daşınmasına qanuni icazəsi olmadığı əsası ilə Sədərək gömrüyündən geri qaytarıldığını, daha sonra həmin yük nəqliyyat vasitəsi yükü geri boşaltmaq üçün Culfa şəhərinə getdiyini, sonra yük nəqliyyat vasitəsi texniki nasazlıq yarandığını və yükü boşalda bilmədiyini, uzun müddət orada qaldıqdan sonra aprel ayında Uyar Mehmet adlı sürücünün atasının dünyasını dəyişdiyi üçün həmin yük nəqliyyat vasitəsini Culfa gömrüyündə 10 gün müddətində saxlanca götürdüklərini, daha sonra şirkət tərəfindən həmin yük nəqliyyat vasitəsini aparmaq üçün ona vəkalət verildiyini və həmin yük nəqliyyat vasitəsini aparmaq üçün Azərbaycan gömrük orqanlanına müraciət etdiyini, lakin yük nəqliyyat vasitəsi üçün müəyyən edilmiş müddət pozulduğunun bildirildiyini, istəməyərək hüquq pozuntusuna yol verdiyini, əməlindən peşman olduğunu bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikasında qeydiyyatda olan xarici hüquqi səxs X8 Taşımacılık Ticaret Limited Şirketinə məxsus olan 33EFE30/33EFE28 nömrə nişanlı “Volvo 144" markalı vük nəqliyyat vasitəs hüquqi şəxş tərəfindən verilmiş etibarnamə əsasında həmin ölkə vətəndaşı Uyar Mehmet adlı sürücü tərəfindən xx.xx.2025-ci il tarixində 14 (on dörd) gün müddətinə “Şahtaxtı” gömrük postu vasitəsilə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Qeyd edilən yük nəqliyyat vasitəsinə gömrük xidmətinin X1 Sistemində (VAİS) müvəqqəti gətirilmə üçün verilən 14 günlük müddət xx.xx.2025-ci il tarixində bitməsinə baxmayaraq hüquqi şəxsin xx.xx.2024-cü il tarixi 09392 nömrəli etibarnamə ilə səlahiyyət verdiyi səxs - Türkiyə Respublikasının vətəndaşı xx.xx.1972-ci il təvəllüdlü, xx.xx.2021-ci il tarixində verilən U23171804 nömrəli pasportun sahibi Şəxs adlı səxs tərəfindən yuxarıda qeyd edilən vük nəqliyyat vasitəsin ölkə ərazisindən aparmaq ücün xx.xx.2025-ci il tarixində “Sədərək" gömrük postuna müraciət olunmuş va bununla da həmin nəqliyyat vasitəsi ücün müəyyən olunmuş müvəqqəti idxal gömrük prosedurunun müddətinin pozulduğu müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Naxçıvan Baş Gömrük İdarəsinin 14 may 2025-ci il tarixli arayışından görünür ki, xarici hüquqi şəxs X8 Taşımacılık Ticaret Limited Şirketinə məxsus olan 33EFE30/33EFE28 nömrə nişanlı "VOLVO 144" markalı yük nəqliyyat vasitəsinin 10 gün müddətində müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirildiyi və həmin müddət ərazində gömrük nəzarətində saxlanıldığı nəzərə alaraq yük nəqliyyat vasitəsi üçün müəyyən edilmiş müddətin 88 gün gecikdirilərək ölkə ərazisindən aparılması üçün müraciət edildiyi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinin (bir aydan üç ayadək gecikdirilməklə nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük erazisindən aparılması) tələbləri pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 499.1.3-cü maddəsinə əsasən, bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X8 Taşımacılık Ticaret Limited Şirketi tərəfindən **********02975 qeydiyyat nömrəli gömrük bəyannaməsi ilə müvəggəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin, öhdəlik müddətinin bitməsinə baxmayarag şirkət tərəfindən yüklərin digər gömrük proseduru altında rəsmiləşdirilməsinə dair tədbir görülməmişdir. Belə ki, xarici hüquqi şəxs X8 Taşımacılık Ticaret Limited Şirketinə məxsus olan 33EFE30/33EFE28 nömrə nişanlı "VOLVO 144" markalı yük nəqliyyat vasitəsinin 10 gün müddətində müvəqqəti saxlanc xüsusi gömrük proseduranda yerləşdirildiyi və həmin müddət ərazində gömrük nəzarətində saxlanıldığı nəzərə alaraq yük nəqliyyat vasitəsi üçün müəyyən edilmiş müddətin 88 gün gecikdirilərək ölkə ərazisindən aparılması üçün müraciət edildiyi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinin (bir aydan üç ayadək gecikdirilməklə nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük erazisindən aparılması) tələbləri pozulmuşdur. Məhkəmə araşdırması zamanı X8 Taşımacılık Ticaret Limited Şirketinin nümayəndəsi Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X8 Taşımacılık Ticaret Limited Şirketinin nümayəndəsi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə tənbeh növü tətbiq edilməlidir. Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydalan əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından eldə edilən vəsait və cərimələr Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334.1-ci maddəsinə əsasən Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin (bundan sonra – vəsait) 93 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X8 Taşımacılık Ticaret Limited Şirketinin nümayəndəsi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin.. Cərimə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (X4 KOD: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ**********0000003944, S.W.İ.F.T: CTREAZ22, Büdcə təsnifatını kodu: 142532 (müsadirə)-l 42533 (cərimə), Alan: AR Dövlət Gömrük Komitəsi, Hesab: AZ11CTRE********************, VÖEN: **********, Büdcə səviyyəsinin kodu: 7) hesabına küçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-24/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-24/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver