Məhkəmə qərarları › İş №3(088)-25/2022

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-25/2022

16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-25/2022 16.11.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş şəxs Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X3 gömrük xidməti baş leytenantı X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. xx.xx.1981-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 03 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə DGK-A № 119079 nömrəli inzibati xəta haqqında protokola əsasən 25 oktyabr 2022-ci il tarixində saat 20:23 radələrində Sədərək gömrük postu vasitəsi ilə ölkəyə giriş istiqamətində Naxçıvan Muxtar Respublikası ərazisinə gələn Azərbaycan Respublikası vətəndaşı, Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE C01542105 nömrəli pasportun sahibi xx.xx.1981-ci il təvəllüdlü, Naxçıvan şəhər sakini Şəxs əl yüklərinə Hİ-Scan rentgen qurğusundan keçən zaman şübhəli təsvirlər olduğu üçün gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı, Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE C01542105 nömrəli pasportun sahibi xx.xx.1981-ci il təvəllüdlü, Naxçıvan şəhər sakini Şəxs əl yüklərinə gömrük baxışı keçirilərkən həmin şəxsin əl çantasından qabaqcadan gömrük orqanına yazılı, elektron və ya şifahi formada bəyan olunmayan 1 ədəd tünd boz rəngli “İphone 13 Pro” markalı **********74671 və **********676773 imei nömrəli mobil telefon, 1 ədəd qızılı rəngli “İphone 13 Pro” markalı **********47023 və **********23938 imei nömrəli mobil telefon, 1 ədəd çəhrayı rəngli “Samsung Z Flip” markalı **********15875 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone X” markalı **********98857 imei nömrəli mobil telefon, 1 ədəd ağ rəngli “İphone 8 plus” markalı **********46214 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone 12” markalı **********448963 və **********30813 imei nömrəli mobil telefon, 1 ədəd ağ rəngli “İphone 11 pro” markalı ekran işləmədiyindən imei nömrəli müəyyənləşdirilməyən mobil telefon, 1 ədəd “İphone X” markalı **********89598 və **********80389 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone 8” markalı **********18642 imei nömrəli mobil telefonlar və 1 ədəd klaviaturalı boz rəngli “Surface” markalı model nömrəsi **********53 olan tablet aşkarlanaraq götürülüb qablaşdırılmışdır. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Naxçıvan Şəhərində yerləşən telefon mağazasında usta işlədiyini, həmin mağazada telefon təmiri və satışı ilə məşğul olduğunu, xx.xx.2022-ci il tarixdə gəzmək və həkim yoxlanışı üçün Türkiyə Respublikası İstanbul şəhərinə getdiyini, orda olarkən əvvəllər İstanbul şəhərində işlədiyi iş yerində müdiri ilə görüşdüyünü, həmin müdirinin işlədiyi müddətdə ona qalıq borcunun olduğu üçün o həmin pulun əvəzində mobil telefonlar verməyi təklif etdiyini, telefon ustası olduğu üçün onları qəbul etdiyini, həmin şəxsdən 11 ədəd müxtəlif “İphone” markalı telefonları və 2 ədəd “Surface” markalı tablet götürdüyünü, İstanbul şəhərində işlərini bitirdikdən sonra geri qayıtmaq üçün yola düşdüyünü, avtobus ilə İğdır şəhərinə gəldiyini, İğdır şəhərində İğdır Turizm avtovağzalında Naxçıvan şəhərinə gələn mersedes markalı minik nəqliyyat vasitəsinin sürücüsü Nail adlı şəxslə Naxçıvana getmək üçün razılaşdığını, həmin nəqliyyat vasitəsi ilə Naxçıvana yola düşdüyünü, yolda gələrkən sürücüyə çantasında mobil telefonların olduğunu və sayının artıq olduğu üçün gömrükdən keçirməsini xahiş etdiyini, onunda qəbul etdiyini, Sədərək gömrük keçid məntəqəsinin girişində çantasında olan iki ədəd telefonu və 1 ədəd tableti həmin nəqliyyat vasitəsinin bardaçokunda sənədlərin altına qoyduğunu və daha sonra əl yüklərini götürüb gömrük yoxlamasına keçdiyini, əl yükündə olan telefonları və tableti gömrük əməkdaşlarına bəyan etmədiyini, əl yükləri manitordan keçdikdən sonra gömrük əməkdaşının əl yüklərinə təkrar baxış keçirəcəyini bildirdiyini, gömrük əməkdaşlarının əl yüklərinə baxış keçirən zaman 9 ədəd “İphone” markalı telefonları və 1 ədəd tabletin aşkar etdiklərini və hal şahidləri ilə bilikdə sənədləşmə apardıqlarını, orada olan şahidlərin və əməkdaşların sənədlərə imza etdiklərini bildirdi. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X3 Gömrük Xidməti gömrük xidməti baş leytenantı X6 izahatında bildirmişdir ki, haliyyədə göstərilən vəzifədə işlədiyini, 25 oktyabr 2022-ci il tarixində saat 20:23 radələrində Sədərək gömrük postu vasitəsi ilə ölkəyə giriş istiqamətində Naxçıvan Muxtar Respublikası ərazisinə gələn Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1981-ci il təvəllüdlü, Naxçıvan şəhər sakini Şəxs əl yüklərinə Hİ-Scan rentgen qurğusundan keçən zaman şübhəli təsvirlər olduğu üçün gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı, Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE C01542105 nömrəli pasportun sahibi xx.xx.1981-ci il təvəllüdlü, Naxçıvan şəhər sakini Şəxs əl yüklərinə gömrük baxışı keçirilərkən həmin şəxsin əl çantasından qabaqcadan gömrük orqanına yazılı, elektron və ya şifahi formada bəyan olunmayan 1 ədəd boz rəngli “İphone 13 Pro” markalı **********74671 və **********676773 imei nömrəli mobil telefon, 1 ədəd qızılı rəngli “İphone 13 Pro” markalı **********47023 və **********23938 imei nömrəli mobil telefon, 1 ədəd çəhrayı rəngli “Samsung Z Flip” markalı **********15875 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone X” markalı **********98857 imei nömrəli mobil telefon, 1 ədəd ağ rəngli “İphone 8 plus” markalı **********46214 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone 12” markalı **********448963 və **********30813 imei nömrəli mobil telefon, 1 ədəd ağ rəngli “İphone 11 pro” markalı ekran işləmədiyindən imei nömrəli müəyyənləşdirilməyə mobil telefon, 1 ədəd “İphone X” markalı **********89598 və **********80389 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone 8” markalı **********18642 imei nömrəli mobil telefonlar və 1 ədəd klaviaturalı boz rəngli “Surface” markalı model nömrəsi **********53 olan tablet sənədləşdirilərək götürüldükdən sonra həmin materiallar üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş və müvafiq rəylər alındıqdan sonra 03 noyabr 2022-ci il tarixdə protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə Sədərək rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Sədərək rayon Gömrük Postunun inspektoru Şahid izahatında hal hazırda göstərilən vəzifədə işlədiyini, 25 oktyabr 2022-ci il tarixində axşam saatlarında Sədərək Gömrük İdarəsində ölkəyə giriş istiqamətində sərnişinlərin və əl yüklərinin müayinəsi postunda xidmətdə olarkən Sədərək Gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına giriş edən Azərbaycan Respublikası vətəndaşı, Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE C01542105 nömrəli pasportun sahibi xx.xx.1981-ci il təvəllüdlü, Naxçıvan şəhər sakini Şəxs məxsus əl yükləri Hİ-Scan rentgen qurğusundan keçən zaman şübhəli təsvirlər olduğu üçün həmin əl yüklərinə təkrar gömrük yoxlaması keçirmə qərarına gəldiyini, yoxlama üçün müvafiq icazələri aldıqdan sonra əl yüklərinin sahibi Şəxs və iki nəfər hal şahidinin iştirakı ilə əl yüklərini yoxlamağa başladığını, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan şəhər sakini Şəxs əl yüklərində qabaqcadan gömrük orqanına yazılı, elektron və ya şifahi formada bəyan olunmayan 2 ədəd “İphone 13 Pro” markalı, 2 ədəd “İphone X” markalı, 1 ədəd “İphone 12” markalı, 1 ədəd “İphone 11 Pro” markalı, 1 ədəd “İphone 8” markalı, 1 ədəd “İphone 8 plus” markalı, 1 ədəd “Samsung Z Flip” markalı mobil telefonlar və 1 ədəd klaviaturalı “Surface” markalı tabletin aşkarlandığını, sonra iki hal şahidinin və Şəxs iştirakı ilə aparılan gömrük yoxlaması və aşkarlanmış telfonlar və tablet qablaşdırılaraq götürülməyi barədə protokol tərtib etdiyini bildiridi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən X8 izahatında hazırda işsiz olduğu üçün ara-sıra Sədərək Gömrük İdarəsində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edərək ailəsini dolandırdığını, xx.xx.2022-ci il tarixində fəhlə yoldaşı İlknur ilə yük boşaldan zaman Elnur adlı gömrük əməkdaşının onları çağırdığını və Türkiyədən Naxçıvana gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərini manitordan keçirərkən şübhəli təsvirlər gördüyü üçün təkrar gömrük yoxlanışı keçirəcəyini orada hal şahidi qismində iştirak etmələrini xahiş etdiyini, Elnur müəllimin əvvəlcə əl yüklərinin sahibi olan Azərbaycan Respublikası vətəndaşı, Şəxs təqdim etdiyini, daha sonra isə yoxlamağa başlamazdan əvvəl Elnur müəllimin onlara və əl yülkünün sahibinə hüquq və vəzifələri barədə məlumat verdiyini, yoxlama zamanı əl yükünün içərisindən telefonlar və tablet aşkarlandığını, sonra aşkar olunmuş telefonları və tableti bir qutu içərisinə yığıldığını, bu barədə sənədlərin yazıldığını, sonra imzaları ilə təsdiq etdiklərini bildirdi. Məhkəmədə hal şahidi qismində dindirilən X1 Gömrük İdarəsində fəhləlik edərək yüklərin nəqliyyat vasitələrinə doldurulub-boşaldılması ilə məşğul olduğunu, xx.xx.2022-ci il tarixdə fəhlə yoldaşı X8 ilə birlikdə Sədərək Gömrük idarəsində olduqlarını bildirərək hal şahidi X5 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsin izahatı, şahidlərin izahatları, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 25 oktyabr 2022-ci il tarixli Şəxs əl yüklünün yoxlanması haqqında protokoldan görünür ki, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı, Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE C01542105 nömrəli pasportun sahibi xx.xx.1981-ci il təvəllüdlü, Naxçıvan şəhər sakini Şəxs əl yüklərinə gömrük baxışı keçirilərkən həmin şəxsin əl çantasından qabaqcadan gömrük orqanına yazılı, elektron və ya şifahi formada bəyan olunmayan 1 ədəd boz rəngli “İphone 13 Pro” markalı **********74671 və **********676773 imei nömrəli mobil telefon, 1 ədəd qızılı rəngli “İphone 13 Pro” markalı **********47023 və **********23938 imei nömrəli mobil telefon, 1 ədəd çəhrayı rəngli “Samsung Z Flip” markalı **********15875 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone X” markalı **********98857 imei nömrəli mobil telefon, 1 ədəd ağ rəngli “İphone 8 plus” markalı **********46214 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone 12” markalı **********448963 və **********30813 imei nömrəli mobil telefon, 1 ədəd ağ rəngli “İphone 11 pro” markalı ekran işləmədiyindən imei nömrəli müəyyənləşdirilməyən mobil telefon, 1 ədəd “İphone X” markalı **********89598 və **********80389 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone 8” markalı **********18642 imei nömrəli mobil telefonlar və 1 ədəd klaviaturalı boz rəngli “Surface” markalı model nömrəsi **********53 olan tablet aşkarlanaraq götürülüb qablaşdırılmışdır. Bununla da müəyyən olunur ki, Şəxs 25 oktyabr 2022-ci il tarixdə Sədərək Gömrük postundan Naxçıvan Muxtar Respublikasına keçərkən əl yükündə gömrük nəzarətindən gizlədərək 1 ədəd boz rəngli “İphone 13 Pro” markalı **********74671 və **********676773 imei nömrəli mobil telefon, 1 ədəd qızılı rəngli “İphone 13 Pro” markalı **********47023 və **********23938 imei nömrəli mobil telefon, 1 ədəd çəhrayı rəngli “Samsung Z Flip” markalı **********15875 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone X” markalı **********98857 imei nömrəli mobil telefon, 1 ədəd ağ rəngli “İphone 8 plus” markalı **********46214 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone 12” markalı **********448963 və **********30813 imei nömrəli mobil telefon, 1 ədəd ağ rəngli “İphone 11 pro” markalı ekran işləmədiyindən imei nömrəli müəyyənləşdirilməyən mobil telefon, 1 ədəd “İphone X” markalı **********89598 və **********80389 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone 8” markalı **********18642 imei nömrəli mobil telefonlar və 1 ədəd klaviaturalı boz rəngli “Surface” markalı model nömrəsi **********53 olan tableti gömrük əməkdaşlarına bəyan etmədən keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş 02 noyabr 2022-ci il tarixli 312 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd tünd boz rəngli “İphone 13 Pro” markalı **********74671 və **********676773 imei nömrəli mobil telefon, 1 ədəd qızılı rəngli “İphone 13 Pro” markalı **********47023 və **********23938 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone X” markalı **********98857 imei nömrəli mobil telefon, 1 ədəd ağ rəngli “İphone 8 plus” markalı **********46214 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone 12” markalı **********448963 və **********30813 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone X” markalı **********89598 və **********80389 imei nömrəli mobil telefonlar istifadəyə yararlıdır. 1 ədəd boz rəngli “Surface” markalı tablet, 1 ədəd çəhrayı rəngli ekran hissəsində zədə olan “Samsung Z Flip” markalı telefon, 1 ədəd ağ rəngli “İphone 11 pro” markalı telefon və 1 ədəd qara rəngli “İphone 8” markalı telefonlar işlək vəziyyətdə deyildir. Ekspertizaya təqdim olunmuş 1 ədəd boz rəngli “İphone 13 Pro” markalı **********74671 və **********676773 imei nömrəli mobil telefon, 1 ədəd qızılı rəngli “İphone 13 Pro” markalı **********47023 və **********23938 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone X” markalı **********98857 imei nömrəli mobil telefon, 1 ədəd ağ rəngli “İphone 8 plus” markalı **********46214 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone 12” markalı **********448963 və **********30813 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone X” markalı **********89598 və **********80389 imei nömrəli istifadədə olmuş mobil telefonların topdan satış qiyməti 3670(üç min altı yüz yetmiş) manat həcmində müəyyən olunmuş, 1 ədəd boz rəngli “Surface” markalı tablet, 1 ədəd çəhrayı rəngli ekran hissəsində zədə olan “Samsung Z Flip” markalı telefon, 1 ədəd ağ rəngli “İphone 11 pro” markalı telefon və 1 ədəd qara rəngli “İphone 8” markalı telefonlar işlək vəziyyətdə olmadığı üçün qiymətləndirmə aparılmamışdır. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli, 1010-150/0xx-xx/000880 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, 1 ədəd tünd boz rəngli “İphone 13 Pro” markalı **********74671 və **********676773 imei nömrəli mobil telefon, 1 ədəd qızılı rəngli “İphone 13 Pro” markalı **********47023 və **********23938 imei nömrəli mobil telefon, 1 ədəd çəhrayı rəngli “Samsung Z Flip” markalı **********15875 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone X” markalı **********98857 imei nömrəli mobil telefon, 1 ədəd ağ rəngli “İphone 8 plus” markalı **********46214 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone 12” markalı **********448963 və **********30813 imei nömrəli mobil telefon, 1 ədəd ağ rəngli “İphone 11 pro” markalı ekran işləmədiyindən imei nömrəli müəyyənləşdirilməyən mobil telefon, 1 ədəd “İphone X” markalı **********89598 və **********80389 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone 8” markalı **********18642 imei nömrəli mobil telefonlar və 1 ədəd klaviaturalı boz rəngli “Surface” markalı model nömrəsi **********53 olan tablet Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların müvəqqəti saxlanc anbarında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyərinin 40 faizi məbləğində cərimə edilməlidir. Əlavə olaraq inzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ümumi dəyəri 3670 (üç min altı yüz yetmiş) manat təşkil edən 1 ədəd boz rəngli “İphone 13 Pro” markalı **********74671 və **********676773 imei nömrəli mobil telefon, 1 ədəd qızılı rəngli “İphone 13 Pro” markalı **********47023 və **********23938 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone X” markalı **********98857 imei nömrəli mobil telefon, 1 ədəd ağ rəngli “İphone 8 plus” markalı **********46214 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone 12” markalı **********448963 və **********30813 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone X” markalı **********89598 və **********80389 imei nömrəli telefonlar müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra qanuni sahibi Şəxs qaytarılmalıdır. Əlavə olaraq 1 ədəd klaviaturalı boz rəngli “Surface” markalı model nömrəsi **********53 olan tablet, 1 ədəd çəhrayı rəngli ekranı zədə olan “Samsung Z Flip” markalı **********15875 imei nömrəli mobil telefon, 1 ədəd ağ rəngli “İphone 11 pro” markalı telefon və 1 ədəd qara rəngli “İphone 8” markalı **********18642 imei nömrəli mobil telefonlar istifadəyə yararsız olduğundan müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirilmədən qanuni sahibi Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci bəndinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx xxxxxxxx 1981-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs 1 ədəd boz rəngli “İphone 13 Pro” markalı **********74671 və **********676773 imei nömrəli mobil telefon, 1 ədəd qızılı rəngli “İphone 13 Pro” markalı **********47023 və **********23938 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone X” markalı **********98857 imei nömrəli mobil telefon, 1 ədəd ağ rəngli “İphone 8 plus” markalı **********46214 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone 12” markalı **********448963 və **********30813 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone X” markalı **********89598 və **********80389 imei nömrəli ümumi dəyəri 3670 (üç min altı yüz yetmiş) manat məbləğində telefonların dəyərinin 40 (qırx) faizi məbləğində, yəni 1468 (bir min dörd yüz altmış səkkiz) manat cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan, maddi sübut, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 1 ədəd tünd boz rəngli “İphone 13 Pro” markalı **********74671 və **********67673 imei nömrəli mobil telefon, 1 ədəd qızılı rəngli “İphone 13 Pro” markalı **********47023 və **********23938 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone X” markalı **********98857 imei nömrəli mobil telefon, 1 ədəd ağ rəngli “İphone 8 plus” markalı **********46214 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone 12” markalı **********48963 və **********30813 imei nömrəli mobil telefon, 1 ədəd qara rəngli “İphone X” markalı **********89598 və **********80389 imei nömrəli telefonlar qərar qanuni qüvvəsini aldıqdan və müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra inzibati xəta törətmiş (əşyaların qanuni sahibi) Şəxs qaytarılsın. Maddi sübut, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 1 ədəd klaviaturalı boz rəngli “Surface” markalı model nömrəsi **********53 olan tablet, 1 ədəd çəhrayı rəngli ekranı zədə olan “Samsung Z Flip” markalı **********15875 imei nömrəli mobil telefon, 1 ədəd ağ rəngli “İphone 11 pro” markalı telefon və 1 ədəd qara rəngli “İphone 8” markalı **********18642 imei nömrəli mobil telefonlar istifadəyə yararsız olduğundan müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirilmədən qanuni sahibi Şəxs qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar