Məhkəmə qərarları › İş №3(088)-25/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-25/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-25/2023 31.05.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim v.m.i.e Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Sədərək Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.1993-cü il ildə Sədərək rayonu, Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Sədərək rayonu, Sədərək kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Sədərək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sədərək rayonu, Sədərək kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Sədərək Gömrük postunda ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında Sədərək rayon Sədərək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sədərək Rayon ərazisində yerləşən Gömrük keçid məntəqəsini keçərək Türkiyə Respublikasının İğdır şəhərinə getdiyini və irda bir gecə öz avtomobilində qalaraq səhəri günü xx.xx.2023-cü il tarixdə qabaqcadan sifariş verdiyi 4 ədəd 5 litrlik əldə çəkilmiş zeytun yağı götürərək əlavə olaraq 3 nəfər sərnişin götürüb onların hər birinə 5 litrlik zeytun yağı verərək X3 tərəf yola düşdüyünü, Türkiyə Respublikası Gömrük Küçid məntəqəsindən rahat keçdiyini, daha sonra Sədərək gömrük keçid məntəqəsinə gələrək əllərində olan 4 ədəd 5 litrlik zeytun yağını monitora qoyduğunu, gömrük əməkdaşlarının onların nə olduğunu soruşduğunu, əldə çəkilmiş zeydun yağı olduğunu bildirdiyini, gömrük əməkdaşlarını həmin yağların mənşəyinin bilinmədiyini dediklərini, bu səbəbdən aralarında mübahisə yarandığını, bu zman gömrük əməkdaşlarının polisin 102 qaynar xəttinə zəng etdiklərini, və ucadan səs-küy saldığını dediklərini, daha sonra Sədərək Rayon Polis şöbəsinin əməkdaşlarının onu Sədərək Rayon Polis şöbəsinə dəvət etdiklərini, törətdiyi əmələ görə peşman olduğunu bildirərək məhkəmədən yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən Sədərək Gömrük postunun baş müfəttişi X1 izahatında və verilmiş suallara cavabında cavabında xx.xx.2023-cü il tarixdə Sədərək gömrük postunda xidmətdə olduğu zaman ölkəyə giriş istiqamətində piyada xəttində ölkəyə gələn Azərbaycan Respublikası vətandaşı Şəxs əl yüklərinə baxış keçirən zaman üzü ilə bərabər gətirdiyi duru yağların keçirilməsini istədiyini, gömrük əməkdaşlarının həmin vətəndaşa təqvim ayı ərzində Nazirlər Kabinetinin 305 saylı qərarında göstərdiyi kimi 30 kiloqram qarışıq ərzaq normasını bu ay ərzində gətirdiyinin izah edildiyini, lakinvətəndaşın özü ilə gətirdiyi 3 nəfər vətəndaşa 5 litrlik qablarda məşəyi bilinməyən üzərində istehsal və son istifadə tarixi göstərilməyən duru yağları gömrükdə saxlanc aktı tərtib olunduğunu və vətəndaşların yola salındığını, lakin həin yağlar və özü gətirdiyi yağlarının anmbara qoyulmasıa narazılıq edərək gömrük əməkdaşlarına qarşıı kobudluq etdiyini, dəfələrlə sakit və təmkinli olmağa dəvət etsələrdə ona məhəl qoymayaraq icazəsiz video çəkiliş etməyə başlamış və kobudluq etdiyini, digər vətəndaşların narahatlığına səbəb olduğunu, buna görə xidmətin təşkilində və vətəndaşların keçidində gecikmələr olduğunu, daha sonra 102 qaynar xəttinə zəng edib şəxsi polisə təhvil verdiklərini bildiridi. Məhkəmədə şahid qismində dindirilən Şahid4 izahatında və verilmiş suallara cavabında 2022-ci il tarixdən Sədərək Gömrük postunda bağban işlədiyini, xx.xx.2023-cü il tarixdə işdə olarkən ərazidə suvarma işləri apardıqdan sonra kafeyə çay içməyə getdiyi, çay içib kafedən çıxdıqdan sonra monitorun yanında tanımadığı bir nəfər şəxsin əlində su baçokları ilə monitprdan keçərkən Gömrük əməkdaşları tərəfindən həmin şəxsin əlindəki su baçoklarının içərisinə baxış keçirmək istədiklərini, həmin şəxsin özünü şübhəli apardığını, gömrük əməkdaşlarının sözünə tabe olmayaraq səsini yüksəltməyə başladığını, sonra həmin şəxs özünə məxsus telefonla gömrük əməkdaşlarının video görüntülərini çəkməyə başladığını, gömrük əməkdaşlarının telefonu sönürməsini tələb etsələrdə telefonu söndürmədiyini, gömrük əməkdaşlarının polisə məlumat verdiyi bildirdi. Məhkəmədə şahid qismində dindirilən Şahid2 və Şahid3 izahatlarında və verilən suallara cavablarında X1 ilə oxşar məzmunlu izahat vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin gəncliyini, əməlindən səmimi peşman olmasını, inzibati xətanı ilk dəfə törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Sədərək Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim v.m.i.e: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar