Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-26/2022 21.12.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin, təhqiqat bölməsinin təhqiqatçısı, Gömrük Xidməti X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. xx xxxxxxx 1982-ci il tarixdə Türkiyə Respublikası, Aralıq qəsəbəsi, Gödəkli kəndində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 06 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tərtib edilmiş DGK-A № 119095 nömrəli inzibati xəta haqqında protokola əsasən, xx.xx.2022-ci il tarixdə saat 22:20 radələrində Sədərək Gömrük postu vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından Türkiyə Respublikasına gedən, Türkiyə vətəndaşı xx.xx.2030-cu il tarixədək etibarlı olan **********0 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, Türkiyə Respublikası, Aralıq qəsəbəsi, Gödəkli kənd sakini xx.xx.1982-ci il təvəllüdlü Şəxs idarə etdiyi Türkiyə Respublikasında daimi qeydiyyatda olan **-DC-*** dövlət nömrə nişanlı “FORD” markalı 2005-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi NM0B84TEDF5B47215 olan yük nəqliyyat vasitəsinə gömrük nəzarətini keçdikdən sonra əsaslı şübhələr olduğu üçün həmin nəqliyyat vasitəsinə təkrar yoxlama keçirilmiş, yoxlama zamanı Türkiyə vətəndaşı, Şəxs idarə etdiyi Türkiyə Respublikasında daimi qeydiyyatda olan **-DC-*** dövlət nömrə nişanlı “FORD” markalı yük nəqliyyat vasitəsinin kabin ilə yük hissəsinin birləşmə yerində, kabinin yuxarısında yerləşən boşluqdakı çadıra bükülərək gömrük nəzarətindən gizlədilmiş, iç-içə yığılmış şəkildə 1 ədəd eni 220 sm, uzunluğu 356 sm ölçüdə 1 ədəd üzərində rəngli naxışları olan xalça(kilim), 1 ədəd eni 220 sm, uzunluğu 370 sm ölçüdə 1 ədəd üzərində rəngli naxışları və “1977”, “1978” toxunma qeydləri olan xalça(kilim), 1 ədəd eni 250 sm, uzunluğu 400 sm ölçüdə 1 ədəd üzərində rəngli naxışları və “1971” toxunma qeydi olan xalça(kilim) və 1 ədəd eni 200 sm, uzunluğu 380 sm ölçüdə 1 ədəd üzərində rəngli naxışları olan xalça(kilim) olmaqla ümumilikdə 4 ədəd xalça(kilim) aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Türkiyə Respublikasında qeydiyyatda olan “Kadiroğulları” firmasına məxsus **-DC-*** dövlət nömrə nişanlı kamyonda sürücü olaraq işlədiyini, təxminən 12 - 13 ildir ki, Türkiyədən Naxçıvana müxtəlif çeşidli mallar daşıdığını, sonuncu dəfə xx.xx.2022-ci il tarixində Türkiyədən Naxçıvana qarışıq mallar gətirdiyini, həmin yükü aparıb Şahbuz rayonu ərazisində yerləşən zavoda boşaltdıqdan sonra geri qayıtdığını, təxminən 4 ay əvvəl Culfa rayonu ərazisindən 4 ədəd qədimi xalça aldığını, həmin xalçaları aparıb evində oturma köşəsi düzəldib onları asacağını, həmin xalçaları Vüqar adlı Azərbaycanlı sürücünün vasitəsi ilə aldığını, həmin sürücüyə belə qədimi bir xalça almaq istədiyini bildirdiyini, onun isə tapa biləcəyini dediyini, bir müddət sora görüşdüklərini və xalçaları tapdığını bildirdiyini, Culfada yol kənarında həmin xalçaları Vüqar adlı şəxsdən aldığını, hər birinə 80 manat olmaqla ümumilikdə 4 xaça üçün 320 manat pul verdiyini, Naxçıvana hər gəliş-gedişində dəmir yükü apardığı üçün həmin xalçaları Türkiyəyə apara bilmədiyini, xalçaları Şərur rayonu Zeyvə kəndinə yaşayan tanışının evinə qoyduğunu, xx.xx.2022-ci il tarixində Türkiyə Respublikasına qayıdarkən yükü olmadığı üçün həmin xalçaları götürüb aparmaq qərarına gəldiyini, və Zeyvə kəndində yaşayan tanışının evinə gedərək həmin xalçaları götürdüyünü, biraz irəlidə Zeyvə BP adlı yanacaqdoldurma məntəqəsinin yanında nəqliyyat vasitəsini saxlayaraq həmin xalçaları nəqliyyat vasitəsinin çadırına bükdüyünü, sonra Türkiyəyə keçmək üçün Sədərək gömrüyünə gəldiyini gömrükdə yoxlama keçirdikdən sonra mülki formalı qaçaqmalçılıq əməkdaşı Arzu müəllimin nəqliyyat vasitəsini saxlayaraq yenidən yoxlama keçirdiyini, yoxlama zamanı çadıra bükülmüş 4 ədəd xalçanın aşkarlandığını və sənədləşdirilərək götürüldüyünü, etdiyi əməldən peşman olduğunu bir daha belə bir səhvə yol verməyəcəyini, həmin xalçaların Azərbaycanın dövlət müzeylərinə verilməsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin, təhqiqat bölməsinin təhqiqatçısı, Gömrük Xidməti X2 məhkəmə iclasında izahatında bildirdi ki, göstərilən vəzifədə işlədiyini, xx.xx.2022-ci il tarixdə saat 22:20 radələrində Sədərək Gömrük postu vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından Türkiyə Respublikasına gedən, Türkiyə vətəndaşı xx.xx.2030-cu il tarixədək etibarlı olan **********0 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, Türkiyə Respublikası, Aralıq qəsəbəsi, Gödəkli kənd sakini xx.xx.1982-ci il təvəllüdlü Şəxs idarə etdiyi Türkiyə Respublikasında daimi qeydiyyatda olan **-DC-*** dövlət nömrə nişanlı “FORD” markalı 2005-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi NM0B84TEDF5B47215 olan yük nəqliyyat vasitəsinə gömrük nəzarətini keçdikdən sonra əsaslı şübhələr olduğu üçün həmin nəqliyyat vasitəsinə təkrar yoxlama keçirilmiş, yoxlama zamanı Türkiyə vətəndaşı, Şəxs idarə etdiyi Türkiyə Respublikasında daimi qeydiyyatda olan **-DC-*** dövlət nömrə nişanlı “FORD” markalı yük nəqliyyat vasitəsinin kabin ilə yük hissəsinin birləşmə yerində, kabinin yuxarısında yerləşən boşluqdakı çadıra bükülərək gömrük nəzarətindən gizlədilmiş, iç-içə yığılmış şəkildə 1 ədəd eni 220 sm, uzunluğu 356 sm ölçüdə 1 ədəd üzərində rəngli naxışları olan xalça(kilim), 1 ədəd eni 220 sm, uzunluğu 370 sm ölçüdə 1 ədəd üzərində rəngli naxışları və “1977”, “1978” toxunma qeydləri olan xalça(kilim), 1 ədəd eni 250 sm, uzunluğu 400 sm ölçüdə 1 ədəd üzərində rəngli naxışları və “1971” toxunma qeydi olan xalça(kilim) və 1 ədəd eni 200 sm, uzunluğu 380 sm ölçüdə 1 ədəd üzərində rəngli naxışları olan xalça(kilim) olmaqla ümumilikdə 4 ədəd xalça(kilim) sənədləşdirilərək götürüldükdən sonra həmin materiallar üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirildiyini və müvafiq aktlar, rəylər alındıqdan sonra 06 dekabr 2022-ci il tarixdə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Sədərək rayon məhkəməsinə göndərdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin inspektoru, gömrük xidməti baş leytenantı Şahid izahatında hal hazırda göstərilən vəzifədə işlədiyini, xx.xx.2022-ci il tarixdə gündəlik iş qrafikinə uyğun olaraq Sədərək gömrük postunda xidmətdə olarkən axşam saatlarında Türkiyə Respublikası vətəndaşı Şəxs idarə etdiyi həmin ölkəyə məxsus **-DC-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi gömrük yoxlanışından keçdikdən sonra sürücünün hərəkətləri və davranışı şübhəli olduğu üçün nəqliyyat vasitəsinə təkrar yoxlanış keçirmə qərarına gəldiyini, yoxlama üçün müvafiq icazələri aldıqdan sonra Şəxs və iki nəfər hal şahidinin iştirakı ilə minik nəqliyyat vasitəsini yoxlamağa başladığını, yoxlama zamanı qeyd edilən yük nəqliyyat vasitəsinin kabinin yuxarı hissəsində yük yeri ilə birləşmə hissəsində olan boşluqda çadıra bükülmüş halda 4 ədəd xalça(kilim) aşkarladığını, həmin aşkar olunmuş xalçaların onun, iki hal şahidinin və Şəxs iştirakı ilə götürərək qablaşdırdığını, daha sonra yoxlamanın nəticəsinə dair yoxlama protokolu tərtib etdiyini, Şəxs və iki hal şahidləri ilə birgə protokolları imzaladıqlarını bildiridi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən X6 izahatında bildirdi ki, işsiz olduğu üçün Sədərək Gömrüyündə yüklərin nəqliyyat vasitlərinə doldurulub boşaldılmasında fəhlə işlədiyini xx.xx.2022-ci il tarixdə gömrük ərazisində yük daşıyarkən qaçaqmalçılıq işçisi olan Arzu müəllimin onu və fəhlə yoldaşı Rəşadı çağırdığını, Türkiyə Respublkasına məxsus yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini bildirdiyini, orda hal şahidi qismində iştirak etməyini xahiş etdiyini, Arzu müəllimə etiraz etmədiklərini və nəqliyyat vasitəsinin yanına getdiklərini, Arzu müəllimin onlara hüquqlarını izah etdiyini və yoxlamağa başladığını, yoxlama zamani yük nəqliyyat vasitəsinin kabinin yuxarı hissəsində yük yeri ilə birləşmə hissəsində olan boşluqda çadıra bükülmüş halda 4 ədəd köhnə kilimə oxşar xalçaların aşkarladığını, aşkarlanan xalçaları açıb ölçdüklərini, Arzu müəllimin həmi ölçüləri sənədə yazdığını, daha sonra Arzu müəllimin nəqliyyat vasitəsinə baxış keçirilməsi ilə bağlı sənəd yazdığını və həmin sənədə də qol çəkdiklərini bildiridi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində göstərilir ki, Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsin izahatı, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 10 noyabr 2022-ci il tarixli Şəxs nəqliyyat vasitəsinin yoxlanması haqqında protokoldan görünür ki, yoxlama zamanı Türkiyə Respublikası vətəndaşı, Şəxs idarə etdiyi Türkiyə Respublikasında daimi qeydiyyatda olan **-DC-*** dövlət nömrə nişanlı “FORD” markalı yük nəqliyyat vasitəsinin kabin ilə yük hissəsinin birləşmə yerində, kabinin yuxarısında yerləşən boşluqdakı çadıra bükülərək gömrük nəzarətindən gizlədilmiş, iç-içə yığılmış şəkildə 1 ədəd eni 220 sm, uzunluğu 356 sm ölçüdə 1 ədəd üzərində rəngli naxışları olan xalça(xalı, kilim, palaz), 1 ədəd eni 220 sm, uzunluğu 370 sm ölçüdə 1 ədəd üzərində rəngli naxışları və “1977”, “1978” toxunma qeydləri olan xalça(xalı, kilim, palaz), 1 ədəd eni 250 sm, uzunluğu 400 sm ölçüdə 1 ədəd üzərində rəngli naxışları və “1971” toxunma qeydi olan xalça(xalı, kilim, palaz) və 1 ədəd eni 200 sm, uzunluğu 380 sm ölçüdə 1 ədəd üzərində rəngli naxışları olan xalça(xalı, kilim, palaz) olmaqla ümumilikdə 4 ədəd xalça(xalı, kilim, palaz) aşkar edilərək götürülüb qablaşdırılmışdır. Bununla da müəyyən olunur ki, Şəxs 10 noyabr 2022-ci il tarixdə axşam saatlarında Sədərək Gömrük postundan Türkiyə Respublikasına keçərkən nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədərək 4 ədəd xalçanı gömrük əməkdaşlarına bəyan etmədən, gömrük nəzarətindən kənar keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən tərtib edilmiş aktdan görünür ki, 4 ədədə kilimin ekspertizası keçirilmiş, ekspertiza nəticəsində müəyyən edilmişdir ki, kilimlər əl ilə toxunmuş, hamısı istifadə olunmuş xalçalardır, toxunuşunda parlaq rənglərdən istifadə edilmiş, ikisində azacıq tamlıq pozulmuş, digər ikisi tamdır. Naxçıvan Xalçalarına məxsus rəng çalarları və ornamentlərlə zəngindir. Bu cür kilimlərin hazırki satış (bazar) qiyməti 400-600 manat arasında dəyişir. X7 Respublikasında olan muzey fontlarının tərkibinə daxil deyil. Azərbaycan respublikasının mədəni sərvətlərinin mühafizə siyahısına daxil edilə bilər. Buna görə də bu xalça və kilimlərin muxtar respublikadan çıxarılması məqsədə uyğun hesab edilmir. İş materiallarına əlavə edilmiş 02 dekabr 2022-ci il tarixli 355 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 yelənli, ara sahəsində 3 ədəd rombvari böyük göl təsvirli, üz ipi yun, ərişi pambıq, həndəsi naxışlarla toxunmuş, 387x204 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 430 manat, 1 qara rəngli yelənli, ara sahəsində 3 ədəd rombvari böyük göl təsvirli, üz ipi yun, ərişi pambıq, sağ və sol yuxarı tərəflərində, yelən hissəsində 1977-1978 yazısı və orta hissədə kənarı 10-12sm ölçüdə didilmiş, müxtəlif naxışlar toxunmuş, 365x229 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 500 manat, 2 yelənli, ara sahəsində 3 ədəd rombvari böyük göl təsvirli, üz ipi yun, ərişi pambıq, müxtəlif naxışlarla toxunmuş, yelənin kənarı cüzi didilmiş, 340x2012 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 470 manat, 3 yelənli, mərkəzi hissəsində 3 böyük rombvari göl təsvirli, materialı yun və pambıqdan ibarət, sol qurtaracaq hissəsi 1971 yazılı, maral təsvirləri, həndəsi elementlər və naxışlarla toxunmuş, ortası cüzi didilmiş, 399x247 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 550 manat olmaqla 4 ədəd kilimin(xalçanın) orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1950 manat müəyyən olunmuşdur. İş materiallarında olan 07 dekabr 2022-ci il tarixli, 1010-150/0xx-xx/001008 nömrəli müşayət məktubunun qeyd hissəsindən görünür ki, iş üzrə maddi sübut olan 4 ədəd xalça(kilim) Sədərək Gömrük postunun müvəqqəti saxlanc anbarında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Sədərək Gömrük postunun müvəqqəti saxlanc anbarında saxlanılan 1 yelənli, ara sahəsində 3 ədəd rombvari böyük göl təsvirli, üz ipi yun, ərişi pambıq, həndəsi naxışlarla toxunmuş, 387x204 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 430 manat, 1 qara rəngli yelənli, ara sahəsində 3 ədəd rombvari böyük göl təsvirli, üz ipi yun, ərişi pambıq, sağ və sol yuxarı tərəflərində, yelən hissəsində 1977-1978 yazısı və orta hissədə kənarı 10-12sm ölçüdə didilmiş, müxtəlif naxışlar toxunmuş, 365x229 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 500 manat, 2 yelənli, ara sahəsində 3 ədəd rombvari böyük göl təsvirli, üz ipi yun, ərişi pambıq, müxtəlif naxışlarla toxunmuş, yelənin kənarı cüzi didilmiş, 340x2012 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 470 manat, 3 yelənli, mərkəzi hissəsində 3 böyük rombvari göl təsvirli, materialı yun və pambıqdan ibarət, sol qurtaracaq hissəsi 1971 yazılı, maral təsvirləri, həndəsi elementlər və naxışlarla toxunmuş, ortası cüzi didilmiş, 399x247 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 550 manat olmaqla ümumilikdə orta bazar qiyməti təxminən 1950(bir min doqquz yüz əlli) manat olan 4 ədəd xalça(kilim) dövlət nəfinə müsadirə edilməlidir. Ona görə ki, 1 yelənli, ara sahəsində 3 ədəd rombvari böyük göl təsvirli, üz ipi yun, ərişi pambıq, həndəsi naxışlarla toxunmuş, 387x204 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 430 manat, 1 qara rəngli yelənli, ara sahəsində 3 ədəd rombvari böyük göl təsvirli, üz ipi yun, ərişi pambıq, sağ və sol yuxarı tərəflərində, yelən hissəsində 1977-1978 yazısı və orta hissədə kənarı 10-12sm ölçüdə didilmiş, müxtəlif naxışlar toxunmuş, 365x229 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 500 manat, 2 yelənli, ara sahəsində 3 ədəd rombvari böyük göl təsvirli, üz ipi yun, ərişi pambıq, müxtəlif naxışlarla toxunmuş, yelənin kənarı cüzi didilmiş, 340x2012 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 470 manat, 3 yelənli, mərkəzi hissəsində 3 böyük rombvari göl təsvirli, materialı yun və pambıqdan ibarət, sol qurtaracaq hissəsi 1971 yazılı, maral təsvirləri, həndəsi elementlər və naxışlarla toxunmuş, ortası cüzi didilmiş, 399x247 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 550 manat olmaqla ümumilikdə orta bazar qiyməti təxminən 1950(bir min doqquz yüz əlli) manat olan 4 ədəd xalçalar (kilimlər) Azərbaycan Respublikasının mədəni sərvətlərinin mühafizə siyahısına daxil edilə biləcəyindən, Muxtar Respublikasından çıxarılması məqsədə uyğun hesab edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ona görə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1.-ci maddəsinəəsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iş üzrə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d i: xx xxxxxxx 1982-ci il təvəllüdlü, Türkiyə Respublikası, Aralıq qəsəbəsi, Gödəkli kəndində anadan olmuş Türkiyə Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi Sədərək Gömrük postunun müvəqqəti saxlanc anbarında saxlanılan 1 yelənli, ara sahəsində 3 ədəd rombvari böyük göl təsvirli, üz ipi yun, ərişi pambıq, həndəsi naxışlarla toxunmuş, 387x204 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 430 manat, 1 qara rəngli yelənli, ara sahəsində 3 ədəd rombvari böyük göl təsvirli, üz ipi yun, ərişi pambıq, sağ və sol yuxarı tərəflərində, yelən hissəsində 1977-1978 yazısı və orta hissədə kənarı 10-12sm ölçüdə didilmiş, müxtəlif naxışlar toxunmuş, 365x229 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 500 manat, 2 yelənli, ara sahəsində 3 ədəd rombvari böyük göl təsvirli, üz ipi yun, ərişi pambıq, müxtəlif naxışlarla toxunmuş, yelənin kənarı cüzi didilmiş, 340x2012 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 470 manat, 3 yelənli, mərkəzi hissəsində 3 böyük rombvari göl təsvirli, materialı yun və pambıqdan ibarət, sol qurtaracaq hissəsi 1971 yazılı, maral təsvirləri, həndəsi elementlər və naxışlarla toxunmuş, ortası cüzi didilmiş, 399x247 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 550 manat olmaqla ümumilikdə orta bazar qiyməti təxminən 1950(bir min doqquz yüz əlli) manat olan 4 ədəd xalça(kilim) dövlət nəfinə müsadirə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra, 1 yelənli, ara sahəsində 3 ədəd rombvari böyük göl təsvirli, üz ipi yun, ərişi pambıq, həndəsi naxışlarla toxunmuş, 387x204 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 430 manat, 1 qara rəngli yelənli, ara sahəsində 3 ədəd rombvari böyük göl təsvirli, üz ipi yun, ərişi pambıq, sağ və sol yuxarı tərəflərində, yelən hissəsində 1977-1978 yazısı və orta hissədə kənarı 10-12sm ölçüdə didilmiş, müxtəlif naxışlar toxunmuş, 365x229 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 500 manat, 2 yelənli, ara sahəsində 3 ədəd rombvari böyük göl təsvirli, üz ipi yun, ərişi pambıq, müxtəlif naxışlarla toxunmuş, yelənin kənarı cüzi didilmiş, 340x2012 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 470 manat, 3 yelənli, mərkəzi hissəsində 3 böyük rombvari göl təsvirli, materialı yun və pambıqdan ibarət, sol qurtaracaq hissəsi 1971 yazılı, maral təsvirləri, həndəsi elementlər və naxışlarla toxunmuş, ortası cüzi didilmiş, 399x247 sm ölçülü, əllə toxunan xovsuz xalça növü olan kilim 550 manat olmaqla ümumilikdə orta bazar qiyməti təxminən 1950(bir min doqquz yüz əlli) manat olan 4 ədəd xalçalar(kilimlər) Naxçıvan Muxtar Respublikasında olan muzey fondunun tərkibinə daxil edilməsi üçün, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirliyinə təhvil verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №3(088)-26/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-26/2022
21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver