Məhkəmə qərarları › İş №3(088)-26/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-26/2023

25.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-26/2023 25.06.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, Abdullayev Ceyhun Cəbrayıl oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X1 İdarəsi tərəfindən daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı, xx xxxxxx 1973-cü ildə doğulmuş, Sədərək rayon Sədərək kəndində qeydiyyatda duran Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.3-cü maddəsi ilə tənbeh edilməsinə dair inzibati protokola baxaraq M ü ə y y ə n e t d i m: Şəxs barəsində Naxçıvan Muxtar Respublikası X1 İdarəsi tərəfindən 12 iyun 2023-ci il tarixdə İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir ona görəki, o, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etməmişdir. Vət. Şəxs barəsində olan inzibati xəta haqqında işə baxılması 25 iyun 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən Şəxs izahatında 2023 cü ilin yanvar ayında idarə etdiyi maşınla inzibati xəta törətdiyini və 40 manat cərimə olunduğunu bundan məlumatının olduğunu, ümumi xəstəlikləri olduğu üçün ödəyə bilmədiyini, maşının nasaz olduğunu ona başının qarışdığını, cərmənin yadından çıxdığını, iş məhkəməyə daxil olduqdan sonra bildiriş gəldiyini və xx.xx.2023-cü il tarixdə 40 manat cəriməni və dəbbə pulunu ödədiyini bununla bağlı qəbzinin olduğunu buna görə də inzibati məsuliyyətdən azad edilməyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin və işə əlavə olunmuş materialı nəzərdən keçirib, bu qənaətə gəlir ki, iş üzrə inzibati xətaçı Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Ona görə ki, Şəxs tərəfindən törətdiyi əmələ görə xx.xx.2023-cü il tarixdə İXP5171551 nömrəli protokola əsasən 40 (qırx) manat cərimə olunmuş, həmin cəriməni ödəmədiyinə görə barəsində 12 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə qərar qəbul edənədək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə borcunu və dəbbə pulunu ödəmiş, bununla bağlı xx.xx.2023-cü il tarixli qəbzi məhkəməyə təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi göstərilmişdir. Həmin maddənin sanksiyasında inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. Eyni zamanda göstərilən maddənin qeyd hissəsində deyilir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Tərtib edilmiş İXP5171551 nömrəli inzibati protokola əsasən, vət. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 24 iyun 2023-cü il tarixli qəbzə əsasən Şəxs tərəfindən müvafiq cərimə və dəbbə pulun tam ödənilməsi müəyyən olunmuşdur. Məhkəmə törədilmiş xətanın az əhəmiyyətli olduğunu, Şəxs məhkəmə qərarı çıxarılanadək inzibati xəta haqqında icraat üçün əsas olmuş ödənilməmiş müvafiq cəriməni və dəbbə pulunu tam olaraq ödədiyini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM- nın 529.3-cü maddəsi ilə təqsirli bilinməklə inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111,114,115 və 130-cu maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinməklə inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sədərək rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar