Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-26/2025 18.06.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi ** BB *** dövlət qeydiyyat nişanlı “Qaz-31105” markalı minik nəqliyyat vasitəsində, kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş malların gömrük qaydaları pozulmaqla müxtəlif sərnişinlərə paylanaraq şəxsi istifadə məqsədli mallar satış məqsədi ilə saxlayaraq qanunsuz satışını həyata keçirməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən 19 may 2025-ci il tarixdə sonuncunun idarə etdiyi nəqliyyat vasitəsi Naxçıvan şəhəri ərazisində saxlanılıraq baxış keçirilməsi üçün Baş İdarənin İnzibati binasının həyətinə aparılmaqla avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Şəxs idarə etdiyi ** BB *** dövlət qeydiyyat nişanlı “Qaz-31105” markalı minik nəqliyyat vasitəsində olan Eni 2 metr, uzunluğu 2.90 metr “Efsane” markalı bir ədəd xalça, Eni 2 metr, uzunluğu 1.5 metr olan bir ədəd xalça, Eni 1 metr, uzunluğu 1.5 metr olan bir ədəd xalça, “ X2” markalı məcburi nişanlanma ilə nişanlanmayan 30 qutu (600 ədəd) siqaretlər, bir ədəd “İnzidenz” markalı qan təzyiqi ölçən elektron cihaz, 10 ədəd 5 litirlik dəmir qablaşmada “Bizim Tat” markalı zeytun yağı, 1 ədəd“Evita” markalı qazan dəsti, 1 ədəd “Harlem” markalı ət çəkən maşın müəyyən edilmiş və gömrük əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat verməsinə baxmayaraq, Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu baxımdan məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ona görə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid1 izahatında xx.xx.2025-ci il tarixində xidmətdə olarkən Türkiyə Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs gömrük nəzarətindən aksiz markası olmayan siqaretləri, qida və məişət əşyalarını paylayaraq keçirtməsi barədə məlumat daxil olduğundan Naxçıvan şəhəri ərazisində yerləşən Cahan Ticarət Mərkəzinin həyətində mağazaya **-BB-*** dövlət nömrə nişanlı, Qaz 31105 markalı minik nəqliyyat vasitəsindən veşləri verərkən saxladıqlarını və Naxçıvan Baş Gömrük İdarəsinin həyətinə gətirərək iki nəfər hal şahidinin iştirakı ilə yoxlama keçirmək qərarına gəldiyini, minik nəqliyyat vasitəsinin sürücüsü Şəxs və iki nəfər hal şahidinin iştirakı ilə minik nəqliyyat vasitəsinə yoxlama keçirdiyi zaman onun idarə etdiyi ** BB *** dövlət qeydiyyat nişanlı “Qaz-31105” markalı minik nəqliyyat vasitəsindən Eni 2 metr, uzunluğu 2.90 metr “Efsane” markalı 4 ədəd xalça, Eni 2 metr, uzunluğu 1.5 metr olan bir ədəd xalça, Eni 1 metr, uzunluğu 1.5 metr olan bir ədəd xalça, “ X2” markalı məcburi nişanlanma ilə nişanlanmayan 30 qutu (600 ədəd) siqaretlər, bir ədəd “İnzidenz” markalı qan təzyiqi ölçən elektron cihaz, 10 ədəd 5 litirlik dəmir qablaşmada “Bizim Tat” markalı zeytun yağı, 1 ədəd“Evita” markalı qazan dəsti, 1 ədəd “Harlem” markalı ət çəkən maşın müəyyən etdiyini və sonrakı araşdırma üçün qablaşdıraraq götürdüyünü, yoxlama prossesi bitdikdən sonra yoxlama prossesi ilə əlaqədar olaraq sənədlər hazırladığını, həmin sənədlərin oxunularaq iştirakçılar tərəfindən imzalandığını bildirdi. Məhkəmə şahidin izahatını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, yoxlama zamanı Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı, "31105" markalı minik nəqliyyat vasitəsinin içərisində olan Eni 2 metr, uzunluğu 2.90 metr “Efsane” markalı 4 ədəd xalça, Eni 2 metr, uzunluğu 1.5 metr olan bir ədəd xalça, Eni 1 metr, uzunluğu 1.5 metr olan bir ədəd xalça, “ X2” markalı məcburi nişanlanma ilə nişanlanmayan 30 qutu (600 ədəd) siqaretlər, bir ədəd “İnzidenz” markalı qan təzyiqi ölçən elektron cihaz, 10 ədəd 5 litirlik dəmir qablaşmada “Bizim Tat” markalı zeytun yağı, 1 ədəd“Evita” markalı qazan dəsti, 1 ədəd “Harlem” markalı ət çəkən maşın müəyyən edilmişdir. İş materiallarında olan X1 xx.xx.2025-ci il tarixli NQM 020-05/25 nömrəli məişət və qida məhsullarının bazar dəyərinin müəyyən edilməsi haqqında rəyindən görünür ki, ekspertizaya təqdim edilən Eni 2 metr, uzunluğu 2.90 metr “Efsane” markalı 4 ədəd xalça, Eni 2 metr, uzunluğu 1.5 metr olan bir ədəd xalça, Eni 1 metr, uzunluğu 1.5 metr olan bir ədəd xalça, “ X2” markalı məcburi nişanlanma ilə nişanlanmayan 30 qutu (600 ədəd) siqaretlər, bir ədəd “İnzidenz” markalı qan təzyiqi ölçən elektron cihaz, 10 ədəd 5 litirlik dəmir qablaşmada “Bizim Tat” markalı zeytun yağı, 1 ədəd“Evita” markalı qazan dəsti, 1 ədəd “Harlem” markalı ət çəkən maşının ümumi bazar dəyəri 2800 manat müəyyən olunmuşdur. İş materiallarında olan 29 may 2025-ci il tarixli, 3-33-1200/2-001823/2025 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, maddi sübutlar Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Şəxs idarə etdiyi ** BB *** dövlət qeydiyyat nişanlı “Qaz-31105” markalı minik nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş Eni 2 metr, uzunluğu 2.90 metr “Efsane” markalı 4 ədəd xalça, Eni 2 metr, uzunluğu 1.5 metr olan bir ədəd xalça, Eni 1 metr, uzunluğu 1.5 metr olan bir ədəd xalça, “ X2” markalı məcburi nişanlanma ilə nişanlanmayan 30 qutu (600 ədəd) siqaretlər, bir ədəd “İnzidenz” markalı qan təzyiqi ölçən elektron cihaz, 10 ədəd 5 litirlik dəmir qablaşmada “Bizim Tat” markalı zeytun yağı, 1 ədəd“Evita” markalı qazan dəsti, 1 ədəd “Harlem” markalı ət çəkən maşın dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası İXM-nin 16.1-ci maddəsinə görə İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Şəxs idarə etdiyi ** BB *** dövlət qeydiyyat nişanlı “Qaz-31105” markalı minik nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş Eni 2 metr, uzunluğu 2.90 metr “Efsane” markalı dörd ədəd xalça- dəyəri 1480 manat, Eni 2 metr, uzunluğu 1.5 metr olan bir ədəd xalça-dəyəri 150 manat, Eni 1 metr, uzunluğu 1.5 metr olan bir ədəd xalça-dəyəri 75 manat, “ X2” markalı məcburi nişanlanma ilə nişanlanmayan 30 qutu (600 ədəd) siqaretlər- dəyəri 150 manat, bir ədəd “İnzidenz” markalı qan təzyiqi ölçən elektron cihaz-dəyəri 75 manat, 10 ədəd 5 litirlik dəmir qablaşmada “Bizim Tat” markalı zeytun yağı-dəyəri 550 manat, 1 ədəd “Evita” markalı qazan dəsti- dəyəri 150 manat, 1 ədəd “Harlem” markalı ət çəkən maşın-dəyəri 170 manat, ümumilikdə -ümumi bazar dəyəri 2800 (iki min səkkiz yüz) manat olan qida və məişət məhsulları dövlət nəfinə müsadirə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra qərar icra olunması üçün Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-26/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-26/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver