Məhkəmə qərarları › İş №3(088)-27/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-27/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-27/2025 17.06.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1997-ci il təvəllüdlü, Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.3-cü maddəsi ilə tənbeh edilməsinə dair inzibati protokola baxaraq M ü ə y y ə n e t d i m: Şəxs barəsində Azərbaycan Respublikası DİN Sabunçu Rayon X5 şöbəsinin polis leytenanatı X1 tərəfindən xx.xx.2024-cü il tarixdə İXM-nin 327.1-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar edilərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şəxs barəsində tərtib olunmuş cəriməni 3 ay müddətində ödəmədiyindən Azərbaycan Respublikası DİN Sabunçu Rayon X5 şöbəsinin polis mayoru X2 tərəfindən xx.xx.2025-ci il tarixində Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* inzibati protokol tərtib edilərək baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmiş lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Naxçıvan MR Sədərək Rayonu Qaraağac kəndində qeydiyyatda olduğu üçün Sabunçu rayon Məhkəməsinin 3(008)- 3028/2025 nömrəli xx.xx.2025-tarixli qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında işə baxılması xx.xx.2025-cü il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan işə baxılmalıdır. Ona görə ki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işə əlavə olunmuş materialı nəzərdən keçirib, bu qənaətə gəlir ki, iş üzrə inzibati xətaçı Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Ona görə ki, Şəxs tərəfindən törətdiyi əmələ görə 10 aprel 2025-ci il tarixdə 64 (altmış dörd) manat cərimə olunmuş, cərimə borcunu və dəbbə pulunu ödədiyi barədə qəbzi məhkəməyə göndərmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi göstərilmişdir. Həmin maddənin sanksiyasında inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. Eyni zamanda göstərilən maddənin qeyd hissəsində deyilir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Bakı şəhəri Sabunçu rayon X5 şöbəsi tərəfindən TP ******* nömrəli 31 dekabr 2024-cü il tarixli qərarı ilə Şəxs 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İnzibati xətaçı həmin cəriməni ödəmədiyinə görə onun barəsində xx.xx.2025-ci il tarixində İXP ******* saylı protokol tərtib edilmişdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli **********04 nömrəli ödənilən qəbzdən görünür ki, Şəxs tərəfindən müvafiq 64 (altmış dörd) manat cərimə və dəbbə pulu tam ödənilmişdir. Əlavə olaraq materiala əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron informasiya sistemindən çıxarışdanda aydın olur ki, Şəxs barəsində inzibati xəta haqqında heç bir protokol mövcud deyil. Məhkəmə törədilmiş xətanın az əhəmiyyətli olduğunu, Şəxs məhkəmə qərarı çıxarılanadək inzibati xəta haqqında icraat üçün əsas olmuş ödənilməmiş müvafiq cəriməni və dəbbə pulunu tam olaraq ödədiyini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nın 529.3-cü maddəsi ilə təqsirli bilinməklə inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111,114,115, 128 və 130-cu maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinməklə inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sədərək rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar