Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-28/2023 03.07.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, Abdullayev Ceyhun Cəbrayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxs X1 iştirakı ilə. xx xxxxxx 1991-ci il tarixdə Sədərək rayon Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşaq atası, işsiz, Sədərək Rayon Qaraağac kəndində pasport qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20.30 radələrində Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunda ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Beləliklə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sədərək Rayon Qaraağac kəndində qeydiyyatda olduğunu və haliyədə orada yaşadığını, xx.xx.2023-cü il tarixdə səhər saatlarında xalaoğlusu X4 Respublikasının İğdır şəhərinə evə ərzaq almaq üçün getdiyini, ərzaqlarını İğdır şəhərindən aldığını, mudanya markalı 4 ədəd 5 litrlik yağ alıb geri qayıdarkən X5 daxil olduğunu evə aldığı ərzaqları tərəziyə qoyduğunu, sonra monitora yığdığını, sonra ərzaqları maşına yükləyərək Gömrük əməkdaşı Anar müəllimin ona yaxınlaşdığını və ona malları bəyan etməli olduğunu bildirdiyini, etiraz etdiyini və mübahisə yarandığını, əsəbi və yorğun olduğu üçün uca səslə qışqıraraq onlara ucadan cavab verdiyini, törətdiyi əmələ görə çox peşman olduğunu və gömrük əməkdaşlarından dönə-dönə üzr istədiyini, gələcəkdə belə hallara yol verməyəcəyini, barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs qismində iştirak edən X2 izahatında bildirdi ki, Sədərək Rayon Gömrük Keçid Məntəqəsində bir vətəndaşın səs-küy salması barədə məlumatın daxil olduğunu, həmin zaman Sədərək gömrük keçid məntəqəsinə getdiklərini, akt tərtib edildiyini, akt tərtib edildikdən sonra vətəndaş Şəxs özünə məxsus əl yüklərini bəyan etməkdən imtina etdiyi üçün mübahisə yarandığının məlum olduğunu, vətəndaşı polis şöbəsinə dəvət etdiklərini və barəsində protokol tərtib edilərək adiyyəti üzrə Sədərək Rayon Məhkəməsinə göndərildiyini bildiridi Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixində Sədərək Gömrük postunun giriş zalında xidmətdə olarkən saat təxminən 20:30 radələrində Türkiyə Respublikasından gələn vətəndaş Şəxs özünə məxsus əl yüklərini bəyan etmədən giriş zalını tərk etdiyini, bu zaman Şəxs dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq həmin əl yüklərini təqdim etməkdən boyun qaçıraraq ölkə ərazisini gömrük nəzarətini tərk etmək istədiyini, yaxınlaşan zaman sərxoş olduğunu hiss etdiyini, əl yüklərini niyə bəyan etmədiyini soruşan zaman mübahisə yaratdığını, səsküy saldığını bu zaman həmin vətəndaşa qanunvericilik izah edildikdən sonra akt tərtib edərək onun barəsində müvafiq tədbir görülməsi üçün Sədərək Rayon Polis şöbəsinə göndərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 Etibar oğlu izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixində Sədərək Gömrük keçid məntəqəsindən Sədərək Rayon Qaraağac kənd sakini Şəxs Türkiyə Respublikasından qayıdarkən özü ilə gətirdikləri malları manitordan keçirdiyini və bəyan etmədiyini, həmin malları çölə çıxardığını onun arxasınca getdiyini, malları niyə bəyan etmədiyini soruşduğunu, Şəxs içkili olduğu üçün mübahisə yaratdığını ucadan səs-küy saldığını bildirdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : xx xxxxxx 1991-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx.xx.2023-cü il, saat 18:00-dan hesablansın. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №3(088)-28/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-28/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver